Bizə yazın

Baku

-°C

USD

-

Jurnalist Rəşad Baxşəliyev vəfat edib 

Cəmiyyət 27 Mart 2026, 09:15

348

"Azərbaycan" qəzetinin şöbə müdiri, Vətən müharibəsi iştirakçısı, tanınmış jurnalist Rəşad Baxşəliyev 48 yaşında vəfat edib.

Citypost.az xəbər verir ki, ölümünə də ürək tutmasının səbəb olduğu bildirilir.

Qeyd edək ki, Rəşad Baxşəliyev 1978-ci ildə Mingəçevir şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Uzun illər "Şərq" qəzetində çalışıb. Sonra fəaliyyətini rəsmi dövlət mətbuat orqanı olan "Azərbaycan" qəzetində davam etdirib. O, Parlament Jurnalistləri Birliyinin üzvü idi.

R.Baxşəliyev 2020-ci ildə Vətən müharibəsi başlayan kimi ordu sıralarına qoşulub. Müharibədə zabit kimi döyüşüb, bir necə medalla təltif olunub.

Allah rəhmət eləsin!

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prokurorluq Bakıdakı silahlı insdentlə bağlı məlumat yaydı 

Bakının Xəzər rayonunda 1 nəfəri qəsdən öldürməyə cəhd etməkdə, digər şəxsi isə qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.Xəzər rayon prokurorluğundan Citypost.az verilən məlumata görə, martın 26-da paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində Vaqif Əmirovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Araşdırma zamanı Cavanşir Muradovun qonşusu Ruslan Əliyevə silahdan atəş açaraq onu öldürməyə cəhd etməsi, sonra isə həmin silahdan Vaqif Əmirova atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.Cinayəti törətməkdə şübhəli...

27 Mart 2026, 11:12

İrandan Azərbaycana təxliyə edilənlərin sayı 3 mini ÖTÜB 

İrandan fevralın 28-i saat 8:00-dan martın 27-i saat 10:00-dək Azərbaycana ümumilikdə 3 040 nəfər təxliyə olunub.Modern.az xəbər verir ki, məlumata görə, təxliyə olunanların 516 nəfəri Azərbaycan vətəndaşıdır.

27 Mart 2026, 10:51

Əksər yerlərdə yağıntılı hava müşahidə edilir 

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Şahdağa isə qar yağır. Qarın hündürlüyü Şahdağda 1 sm-dir.Düşən yağıntının miqdarı Astarada 13, Lerikdə 9, Cəbrayıl, Şahbuzda 7, Yardımlı, Lənkəran, Beyləqanda 6, Daşkəsən, Ağdam, Biləsuvar, Ordubadda 4, Tərtərdə 3, Goranboy, İmişli, Göygöl, Bərdə, Gədəbəy, Naftalan, Culfa, Naxçıvan, Şərurda 2, Şəmkir, Tovuz, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Şamaxı, Xızı, Quba, Qusar, Zərdab, Neftçala, Şabran, Mingəçevir, Yevlax, Kürdəmir, Sabirabad, Salyan, Sədərək, Gəncə, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Hacıqabul, Bakıda və Abşeron yarımadasında 1 mm-dir.Hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal...

27 Mart 2026, 10:11

MEDİA jurnalistin vəfatı ilə bağlı başsağlığı verdi 

MEDİA tanınmış jurnalist Rəşad Baxşəliyevin vəfatı ilə bağlı başsağlığı verib.Citypost.az  xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin sosial şəbəkə hesablarında paylaşım edilib.“Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist, Vətən müharibəsi iştirakçısı Rəşad Baxşəliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin”, - deyə paylaşımda qeyd edilib.Xatırladaq ki, mərhum jurnalist səhər saatlarında ürək çatışmazlığı səbəbilə dünyasının dəyişib.Məlumat üçün bildirək ki, o, uzun müddət “Şərq” qəzetində, daha sonra isə “Azərbaycan” qəzetində şöbə müdiri vəzifəsində çalışıb. R.Baxşəliyev  “Qubadlının azad olunmasına görə” medalı, “Tərəqqi” medalı ilə təltif edilib....

27 Mart 2026, 10:06

Deputat gənclərə çağırış etdi: “Uğurun açarı inam və əzmdir”  

Milli Məclisin deputatı Ceyhun Məmmədov gənclərə müraciət edərək motivasiyaedici fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, “Invest Time Podcast” verilişində səsləndirilən suallardan birinə cavab olaraq Millət vəkili həyatdakı uğurun əsasən insanın öz yanaşmasından, düşüncəsindən və çalışqanlığından asılı olduğunu vurğulayıb.Deputat qeyd edib ki, insan qarşısına aydın məqsəd qoymalı və bu məqsədə səmimi şəkildə inanmalıdır:“İnanıram ki, insan qarşısına aydın məqsəd qoyub ona səmimi şəkildə inanarsa, mütləq öz hədəfinə çata bilər”.Ceyhun Məmmədov əlavə edib ki, hər bir insanın həyatı onun düşüncələrinin və seçimlərinin nəticəsidir. Onun sözlərinə görə, insan özünü necə istiqamətləndirirsə, həyatı da həmin istiqamətdə formalaşır.Deputat gənclərə tövsiyə edib ki, ilk növbədə özlərinə inanmalı, məqsədlərinə...

27 Mart 2026, 08:22

Azərbaycanın nar ixracı azalıb 

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 2 milyon 686 min ABŞ dolları dəyərində 3 min 132 ton nar ixrac edib.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 683,55 min dollar (20,3 %), həcm baxımından isə 714 ton (18,6 %) azdır.Hesabat dövründə nar ixracından əldə ediən gəlir Azərbaycanın ixrac gəlirlərində cüzi paya malik olub.Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları...

26 Mart 2026, 15:38