Trampdan sərt mesaj: Köməyinizə ehtiyac yoxdur
Dünya 26 Mart 2026, 14:45
250
ABŞ Prezidenti Donald Tramp NATO ölkələrini sərt tənqid edib.
Modern.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında paylaşım edib.
O bildirib ki, NATO ölkələri İranla bağlı vəziyyətdə ABŞ-ə heç bir dəstək göstərməyib. Tramp İranı “dəli ölkə” adlandıraraq, hazırda onun hərbi baxımdan zəiflədiyini qeyd edib.
Həmçinin oxuyun
“ABŞ-nin NATO-dan heç nəyə ehtiyacı yoxdur, amma bu mühüm məqamı heç vaxt unutmayın”, – deyə Tramp vurğulayıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Maduronun məhkəməsinin vaxtı bilindi
Venesuelanın sabiq prezidenti Nikolas Maduronun məhkəməsi 26 mart tarixinə təyin edilib.Oxu.Az-ın xəbərinə görə, bu barədə CNN məlumat yayıb.Məlumata görə, məhkəmə iclasında vəkillər hakimi ABŞ hökumətinin müvəkkillərinin narkoterrorizm ittihamı ilə məhkəməyə hazırlaşmasına mane olduğuna inandırmağa çalışacaqlar.Mütəxəssislər hesab edirlər ki, müdafiə tərəfinin perspektivləri zəifdir.Keçmiş prokuror Dunkan Levin qeyd edib ki, sanksiya rejimi Maduronu resurslardan məhrum etməyə yönəlib, buna görə də məhkəmənin dövlət vəsaitlərindən ödənişə icazə verməsi ehtimalı azdır. Lakin ABŞ qanunlarına görə, Maduro hökumət tərəfindən təyin olunmuş vəkil hüququnu özündə saxlayır.Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores həbs...
26 Mart 2026, 17:05
Peskov sülh sazişi barədə məlumatları təkzib etdi
Rusiya və Ukraynanın sülh sazişinə yaxın olduğu barədə “The New York Times” qəzetinin yaydığı məlumat yalandır.Teleqraf xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov açıqlama verib.Peskov bildirib ki, üçtərəfli danışıqlar çərçivəsində nizamlanma istiqamətində müəyyən məsafə qət edilib, lakin Rusiya üçün əsas məsələlər razılaşdırılmayıb.Xatırladaq ki, ötən gün nəşr ABŞ və İsrailin İrana hücumu, Hörmüz boğazının blokadası və neft qiymətlərinin artmasının iki ölkə arasında sülh prosesini əngəllədiyini yazıb....
26 Mart 2026, 16:32
İsrail kəşfiyyatçısı öldürüldü
İsrail ordusu Livanın cənubunda baş verən döyüşlər zamanı hərbçisinin həlak olduğunu açıqlayıb.Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, 21 yaşlı baş çavuş Ori Qrinberq Livanın cənubundakı sərhədyanı kəndlərdən birində keçirilən əməliyyat zamanı öldürülüb. Petah-Tikva şəhərindən olan hərbçi “Qolani” briqadasının elit kəşfiyyat bölməsində xidmət edib.Məlumata görə, hadisə gecə saatlarında baş verib. “Sayyeret Qolani” batalyonunun bölmələri düşmənin dayaq nöqtələrindən birinə doğru irəliləyərkən silahlı qruplaşmaların hədəfli atəşinə məruz qalıb. Nəticədə Qrinberq ölümcül yaralanıb və hadisə yerində həyatını itirib.Eyni insident zamanı daha iki israilli hərbçi yaralanıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra İsrail ərazisinə təxliyə edilərək...
26 Mart 2026, 16:24
Yaponiyada 633 şagird norovirusdan zəhərlənib
Yaponiyanın Osaka prefekturasının Kumatori şəhərindəki 8 məktəbdə 633 şagird və işçi qida zəhərlənməsi simptomları barədə məlumat verib.AZƏRTAC Yaponiyanın NHK televiziya kanalına istinadla xəbər verir ki, zəhərlənmə halları martın 19-dan başlayıb. Məktəblərin şagird və işçi heyətində ishal və qusma da daxil olmaqla ardıcıl olaraq simptomlar inkişaf edib. Yerli səhiyyə mərkəzi yoluxmuş şagirdlərin bəzilərində norovirus aşkar edib. Eyni virus şəhərdəki bütün ibtidai və orta məktəblərə günorta yeməyi üçün çörək tədarük edən şirkətin işçilərində də aşkar edilib.İctimai səhiyyə mərkəzi epidemiyanın çörəkdən qaynaqlandığını müəyyən edib. Çörək istehsal edən müəssisənin fəaliyyəti 5 günlük dayandırılıb....
26 Mart 2026, 16:20
Körfəz ölkələri ABŞ-İran danışıqlarında iştirak etmək istəyir
Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr ABŞ və İran arasında aparılacaq istənilən danışıqlar prosesində iştirak etməlidir.AFP-nin xəbərinə görə, bunu KƏŞ-in Baş katibi Casim Məhəmməd əl-Budeyvi deyib.“Biz Körfəz Əməkdaşlıq Şurası ölkələrinin istənilən danışıqlarda və ya razılaşmada iştirakının vacibliyini vurğulayırıq”, - əl-Budeyvi qeyd edib.O əlavə edib ki, İran Hörmüz boğazından keçən gəmilərdən pul tələb edir.
26 Mart 2026, 16:02
İranda müharibədə ölənlərin sayı 1 937 nəfərə çatıb
İranda ABŞ və İsrailin hava zərbələri nəticəsində ölənlərin sayı 1 937 nəfərə çatıb.Bu barədə İranın səhiyyə nazirinin müavini Əli Cəfərian “Al Jazeera“ya kanalına danışıb.Onun sözlərinə görə, həlak olanların 240 nəfəri qadın, 212 nəfəri isə uşaqdır.Xəsarət alanların sayı isə 24 800-ü ötüb.
26 Mart 2026, 16:01