Bizə yazın

Baku

-°C

USD

-

Stress xərçəng riskini artırmır  

Tibb 24 Mart 2026, 09:45

209

Yeni elmi araşdırmalar göstərir ki, stress və digər psixososial faktorlar xərçəngin yaranma riskini artırmır.

Citypost.az-ın məlumatına görə tədqiqatçılar iştirakçıların sosial dəstək səviyyəsi, ailə vəziyyəti, yaxın itkilər, şəxsiyyət xüsusiyyətləri (məsələn, nevrotiklik) və ümumi psixoloji gərginlik kimi göstəriciləri qiymətləndiriblər.

Nəticələr göstərib ki, bu psixososial faktorların heç biri ümumi xərçəng riskini artırmır. Ən çox rast gəlinən xərçəng növləri, o cümlədən süd vəzin xərçəngi, prostat xərçəngi və kolorektal xərçəng ilə də heç bir əlaqə aşkarlanmayıb.

Ağciyər xərçəngi ilə bağlı bəzi ilkin statistik əlaqələr müşahidə olunub. Məsələn, yaxın itkinin yaşanması və ya aşağı sosial dəstək səviyyəsi olan şəxslərdə müəyyən zəif əlaqələr görünsə də, risk faktorları—xüsusilə siqaret çəkilməsi və genetik meyllilik nəzərə alınanda bu əlaqələr demək olar ki, tamamilə aradan qalxır.

Araşdırmalar göstərir ki, stress və psixoloji gərginlik xərçəngin yaranmasında birbaşa rol oynamır. Zəif əlaqələr bəzən siqaret, spirt istifadəsi və digər həyat tərzi vərdişləri ilə izah olunur ki, bunlar xəstəliyin riskini artıran əsas amillərdir.

Nəticə etibarilə, stressin və mənfi psixoloji vəziyyətin xərçəng riskini artırması barədə inanclar elmi əsaslarla təsdiqlənmir.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Testosteron yaşlı qadınlarda piy paylanmasını yaxşılaşdıra bilər  

Yeni araşdırmalar göstərir ki, testosteron yaşlı qadınlarda piyin daha sağlam paylanmasına kömək edə bilər, xüsusilə zədələnmələrdən sonra bərpa dövründə.Citypost.az-ın məlumatına görə, araşdırmada, hip sümüklərində qırıq keçirmiş yaşlı qadınlarda fiziki məşq ilə testosteron terapiyasının bədən tərkibinə təsiri öyrənilib. 66 qadın (orta yaşları təxminən 76–79) iki qrupa bölünüb:Birinci qrup fiziki məşq proqramı ilə yanaşı testosteron geli qəbul edib.İkinci qrup eyni məşq proqramını izləyib, lakin plasebo alıb.Altı ay davam edən müşahidələr zamanı piy toxumasındakı dəyişikliklər dual-enerji rentgen absorpsiometriyası (DXA) vasitəsilə qiymətləndirilib.Nəticələr göstərib ki, ümumi piy miqdarında əhəmiyyətli dəyişiklik olmayıb. Lakin testosteron qrupu daxili orqanlar ətrafında toplanan və sağlamlığa ən çox zərər verən visseral...

24 Mart 2026, 12:20

Eynək təyini niyə vacibdir? Həkim RƏYİ

Gözlərimizi gün ərzində daim yükləyirik, kompüter ekranına baxır, telefonla işləyir, sürətli həyat tərzi içində yoruluruq. Amma bəzən elə olur ki, baş ağrısı, göz yorğunluğu və görmə problemləri həyatımızın gündəlik ritmini pozur. Belə hallarda çoxlarımız düşünürük: “Bəs eynək taxsam görməm daha da zəifləyəcəkmi?”Citypost.az-ın məlumatına görə, həkimlər bildirirlər ki, görmə zəif olduqda gözlər daha çox gərginləşir və bu gərginlik gözün qan dövranına təsir edə bilər. Nəticədə, görmə qabiliyyəti daha da zəifləyə və baş ağrısı ilə yorğunluq yarana bilər.Təcrübələr göstərir ki, uzun illər nevroloq müalicəsi alan pasientlər belə baş ağrısından xilas ola bilmirlər, amma düzgün təyin olunmuş eynək sayəsində bu problem həll olunur....

23 Mart 2026, 17:30

Damar tutulması: Erkən xəbərdarlıq siqnalları 

Həkimlər xəbərdarlıq edirlər ki, damar sağlamlığına diqqət etməmək ciddi nəticələrə səbəb ola bilər. Citypost.az-ın məlumatına görə, damar tutulması adətən damar divarındakı iltihabla başlayır və bu iltihabın əsas səbəbləri üç faktorla bağlıdır:Siqaret – tərkibindəki zərərli maddələr damar divarını zədələyir və iltihab prosesini sürətləndirir.Yüksək qan təzyiqi – damar divarına davamlı təzyiq damar toxumasını incidir və iltihabı artırır.Şəkər və şəkərə meyillilik – qanda şəkərin yüksək olması damar divarını daha tez sərtləşdirir və iltihaba yol açır.Həkimlər bildirirlər ki, damardakı iltihabı müəyyən etmək üçün high-sensitive CRP (yüksək həssaslıqlı seriaktiv zülal) analizindən istifadə olunur. Bu test ən adi CRP analizinin göstərmədiyi iltihabı belə erkən mərhələdə aşkarlaya...

23 Mart 2026, 16:27

Mütəxəssislər: Uşaqlıq stressi həzmə təsir edir

Uşaqlıq dövründə yaşanan stressin insanın yetkinlik həyatında həzm sistemi ilə bağlı müxtəlif problemlərə yol aça biləcəyi bildirilir.Citypost.az xəbər verir ki, mütəxəssislərin fikrincə, erkən yaşlarda baş verən psixoloji gərginlik sonrakı dövrlərdə bağırsaq funksiyalarında və sinir sistemində ciddi dəyişikliklər yarada bilər.Bağırsaqla beyin arasında daimi əlaqə mövcuddur və bu sistemdə yaranan pozuntular qıcıqlanmış bağırsaq sindromu, qarın ağrısı, qəbizlik və ishal kimi problemlərlə özünü göstərə bilər. Mütəxəssislər hesab edirlər ki, erkən yaşlarda formalaşan stress reaksiyası uzunmüddətli təsir göstərərək həzm sisteminin işinə mənfi təsir edir.Aparılan müşahidələrə əsasən, uşaqlıq dövründə stressə məruz qalan fərdlərdə yetkinlik çağında həm psixoloji narahatlıq, həm də bağırsaq həssaslığı daha çox müşahidə...

23 Mart 2026, 10:08

Uşaqlarda sidik qaçırma: Nevroloq Qalib Əsədov izah edir  

Nevroloq Qalib Əsədov bildirir ki, uşaqlarda sidik ifrazı sistemi beynin nəzarəti altında fəaliyyət göstərir və bu proses iradi idarəetməyə bağlıdır. Citypost.az xəbər verir ki, həkim bildirib ki, uşaqlarda sidik mərkəzi 5 yaşadək tam formalaşmadığından, bu yaşa qədər sidik ifrazının tam idarəsi mümkün olmur. 5 yaşdan sonra isə uşaqlar artıq sidiklərini iradə ilə tənzimləyə bilirlər.Həkim qeyd edir ki, bəzi hallarda 5 yaşdan sonra da sidik qaçırma müşahidə oluna bilər. Bunun səbəbləri arasında:Sinir sistemi xəstəlikləri – onurğa və ya beyin şişləri nəticəsində beyindən gələn siqnallar sidik kisəsinə çatmaya bilər;Hormon pozuntuları – gecə sidik ifrazını tənzimləyən vazopressin hormonunun kifayət qədər sintez olunmaması, şəkərli...

20 Mart 2026, 14:25

Yaddaş və diqqət: Mütəxəssislər izah edir 

Mütəxəssislər bildirirlər ki, yaş irəlilədikcə, xüsusilə 60–70 yaşdan sonra beyin qabığında atrofiya nəticəsində yaddaş pozuntuları yarana bilər və bəzi hallarda Alzheimer xəstəliyi riski də artır.Citypost.az xəbər verir ki, həkimlər vurğulayır ki, yaddaş pozuntusunu diqqət pozuntusu ilə qarışdırmaq olmaz. Məsələn, “Mətbəxə getdim, amma nəyə getdiyimi unutdum” deyən şəxsdə əslində yaddaş deyil, diqqətin yönəlməsində qısamüddətli fasilə müşahidə olunur. Oxuyarkən və ya dərs zamanı məlumatın yadda qalması üçün isə onun şəxsi maraq obyekti ilə əlaqəli olması və emosional yük daşıması vacibdir.Ekspertlər tövsiyə edirlər ki, öyrənilən məlumatı yadda saxlamaq üçün:Məlumatı personallaşdırmaq, real həyatdan nümunələrlə əlaqələndirmək;Vizual materiallardan (filmlər, sənədli videolar) istifadə etmək;Oxuduğunu başqalarına izah etmək...

20 Mart 2026, 11:19