Bizə yazın

Baku

-°C

USD

-

Şamaxıda dördüncü zəlzələ qeydə alınıb 

Cəmiyyət 28 Fevral 2026, 09:34

205

Şamaxıda daha bir zəlzələ qeydə alınıb.

CityPost.az  xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ Pirqulu stansiyasından 23 km cənub-qərbdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Maqnitudası 3 olan zəlzələ hiss olunmayıb.

Yeraltı təkanın ocağı 13 kilometr dərinlikdə qeydə alınıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

DİN: Bank əməkdaşı kimi “WhatsApp”la kart məlumatları tələb edənlərə inanmayın - VİDEO 

Daxili İşlər Nazirliyi növbəti dəfə vətəndaşlara müraciət edərək kiberdələduzluq hallarına qarşı diqqətli olmağı, naməlum nömrələrdən daxil olan zəng və mesajlara ehtiyatla yanaşmağı tövsiyə edib.CİTYPOST.AZ  xəbər verir ki, müraciətdə ani diqqətsizliyin maddi vəsaitlərin itirilməsi və şəxsi məlumatların ələ keçirilməsi ilə nəticələnə biləcəyi vurğulanıb.Qeyd olunub ki, özünü bank əməkdaşı kimi təqdim edən şəxslərin kart məlumatları, şifrə və digər məxfi məlumatları tələb etməsi, həmçinin qısa müddətdə yüksək qazanc vədləri dələduzluq əlamətləridir."Bank kartına dair məlumatlar, o cümlədən PIN-kod və digər məxfi məlumatlar heç bir halda üçüncü şəxslərlə paylaşılmamalıdır. Unutmayaq ki, heç bir bank və ya maliyyə təşkilatının nümayəndəsi bu məlumatları zəng və ya mesaj...

28 Fevral 2026, 10:23

İsmayıllıda zəncirvarı qəza olub, 2 nəfər ölüb 

İsmayıllıda ağır zəncirvarı avtomobil qəzası baş verib.APA-nın Şirvan bürosu xəbər verir ki, ilkin məlumata əsasən, hadisə rayonun Xanagah kənd istiqamətində qeydə alınıb.Belə ki, “Ford”, “VAZ 21011” və “Hundai” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ 21011” markalı avtomobildə olan iki nəfər hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək.

28 Fevral 2026, 10:17

Azərbaycanın Dubay şəhərində yeni baş konsulu təyin olunub 

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin olunub.Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.Sərəncamla Kamran Vahid oğlu Məmmədzadə Dubay şəhərində Azərbaycanın baş konsulu təyin edilib.Dövlət başçısının digər Sərəncamı ilə Cavidan Rizvan oğlu Hüseynov Dubay şəhərində Azərbaycanın baş konsulu vəzifəsindən geri çağırılıb.

27 Fevral 2026, 20:30

BDU tələbələrinin fotolarını yayan bu şəxsdir -Video

Tələbələrin fotolarını yaydığı üçün saxlanılan şəxs barəsində cinayət işi başlanılıb.CityPost.az  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, qurumun Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) naməlum şəxsin Bakı Dövlət Universiteti, eləcə də digər ali təhsil müəssisələrinin hüquq fakültəsi tələbələrinin şəkillərini montaj edərək üzərinə təhqiramiz ifadələr yazdığı və sosial şəbəkələrdə paylaşdığı, silinməsi müqabilində isə pul tələb etdiyi barədə müraciətlər daxil olub.Kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlər nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən 28 yaşlı Fəxri Cəbrayılov saxlanılıb.Araşdırmalarla müəyyən olunub ki, F.Cəbrayılov “TikTok” sosial şəbəkəsində “hüquq tələbələri” etiketi ilə axtarış edərək müxtəlif şəxslərin foto və videogörüntülərini əldə edib. Daha sonra o, həmin...

27 Fevral 2026, 19:29

Prezident Elmar Məmmədovu bu ölkəyə səfir təyin etdi 

Elmar Eldar oğlu Məmmədov Azərbaycanın Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. CityPost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

27 Fevral 2026, 19:24

Alabaşlı-Qızılca dəmir yolu sahəsində təmir işləri yekunlaşmaq üzrədir 

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Alabaşlı-Qızılca dəmir yolu sahəsində əsaslı təmir işlərini yekunlaşdırmaq üzrədir.Bu barədə Citypost.az "Azərbaycan Dəmir Yolları"na istinadən xəbər verir.Məlumata görə, 1950-ci illərdə istismara verildiyi vaxtdan bəri ilk dəfə yenilənən 20 kilometrlik bu xətlə xüsusilə dəmir yolları üçün zəruri olan çınqıl və qırmadaş kimi tikinti materiallarının təhlükəsiz daşınması təmin ediləcək.

27 Fevral 2026, 17:53