Bizə yazın

Baku

-°C

USD

-

Nazir Əhmədli: “İran bu müharibənin qalibidir”  

Siyasət 27 Mart 2026, 08:30

330

Siyasi şərhçi, araşdırmaçı alim Nazir Əhmədli 2026-cı ildə baş verən İran–ABŞ–İsrail qarşıdurması ilə bağlı analitik şərhində İranın müharibədən qalib çıxdığını iddia edib.

Citypost.az xəbər verir ki,onun sözlərinə görə, 2025-ci ildə baş verən 12 günlük müharibədən istədikləri nəticəni əldə edə bilməyən ABŞ və İsrail 2026-cı ildə daha genişmiqyaslı hücum planlaşdırıblar. Müəllif bildirir ki, The New York Times nəşrinin yaydığı məlumata əsasən, Mossad tərəfindən hazırlanan analitik təkliflər Benjamin Netanyahu vasitəsilə Donald Trump-a təqdim olunub və qısa müddətdə İranın zəiflədiləcəyi fikri irəli sürülüb.

Nazir Əhmədli qeyd edir ki, hücumdan əvvəl İranda iqtisadi təzyiqlər artırılıb, daxildə iğtişaş yaratmaq cəhdləri edilib, lakin İran hakimiyyəti sərt tədbirlərlə vəziyyəti nəzarətə ala bilib. Bundan sonra ABŞ və İsrailin birbaşa hərbi müdaxiləyə keçdiyini bildirən müəllif fevralın 28-də başlayan hücumun əsas məqsədlərini belə sıralayıb:

İranın nüvə proqramını sıradan çıxarmaq və zənginləşdirilmiş uran ehtiyatını nəzarətə götürmək;

İranın raket texnologiyalarını məhv etmək;

Hərbi və siyasi rəhbərliyi zərərsizləşdirərək ölkəni zəiflətmək;

Daxildə çevrilişə nail olmaq və yeni hakimiyyət qurmaq;

Enerji resurslarını nəzarətə götürmək;

Körfəz ölkələrinin iştirakı ilə anti-İran koalisiyası yaratmaq;

İranı parçalayaraq yeni dövlət qurumlarının formalaşdırılması;

Regionda daha geniş geosiyasi layihələrin reallaşdırılması.

Şərhçi iddia edir ki, ABŞ və İsrail bu məqsədlərin heç birinə tam şəkildə nail ola bilməyib. Onun fikrincə, İran yüksək vəzifəli şəxslərin itkilərinə baxmayaraq, strateji baxımdan mövqelərini qoruyub saxlayıb və hətta bəzi istiqamətlərdə üstünlük əldə edib.

Nazir Əhmədli bildirir ki, İran İsrailin raketdən müdafiə sistemlərini aşa bilib, ABŞ-ın regiondakı nüfuzuna zərbə vurub və Körfəz ölkələrində yerləşən hərbi bazalara hücum etməklə güc nümayiş etdirib. O həmçinin qeyd edir ki, anti-İran koalisiyası formalaşmayıb və bu da ABŞ-ın planlarının uğursuzluğu kimi qiymətləndirilir.

Analitik əlavə edir ki, İranın Hörmüz boğazı üzərində nəzarəti gücləndirməsi və enerji bazarına təsiri onun iqtisadi mövqelərini möhkəmləndirib. Onun sözlərinə görə, neft qiymətlərinin artması da İran üçün əlavə üstünlük yaradıb.

Nazir Əhmədli hesab edir ki, müharibə başa çatdıqdan sonra İrana qarşı tətbiq edilən sanksiyalar zəiflədilə bilər və ölkə daha güclü mövqedə çıxış edəcək. O, həmçinin bildirir ki, mümkün yeni nüvə razılaşması əvvəlkilərdən daha sərfəli şərtlərlə imzalana bilər və Barack Obama dövründə əldə olunan razılaşmadan daha üstün ola bilər.

Sonda müəllif vurğulayır ki, 28 fevral hadisələri qlobal nizam üçün dönüş nöqtəsi kimi qiymətləndirilə bilər və onun fikrincə, İran artıq əvvəlki təcrid olunmuş vəziyyətinə qayıtmayacaq.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Şöhrət Eldəniz: “Müharibə daxili dəyişiklik başa çatana qədər davam edə bilər”  

Jurnalist Şöhrət Eldəniz regionda gedən proseslərlə bağlı sərt mövqeyini açıqlayıb.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, müharibə ilə bağlı səsləndirilən “danışıqlar realdır” və ya “İran qalib gəldi” kimi fikirlər reallığı əks etdirmir. Onun sözlərinə görə, belə genişmiqyaslı müharibələr “mənasız sonluqla” başa çatdırılmır.Jurnalist qeyd edib ki, mövcud vəziyyət region üçün ciddi risklər yaradır və İrandakı siyasi rejimlə bağlı tənqidi fikirlər səsləndirib. O vurğulayıb ki, belə bir dövlət modelinin qonşuluqda mövcudluğu arzuolunan deyil.Şöhrət Eldəniz hesab edir ki, proseslərin əsas istiqaməti daxili dəyişikliklərə doğru gedir və bu dəyişikliklərin ölkə daxilində baş verəcəyini iddia edib:“Bu prosesi xarici qüvvələr deyil, İranda yaşayan xalqlar həyata keçirəcək”.O...

27 Mart 2026, 11:15

Rafiq Əliyev: “Kubada məsələ artıq siyasətdən çox, insan həyatıdır”  

“İRŞAD” İslam Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev ABŞ və Kuba münasibətləri fonunda yaranmış vəziyyətlə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, alim bildirib ki, Amerika Birləşmiş Ştatlarının siyasətini nəzərə almadan Kubanın hazırkı durumunu obyektiv qiymətləndirmək mümkün deyil. Onun sözlərinə görə, onilliklərdir davam edən bu siyasətlər ölkənin həyat şəraitinə ciddi təsir göstərir və artıq bu təsir sadəcə təzyiq deyil, iqtisadi boğulma kimi özünü göstərir.Rafiq Əliyev qeyd edib ki, söhbət yalnız birbaşa məhdudiyyətlərdən getmir:“Elə bir sistem qurulub ki, Kubaya yardım etmək istəyən şirkətlər, banklar və hətta dövlətlər belə risklə üz-üzə...

27 Mart 2026, 11:01

Nigar Sabirqızı: “İranın arqumentləri faktlarla üst-üstə düşmür”  

Tanınmış aparıcı və jurnalist Nigar Sabirqızı İsrail–ABŞ–İran gərginliyi fonunda baş verən hadisələrlə bağlı diqqətçəkən fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, jurnalistin sözlərinə görə, İran İsrail və ABŞ-nin hücumlarına cavab olaraq zərbələri əsasən ərəb ölkələrinə endirməsini bu ölkələrdə ABŞ hərbi bazalarının yerləşməsi ilə əsaslandırır. Lakin jurnalist vurğulayır ki, faktlar bu arqumentin tam əsaslı olmadığını göstərir:“Beynəlxalq aeroportlar, yaşayış məntəqələri və enerji infrastrukturları da vurulur. Bu isə İranın irəli sürdüyü arqumentləri zəiflədir”.Nigar Sabirqızı qeyd edir ki, İranla ərəb ölkələri arasında tarixən rəqabət mövcud olub. Onun fikrincə, Tehran uzun illərdir özünü həm islam dünyasının lideri, həm də regionun hegemon gücü kimi təqdim etməyə çalışır.Jurnalist “islam...

27 Mart 2026, 10:23

Eldəniz Əmirov: “Hörmüz boğazında ən real ssenari nəzarətli qeyri-normallıqdır”  

İqtisadçı-ekspert Eldəniz Əmirov Hörmüz boğazı ətrafında yaranmış vəziyyətlə bağlı proqnozlarını açıqlayıb.Citypost.az xəbər verir ki, ekspertin sözlərinə görə, Hörmüz boğazının tam və uzunmüddətli bağlanması əsas ssenari deyil. Ekspert hesab edir ki, daha real ehtimal boğazın yaxın günlərdə və həftələrdə tam açıq marşrut kimi deyil, seçici və riskli “idarə olunan keçid zonası” kimi fəaliyyət göstərməsidir:“Yəni hüquqi baxımdan boğaz tam qapanmış görünməyə bilər, amma iqtisadi baxımdan normal keçid bərpa olunmayacaq”.Eldəniz Əmirov bildirir ki, bu yanaşma BMT Təhlükəsizlik Şurası və Beynəlxalq Dəniz Nəqliyyatı Təşkilatı ünvanlanan son məktubların məzmunu ilə də uyğunluq təşkil edir.Ekspertin baza ssenarisinə görə, martın sonu və ya aprelin ilk yarısında boğazda...

27 Mart 2026, 10:12

Taleh Şahsuvarlı: “Qəzza müharibəsi israilli uşaqlar arasında ciddi itkilərə səbəb olub”  

Jurnalist Taleh Şahsuvarlı 2024-cü il üzrə rəsmi hesabatlara istinadən İsrail–Qəzza müharibəsinin uşaqlar üzərində təsiri ilə bağlı məlumatları açıqlayıb.Citypost.az xəbər verir ki, jurnalistin sözlərinə görə, İsrailin Hamasa qarşı başladığı müharibədən sonra 56 israilli uşaq və yeniyetmə həyatını itirib. Həmçinin, 389 uşaq terror aktları nəticəsində ən azı bir valideynini itirib.Jurnalist qeyd edir ki, ümumilikdə 38 min 628 nəfər şimal və cənub sərhədlərində yerləşən yaşayış məntəqələrindən köçürülüb. Bundan əlavə, ən azı 23 min 212 nəfər sosial xidmət qurumları tərəfindən fiziki və ya psixoloji zərər görmüş şəxs kimi qeydə alınıb.Məlumata görə, həyatını itirən uşaqlardan 36 nəfəri 2023-cü il 7 oktyabr tarixində İsrailin Qəzza sərhədi...

27 Mart 2026, 09:54

Tural İrfan: “Məşhəddə tarixi və dini abidələrin hədəfə alınması qəbuledilməzdir”  

Milli Cəbhə Partiyasının başqan müavini, ilahiyyatçı Tural İrfan ABŞ hərbi qüvvələrinin Məşhəd şəhərinə zərbələr endirməsi ilə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, T.İrfan bildirib ki, sivil insanların, eləcə də tarixi, mədəni və dini abidələrin hədəfə alınması qəbuledilməzdir. İlahiyyatçının sözlərinə görə, Məşhəd şəhəri islam dünyası üçün mühüm əhəmiyyət daşıyan məkanlardan biridir.Tural İrfan qeyd edib ki, şəhərdə Peyğəmbər nəslinə mənsub olan İmam Əli bin Musa əl Rzanın məzarı yerləşir. Həmçinin, Harun əl Rəşid və “Şərqin Napoleonu” kimi tanınan Nadir Şah Əfşarın türbələrinin də bu şəhərdə olduğu vurğulanıb.“İslam tarixi və mədəniyyətinə aid ortaq dəyərlər toxunulmazdır. İraqda olduğu kimi, rejim bəhanə edilərək islam tarixinin...

27 Mart 2026, 08:36