Asif Nərimanlı: 5 günlük möhlətin məqsədi var
Siyasət 24 Mart 2026, 08:18
257
Politoloq Asif Nərimanlı ABŞ Prezidenti Donald Trampın Tehranla bağlı son açıqlamalarını və İranın enerji infrastrukturu ilə bağlı mümkün hücumların “5 günlük təxirə salınması” məsələsini şərh edib.
Citypost.az xəbər verir ki, politoloq bildirib ki, Trampın Tehranın israrla təkzib etdiyi “münaqişəyə son qoymaqla bağlı məhsuldar danışıqlar aparılıb” açıqlaması, eləcə də İranın enerji resursları və elektrik stansiyalarına zərbələrin “5 günlük təxirə salınması” bir-biri ilə əlaqəli olan birdən çox məqsədə hesablanmış diplomatik manevr kimi qiymətləndirilə bilər.
Asif Nərimanlının sözlərinə görə, bu addım ilk növbədə enerji bazarındakı böhranlı vəziyyətə təsir etmək məqsədi daşıyır. Politoloq hesab edir ki, Trampın açıqlamasından sonra neft qiymətlərində müşahidə edilən enmə də bunu deməyə əsas verir. Onun fikrincə, Vaşinqton bazarın ən azı “5 gün nəfəs alması”nı və bu müddətdə Hörmüz boğazı problemini həll etməyin yollarını axtarmaq imkanı qazanmaq istəyir.
Politoloq ikinci məqsədin zaman qazanmaq olduğunu vurğulayıb. O qeyd edib ki, ABŞ-ın raket arsenalında itkilərin bərpasına ehtiyac var. Bununla yanaşı, müharibənin gedişatı ilə bağlı – yeni fazaya keçilməsi, yaxud ilkin hədəflərlə kifayətlənmək barədə qərarın verilməsi də bu müddətdə müəyyənləşdirilə bilər.
Asif Nərimanlı bildirib ki, üçüncü məqsəd həm ABŞ daxilində, həm də beynəlxalq müstəvidə müharibəyə qarşı olan mövqelər qarşısında Vaşinqtonun siyasi mövqeyini gücləndirməkdir. Onun fikrincə, ABŞ administrasiyası bir tərəfdən dialoq tərəfdarı kimi çıxış edir, digər tərəfdən isə İranın qəbul etməyəcəyi şərtləri, o cümlədən Hörmüz boğazının açılması ilə bağlı əvvəlki tələbləri gündəmə gətirməklə “müharibəni bitirməyə çalışdığı” görüntüsünü formalaşdırır. Politoloq hesab edir ki, Tehranın bu şərtləri qəbul etməməsi hücumların yeganə “çıxış yolu” olduğu arqumentini gücləndirə bilər.Burada maraq doğuran məqamlardan biri danışıqlarda İranı təmsil edən şəxs kimi parlamentin spikeri Məhəmməd Bağır Qalibafın adının hallandırılmasıdır. Onun sözlərinə görə, Qalibafın adının dövriyyəyə buraxılması onu birbaşa SEPAH-ın hədəfinə çevirə bilər.
Həmçinin oxuyun
Politoloq bunun iki mümkün səbəbinin ola biləcəyini qeyd edib. Birinci ehtimala görə, əgər Qalibafın adının hallanması Vaşinqtonun məlumatı çərçivəsində baş veribsə, ABŞ və İsrail bununla İran hakimiyyəti daxilində ziddiyyətləri dərinləşdirmək və qarşıdurma yaratmaq istəyir. İkinci ehtimala görə isə, mövcud şərtlərdə müharibənin bitməsini istəməyən İsrail Qalibafı SEPAH-ın hədəfinə çevirməklə ABŞ-ın danışıqlar planını pozmağa çalışır.
Asif Nərimanlı əlavə edib ki, İran rəhbərliyində növbəti “qurban” Məhəmməd Bağır Qalibaf ola bilər. Onun qənaətincə, Trampın qeyd etdiyi “5 günlük müddət” ərzində müharibənin sonrakı istiqaməti müəyyənləşəcək.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Fikrət Fərəməzoğlu: Qalibaf ABŞ-la danışıqlarda əsas fiqurdur
Jurnalist Fikrət Fərəməzoğlu İran və ABŞ arasında aparılan danışıqları şərh edib. Onun sözlərinə görə, danışıqlarda əsas şəxs İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafdır. Varlı və dindar ailədən olan Qalibaf mühafizəkar qanadın nümayəndəsi olsa da, sərt xəttin tərəfdarı deyil və orta xətt nümayəndəsi kimi qəbul olunur.Citypost.az xəbər verir ki, Fikrət Fərəməzoğlu bildirib ki, Qalibaf ABŞ-la danışıqlarda müəyyən şərtləri qəbul edə bilər, lakin onları reallaşdırmaq imkanı sual altındadır, çünki İranın faktiki nəzarətini əlində saxlayan SEPAH və sərt xətt tərəfdarları bu şərtləri qəbul etməyə hazır görünmür. Ötən gün açıqlanan 6 şərt də məhz SEPAH-ın tələbləridir.Jurnalist vurğulayıb ki, ABŞ-ın son açıqlaması daxili bazarı sakitləşdirmək...
24 Mart 2026, 11:08
Ceyhun Məmmədov: Azərbaycan buna susmayacaq
Milli Məclisin deputatı Ceyhun Məmmədov Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın son mətbuat brifinqində səsləndirdiyi fikirlərə münasibət bildirib.Citypost.az xəbər verir ki, Deputat qeyd edib ki, Mariya Zaxarovanın Ermənistanın Baş naziri Nikol Paşinyanın din xadimləri ilə bağlı səsləndirdiyi fikrə münasibət bildirərkən mövzu ilə heç bir əlaqəsi olmadan Ümummilli Lider Heydər Əliyevin adını hallandırmağa cəhd etməsi növbəti hədyandır. O, bu cür yanaşmanın qəti şəkildə qəbuledilməz olduğunu vurğulayıb. Azərbaycanın Xarici İşlər Nazirliyi də həmin addımı “qəbuledilməz” adlandırıb və Rusiya tərəfdən izahat gözlədiyini bəyan edib.Ceyhun Məmmədovun sözlərinə görə, bu cür yanaşma Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinə, eləcə də Azərbaycan...
24 Mart 2026, 10:13
Azərbaycan XİN-dən Rusiyaya xəbərdarlıq: İzahat gözləyirik!
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova son mətbuat brifinqi zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanın din xadimləri ilə bağlı səsləndirdiyi fikirinə dair suala cavab verərkən, mövzu ilə heç bir əlaqəsi olmayan şəkildə Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin adını hallandırmağa cəhd etməsi qəbuledilməzdir.Citypost.az xəbər verir ki, bu barədə Azərbyacan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.Qeyd edilib ki, Ümummilli lider Heydər Əliyevin adının bu şəkildə xatırlanması onun irsinə və Azərbaycan xalqına qarşı hörmətsizlikdir:"Bu cür açıqlamalar rəsmi nümayəndədən gözlənilən standartlara uyğun gəlmir. Diplomatiya gərginliyi artıran və etibarlılığı zədələyən yersiz bəyanatlar deyil, intizam, dəqiqlik və məsuliyyət tələb edir. Rusiya tərəfindən bu açıqlama...
23 Mart 2026, 15:55
Si Cinpin İlham Əliyevi təbrik etdi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, təbrik mətnində deyilir:“Hörmətli cənab Prezident.Bahar bayramı münasibətilə göndərdiyiniz təbrik məktubuna görə Sizə səmimi təşəkkürümü bildirirəm. Çin Hökuməti və xalqı adından Sizi, Azərbaycan Hökumətini və bütün Azərbaycan xalqını ənənəvi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm.Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır. Son illərdə qarşılıqlı siyasi etimad möhkəmlənir, bütün sahələrdə əməkdaşlıq inkişaf edir. Çin ilə Azərbaycan arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verirəm və iki ölkə xalqlarının mənafeləri naminə Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra daha da inkişaf etdirilərək yeni səviyyəyə yüksəldilməsi üçün Sizinlə birlikdə səylər göstərməyə hazıram.Sizə...
23 Mart 2026, 13:24
İlham Əliyev Şahbaz Şərifə təbrik məktubu yazdı
Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə təbrik məktubu göndərib.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Hörmətli cənab Baş nazir, Əziz Qardaşım,23 Mart − Pakistan Günü münasibətilə Sizə və qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.Dərin tarixi köklər, ortaq dini-mənəvi dəyərlər ilə bir-birinə bağlı olan qardaş xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Pakistan münasibətləri bu gün yüksək pillədə qərarlaşmışdır. Ali səviyyəli müntəzəm qarşılıqlı səfərlər, sıx təmaslarımız, aramızdakı fəal dialoq dövlətlərarası münasibətlərimizin bütün sahələrdə möhkəmlənməsinə, həm ikitərəfli əsasda, həm də çoxtərəfli müstəvidə yeni tərəfdaşlıq imkanlarının reallaşmasına mühüm təkan verir. Bu əsnada...
23 Mart 2026, 11:02
Yeganə Hacıyeva: Bu prosesdə əsas sual sifarişi verənin kimliyidir
Politoloq Yeganə Hacıyeva Prezidentin ailəsini şantaj edən şəxs Fərid Salmanovla bağlı yayılan müzakirələrə münasibət bildirib.Citypost.az xəbər verir ki, politoloq qeyd edib ki, Fərid Salmanov jurnalist fəaliyyəti ilə məşğul olub, vaxtilə “Ayna” və “Zerkalo” qəzetlərində çalışıb. Həmçinin qeyd edib ki, o, Azərbaycanda saxlanılmayıb.Yeganə Hacıyevanın sözlərinə görə, sadəlövhlük olardı düşünmək ki, Fərid və onun dəstəsi ilk şantaj cəhdinə məhz Azərbaycan Prezidentinin ailəsini hədəf almaqla başlayıb. Politoloq hesab edir ki, Prezident ailəsini şantaj edəcək qədər təhlükəli təşəbbüsə yalnız bu tip uzunmüddətli fəaliyyət, əvvəlki “uğurlu işlər”in yaratdığı təcrübə və arxayınlıq nəticəsində gedilə bilərdi.Politoloq vurğulayıb ki, videoda müşahidə olunan davranışlar həmin şəxsin situasiyanı anlayan, özünü...
23 Mart 2026, 10:24