Zaur Əliyev XVIII əsrə aid xəritə və tarixi qeydlərlə bağlı maraqlı faktlar paylaşıb
Maraqlı 24 Mart 2026, 08:05
201
Tarixçi alim Zaur Əliyev XVIII əsrdə yaşamış ingilis taciri və səyyahı Jonas Hanwayin Xəzər dənizi və ətraf regionları əhatə edən xəritəsi, eləcə də tarixi qeydləri ilə bağlı maraqlı məlumatlar təqdim edib.
Citypost.az xəbər verir ki, alimin sözlərinə görə, 1740-cı illərə aid olan xəritənin müəllifi Jonas Hanwaydir. İngilis taciri və səyyahı olan Hanway Xəzər dənizi vasitəsilə İngiltərə ilə İran arasında birbaşa ticarət yolu qurmaq məqsədilə regiona səyahət edib. Bildirilib ki, o, bu səfər zamanı Nadir şah ilə də şəxsən görüşüb. Hanwayin məlumatlarına əsasən, səyyahın malları quldurlar tərəfindən qarət edildikdən sonra Nadir şah ona böyük məbləğdə pul yardımı göstərib.
Araşdırmaçı xatırladıb ki, Jonas Hanway 1753-cü ildə dörd cilddən ibarət olan “Xəzər dənizi vasitəsilə ticarət üzrə Britaniya tacirinin tarixi hesabatı” adlı kitab nəşr etdirib. Həmin əsərdə səyyah öz xatirələrini, səfər zamanı rastlaşdığı hadisələri və regionla bağlı müşahidələrini qələmə alıb.Kitabda Azərbaycan coğrafiyasında yerləşən şəhərlər haqqında da geniş məlumat verilib. Xüsusilə İrəvan şəhəri və Ermənistanla bağlı qeydlərin diqqət çəkdiyi vurğulanıb. O bildirib ki, xəritənin sol tərəfində, Xəzər dənizinin qərbində “Aran and Erivan” ifadəsi yer alır. Bu da həmin dövrdə İrəvanın coğrafi baxımdan Aran bölgəsi ilə birlikdə, vahid məkan kimi göstərildiyini deməyə əsas verir. “Erivan” adı o dövrdə İrəvan xanlığının mərkəzi kimi təqdim edilir. Araşdırmaçı bildirib ki, XVIII əsr xəritələrində “Ermənistan” anlayışı daha çox dövlət qurumundan deyil, etno-coğrafi bölgə kimi istifadə olunub. Onun sözlərinə görə, bu ad Azərbaycan torpaqlarında deyil, indiki Türkiyənin şərq hissəsində coğrafi ərazi mənasında göstərilirdi.
Zaur Əliyev Hanwayin kitabına istinadla yazıb ki, İrəvan bağlarla əhatə olunmuş şəhər kimi təsvir edilir və Zəngi çayının sahilində yerləşirdi. Səyyah əhalinin tərkibindən bəhs edərkən burada müsəlman türk azərbaycanlılarla yanaşı, azsaylı ermənilərin də yaşadığını qeyd edib. Hanway şəhər idarəçiliyinin tamamilə türk azərbaycanlı xanların əlində olduğunu, şəhərin isə islam memarlığı üslubunda inkişaf etdiyini yazıb. Eyni zamanda, onun qeydlərində İrəvanda yaşayan azərbaycanlı türklərin cəsur, döyüşkən və qonaqpərvər olduqları xüsusi vurğulanır.
Həmçinin oxuyun
Araşdırmaçı qeyd edib ki, səyyah yerli əhalinin xaricilərə qarşı nəzakətli davrandığını, lakin qürurlarına toxunmağın təhlükəli sayıldığını yazır. Həmçinin Hanway yerli tacirlərin sözlərinə sadiq olduqlarını, bəzən bir əl sıxmanın yazılı müqavilədən daha üstün tutulduğunu bildirib.Jonas Hanway azərbaycanlı türklərin qonaqpərvərliyini də xüsusi qeyd edib. Səyyah onların qonağı müqəddəs saydıqlarını, evlərinə gələn şəxs üçün ən yaxşı süfrəni açmağı özlərinə borc bildiklərini yazıb.
Bundan başqa, Hanway qeydlərində azərbaycanlı türkləri Nadir şahın ən sadiq insanları kimi təqdim edib. O, bu xalqın dözümlülüyünü, az qida və su ilə uzun yol gedə bilməsini, eləcə də hökmdarına bağlılığını diqqətə çatdırıb. Zaur Əliyevin təqdim etdiyi bu tarixi qeydlər XVIII əsr regionunun etnik, siyasi və coğrafi mənzərəsini öyrənmək baxımından maraqlı mənbə kimi qiymətləndirilir.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Dünyada kişilər yox olsa nə olar? – Maraqlı faktlar
Əgər kişilər birdən-birə yox olsaydı, bu, həyatın müxtəlif sahələrində ciddi fəsadlar yarada bilər. Məhz bu səbəbdən dünyada bəzi sistemlər kişilərin iştirakına güvənir və onların yoxluğu böyük problemlərə səbəb ola bilər.Enerji sistemi iflic ola bilər – Orta hesabla 3 gün sonra elektrik şəbəkəsi demək olar ki, sıradan çıxacaq. Mühəndis və texniki ustaların təxminən 83%-i kişilərdir və transformatorların, elektrik stansiyalarının texniki baxımı onların iştirakı ilə həyata keçirilir.Su və kanalizasiya dayanar – Filtrlər, nasos stansiyaları və kollektorlar daimi texniki xidmət tələb edir. Bu sistemlər gündəlik təmir olunmasa, su təchizatı və kanalizasiya fəaliyyətini dayandıracaq.Nəqliyyat sistemi çöker – 48 saat ərzində bütün nəqliyyat dayanacaq. Pilotların...
23 Mart 2026, 11:55
Gülmək insanı öldürə bilər – nadir, amma mümkün FAKT
Gülüş adətən sağlamlıq üçün faydalıdır. O, stresi azaldır, oksigen təminatını yaxşılaşdırır və ürəyə müsbət təsir göstərir. Citypost.az xəbər veirr ki, lakin ekspertlər xəbərdarlıq edirlər ki, bəzi hallarda gülmək təhlükəli ola bilər.Uzun və yüksək intensivlikli gülüş nəfəs almağı çətinləşdirə və tənəffüs problemləri olan insanlarda ölümə səbəb ola bilər. Həmçinin, ürək və beyin damar xəstəlikləri olan insanlarda gülüş infarkt və ya beynə qan sızması riskini artırır.Tarixdə belə nadir hadisələr də qeydə alınıb. Məsələn, eramızın 3-cü əsrində yunan filosofu Xrizib, gördüyü bir hadisəyə gülməkdən həyatını itirmişdi.Beləliklə, gülüş əksər halda faydalıdır, amma həddindən artıq uzun və güclü gülüş bəzi hallarda riskli ola bilər.Əli...
23 Mart 2026, 11:53
Tsunami necə yaranır və nə qədər güclüdür?
Tsunami adi dəniz dalğası deyil. O, okeanın dibində baş verən güclü geoloji proseslərin nəticəsidir. Əsasən zəlzələlərdən yaranır. Yer qabığı böyük təktanik plitələrdən ibarətdir və bu plitələr daim hərəkətdədir. Bəzən plitələr bir-birinə ilişir, uzun müddət enerji toplayır və kritik həddə çatanda qəfil qırılır. Bu zaman okeanın dibində ani hərəkət milyonlarla ton suyu yerindən tərpədir və nəhəng dalğalar yaranır.Citypost.az-ın məlumatına görə, Tsunami dalğalarının fərqi ondadır ki, onların uzunluğu yüzlərlə kilometr ola bilər. Açıq okeanda hündürlük cəmi 1–2 metr olur və gəmilər bunu hiss etmir, amma sürəti saatda 700–800 kilometrə çatır – yəni təyyarə sürətinə yaxın! Sahilə yaxınlaşdıqca suyun dərinliyi azalır, sürət düşür,...
20 Mart 2026, 15:43
Beyin niyə bəzən insanlara “tanış” gəlir?
Bəzən küçədə, avtobusda və ya marketdə birinə baxanda “bu adam haradansa tanış gəlir” hissi hamımızın başına gəlir. Ən maraqlısı isə odur ki, çox vaxt biz bu tanışlığı konkret xatırlaya bilmirik.Citypost.az xəbər verir ki, Nevroloqlar bildirirlər ki, bunun səbəbi beyində üzləri tanıyan xüsusi sistemdir. Qicgah nahiyəsində yerləşən bu sahə üz cizgilərini avtomatik analiz edir. Beyin yeni gördüyü üzü yaddaşda olan minlərlə üzlə saniyələr içində müqayisə edir. Əgər qaşların forması, göz aralığı və üz quruluşu kiməsə oxşayırsa, beynimiz tanışlıq siqnalı verir.Psixoloqlar bunu xatirəsiz tanışlıq hissi adlandırırlar. Bu, bir az da dejavü hissinə oxşayır: insan bir vəziyyəti əvvəllər yaşamış kimi hiss edir, amma...
20 Mart 2026, 11:33
Həbsxanada ixtira olunan diş fırçası: Tarixi necə başladı?
Müasir diş fırçasının maraqlı tarixi var. Ağız gigiyenası insan üçün əsrlər boyu vacib olub, qədim sivilizasiyalar da bunun sağlamlığın əsas təminatı olduğunu anlayırdı. Citypost.az-ın məlumatına görə, diş fırçasına bənzər ilk alətlər eramızdan əvvəl 3500-cü ilə, qədim Babilə aid olub – uc itilənmiş budaqlar dişlər arasını təmizləmək üçün istifadə olunurdu. Yunanlar və romalılar isə daha çox lələkdən istifadə edirdilər.Müasir diş fırçasına oxşayan alət isə 15-ci əsrdə Çində donuz tükü ilə hazırlanıb. Lakin kommersiya məqsədli diş fırçası zavodda deyil, həbsxanada ixtira olunmuşdu. İngilis William Addis həbsxanada olarkən duz və küllə ilə isladılmış təmizlik vasitəsindən razı qalmayıb, sümük üzərində deşiklər açaraq ora donuz...
19 Mart 2026, 11:53
Niyə gündəlik xırda məlumatları tez unudurduq?
Beyin tədqiqatçıları bildirirlər ki, insan yaddaşı hər zaman bütün məlumatları eyni dərəcədə saxlamır. Citypost.az-ın məlumatına görə, gündəlik, əhəmiyyətsiz və rutin məlumatlar tez unudula bilər, çünki onların həyati əhəmiyyəti nisbətən azdır və beynimiz onları dərhal uzunmüddətli yaddaşa köçürmür.Əksinə, güclü emosiyalarla bağlı hadisələr – məsələn, sevinc, qorxu, sevgi və ya sürpriz – daha yaxşı yadda qalır. Bunun səbəbi emosional yaddaşın güclü olmasıdır: beyin emosional məqamları daha dərin sinir şəbəkələrinə yerləşdirir, beləliklə, həmin hadisələr uzun müddət xatırlanır və daha ətraflı yadda qalır. Ekspertlər vurğulayırlar ki, yaddaşın bu fərqliliyi təbiət tərəfindən “prioritetləşdirmə” mexanizmi ilə bağlıdır: beyin həyati və emosional əhəmiyyət daşıyan məlumatlara daha çox...
19 Mart 2026, 10:36