Bizə yazın

Baku

-°C

USD

-

Etibar Əliyev: Uşaq ədəbiyyatı gələcəyin təməlidir

Cəmiyyət 03 Aprel 2026, 11:02

325

Sabiq deputat, təhsil eksperti Etibar Əliyev uşaq ədəbiyyatının əhəmiyyətindən bəhs edib.

Citypost.az xəbər verir ki, onun sözlərinə görə, bəşəriyyətin intellektual tarixinə nəzər saldıqda bütün böyük dühaların uşaq yaşlarından kitaba və biliyə maraq göstərdiyi aydın olur. Ekspert qeyd edir ki, ən yaxşı elmi və bədii əsərlər məhz uşaqlar üçün yazılmalı, onların düşüncə dünyasını formalaşdırmalıdır.

Etibar Əliyev vurğulayıb ki, məşhur filosof Karl Popper, riyaziyyatçı və filosof Bertrand Russell, eləcə də Nobel mükafatı laureatı Czesław Miłosz uğurlarını uşaqlıqda oxuduqları Norveç yazıçısı Selma Lagerlöfun əsərləri ilə əlaqələndiriblər.

Ekspert hesab edir ki, uşaq ədəbiyyatının gücü olduqca böyükdür və kitablar uşaqların “ağ lövhə” kimi saf şüurunu düzgün və balanslı şəkildə formalaşdırmalıdır. Onun fikrincə, müasir dövrdə uşaqları telefonlardan uzaqlaşdıraraq kitab oxumağa yönəltmək vacibdir.

Etibar Əliyev bildirib ki, uşaqların suallarına düzgün cavab verilməsi üçün böyüklər də mütaliəyə maraq göstərməli, savadlarını artırmalıdır. O, alman filosofu Karl Jaspersin fikrini xatırladaraq qeyd edib ki, uşaqlarda mövcud olan dahilik elementləri düzgün istiqamətləndirilmədikdə zamanla itə bilər.

Sonda ekspert uşaqlar üçün maraqlı fəlsəfi və elmi əsərlərin yazılmasının vacibliyini vurğulayıb, təbiət elmlərinin populyarlaşdırılmasının zəruriliyini qeyd edib.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Litva Baş nazirinin Azərbaycana səfəri gözlənilir 

Litva Baş nazirinin Azərbaycana səfəri gözlənilir.APA-nın əldə etdiyi xəbərə görə, Baş nazir İnqa Ruqinienenin səfərinin aprel ayının birinci ongünlüyündə baş tutması planlaşdırılır.

03 Aprel 2026, 12:03

Vüsal Məmmədov: “ABŞ yaşıl enerjidən imtina edir?”

Jurnalist Vüsal Məmmədov ABŞ və Fransanın enerji siyasəti ilə bağlı prosesləri şərh edib.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki,  ötən həftə ABŞ hökuməti Fransanın “TotalEnergies” şirkətinə 1 milyard dollar kompensasiya ödəyərək külək enerji stansiyası layihəsinin dayandırılması ilə bağlı qərar verib. Daha sonra isə şirkətin Azərbaycan və Mərkəzi Asiyada “Masdar” ilə 2.2 milyard dollarlıq yaşıl enerji layihəsi üzrə yeni əməkdaşlığa getdiyi bildirilib.Jurnalist qeyd edib ki, bu proseslər nəticəsində “TotalEnergies” tərəfindən ABŞ-dan əldə olunan kompensasiyanın regiona yönəldilməsi kimi bir mənzərə yaranır. Onun fikrincə, bu, qlobal enerji siyasətində maraqlı dəyişiklikləri ortaya qoyur.Vüsal Məmmədov bildirib ki, ABŞ-nin yaşıl enerji layihələrinə münasibəti və bu sahədəki...

03 Aprel 2026, 11:36

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu ödənişli edilib 

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli avtomobil yolu kimi müəyyən edilib.Citypost.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.Qərara əsasən, 81,7 kilometrlik Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli avtomobil yolu kimi müəyyən edilib.Ödənişli avtomobil yolunun başlanğıc və son nöqtələri belədir:- başlanğıc nöqtəsi: M–6 Hacıqabul–Bəhramtəpə–Mincivan avtomobil yolunun 157-ci kilometri;- son nöqtəsi: Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun (Zəfər yolu) 100,5-ci kilometri.Ödənişli avtomobil yolunun başqa avtomobil yolları ilə kəsişmələri və birləşmələri:- ödənişli avtomobil yolunun 1,4-cü kilometri – Horadiz–Cəbrayıl–Zəngilan– Ağbənd avtomobil yolu;- ödənişli avtomobil yolunun 27-ci kilometri – Füzuli Beynəlxalq Hava Limanının giriş yolu;- ödənişli avtomobil yolunun 32-ci kilometri – Füzuli şəhərinə giriş yolu;-...

03 Aprel 2026, 11:20

Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” tədbiri keçirib 

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Səbail Rayon Yanğından Mühafizə Hissəsində “açıq qapı günü” tədbiri keçirilib.FHN-dən Citypost.az-a verilən xəbərə görə, “Kaspi” Beynəlxalq Məktəbinin müəllim və şagirdlərinin iştirak etdikləri tədbirin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.“Açıq qapı günü” tədbirində iştirakçılara yanğınsöndürənlərin gündəlik rejim qaydaları və hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların gündəlik məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib.Həmçinin, uşaqlar fövqəladə hallar...

03 Aprel 2026, 11:14

Sumqayıtda 1000-dən çox abonentin qazı kəsiləcək

Sumqayıt şəhəri Corat qəsəbəsinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.Bu barədə Citypost.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən bildirilib.Bildirilib ki, buna səbəb ərazidə 500 Şkaf Tipli Qaz Tənzimləyici Məntəqənin (ŞQTM) yenisi ilə əvəz olunmasıdır. Görüləcək işlərlə əlaqədar olaraq, təxminən 1000 abonentin qaz təchizatı bu gün saat 11:30-dan etibarən dayandırılacaq.Qaz təchizatının təmir işləri başa çatdıqdan sonra mərhələli şəkildə bərpa olunacağı bildirilib....

03 Aprel 2026, 10:48

Hərbçilərimiz Türkiyəyə yola düşdülər

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək “Heydər Əliyev-2026" birgə təliminə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahından hərəkətə başlayan bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə - Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda, Türkiyənin bayraq taqımı da Qars şəhərindən mərasimin keçiriləcəyi ünvana doğru yürüş edib."Ümid" körpüsündə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyənin Respublikasının İstiqlal Marşı ifa edildikdən sonra bayraqların dəyişmə mərasimi olub.Sonra təlimə cəlb ediləcək şəxsi heyət və hərbi texnikaların təlim yerinə...

03 Aprel 2026, 10:23