Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 14 Mart 2026, 21:52
1335
Martın 15-16-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
CityPost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilib.
Həmçinin oxuyun
Məlumata görə, Kəlbəcər, Zəngilan, Laçın, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, Qusar, Daşkəsən, Goranboy, Naftalan, Gəncə, Qazax, Ağstafa, Mingəçevir, Lerik, Yardımlıda şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.Qurumdan Citypost.az verilən xəbərə görə, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində görülmüş işlər barədə məlumat verib, qarşıda duran hədəfləri diqqətə çatdırıb.İclasda Məhkəmə-Hüquq Şurasının Aparatı və işçi qrupları tərəfindən məhkəmə fəaliyyətinə dair hazırlanmış layihələr ətrafında müzakirələr aparılıb, “Azərbaycan Respublikasının məhkəmələrində monitorinqin aparılması qaydaları” layihəsi təsdiq olunub.Şuranın üzvü, Mülki və kommersiya işləri üzrə ədalət mühakiməsinin səmərəliyinin təhlilinə dair İşçi qrupun rəhbəri Sənan Hacıyev tərəfindən ölkə məhkəmələrində mülki və kommersiya mübahisələri üzrə icraatı dayandırılmış işlərə dair məlumat təqdim olunub.Həmçinin Hakimlərin Qiymətləndirilməsi Komitəsinin sədri Əhliman Xıdırov hakimlərin fəaliyyətinin...
29 Aprel 2026, 10:25
Dələduzluğa görə beynəlxalq axtarışda olan şəxslər saxlanılıb
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşlarının yeri müəyyən olunub.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, dələduzluq maddəsi ilə başlanmış cinayət işləri üzrə Binəqədi RPİ tərəfindən axtarışda olan Muraz Qurbanovun Birləşmiş Ərəb Əmirliklərində, Suraxanı RPİ tərəfindən axtarışda olan Əlağa İsmayılovun Ukraynada, Sumqayıt ŞPİ tərəfindən axtarışda olan Elmir Nuriyevin isə Almaniya Federasiyasında olması müəyyən edilərək İnterpol kanalları vasitəsilə saxlanılıblar.DİN-in İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxslərin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür....
29 Aprel 2026, 10:00
“Bloomberg”: Aİ Kiyevə 90 milyard avroluq maliyyələşdirmə şərtlərini sərtləşdirə bilər
Avropa İttifaqı Ukraynadan vergi islahatlarını tələb edir, əks halda Kiyevə ayrılacaq 90 milyard avroluq maliyyələşdirmə üçün şərtlər sərtləşdirilə bilər.AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadla məlumat yayıb.Məlumata görə, Ukrayna müəyyən şirkətlər üçün ƏDV-ni 20 faizə qədər artırmalıdır. Bu addımın ölkədə narazılıq yarada biləcəyi qeyd olunur.
29 Aprel 2026, 09:13
Tural İrfan: Məktəblərdə polis nəzarəti gücləndirilməlidir
Orta məktəblərdə baş verən xoşagəlməz hadisələr fonunda məktəb polisinin yaradılması zərurəti gündəmə gəlib.Citypost.az xəbər verir ki,Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi Tural İrfan bununla bağlı açıqlamasında bildirib ki, mövcud vəziyyət artıq əlavə nəzarət mexanizmlərinin tətbiqini qaçılmaz edir.Siyasətçinin sözlərinə görə, məktəblərdə baş verən bıçaqlaşma və digər neqativ hallar göstərir ki, təkcə müəllim, psixoloq və valideyn nəzarəti kifayət etmir. Hadisələr zamanı məsuliyyətin tərəflər arasında ötürülməsi isə problemin həllini çətinləşdirir.Tural İrfan hesab edir ki, məktəblərdə polis əməkdaşlarının fəaliyyət göstərməsi həm profilaktik tədbirlərin gücləndirilməsinə, həm də şagird və valideynlər üzərində məsuliyyət hissinin artmasına səbəb ola bilər. Onun fikrincə, polis valideynlərlə birbaşa işləyərək onların...
29 Aprel 2026, 08:33
Bakının bu yollarında sıxlıq var
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;8. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;9. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov...
29 Aprel 2026, 08:25
Daha bir tiktoker həbs edildi
“TikTok”da yayılması qadağan olunan təhqiredici ifadələr səsləndirən daha bir tiktoker məsuliyyətə cəlb olunub.Modern.az xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər görülüb və Fikrət İsayev saxlanılıb.Toplanmış materiallar əsasında iş məhkəməyə göndərilib.Məhkəmənin qərarına əsasən, o, inzibati qaydada həbs edilib.
29 Aprel 2026, 08:22