Bizə yazın

Baku

-°C

USD

-

Qurban Yaquboğlu: Yazılı sözün təsir gücünün zəifləməsi narahatlıq yaradır

Sənət aləmi 03 Aprel 2026, 12:28

283

Tanınmış jurnalist Qurban Yaquboğlu yazıçı və ədəbi mühitlə bağlı fikirlərini bölüşüb.

Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, Azərbaycan yazıçısının gözdən salınmasına və yazılı sözün təsir gücünün zəiflədilməsinə yönələn ardıcıl cəhdlər müşahidə olunur. Onun sözlərinə görə, bu prosesdə bəzən ədəbi mühitə uyğun olmayan “müsafir personajların” ortaya çıxması da vəziyyəti daha qarışıq edir və dilin ifadə imkanlarına təsir göstərir.

Jurnalist qeyd edib ki, bəzi hallarda yazıçıların öz davranışları da bu tendensiyaya dolayısı ilə töhfə verir və bu, ümumi ədəbi mühitin zəifləməsinə gətirib çıxarır.

Qurban Yaquboğlu həmçinin insanların tənqid və etiraz vərdişlərini zəiflətməyə yönələn “əks-kəşfiyyat” xarakterli fəaliyyətlərin mövcudluğuna diqqət çəkib. Onun fikrincə, bəzi hallarda fərdlər müxtəlif maddələrlə ittiham edilərək ictimai diskursdan kənarlaşdırılır.

O sonda bildirib ki, mövcud vəziyyətdən çıxış yolu sadələşdirilmiş yanaşmalarla mümkün deyil və prosesə daha ciddi və sistemli baxış tələb olunur.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

ABŞ-da Bleyk Layvlinin cinsi təcavüz iddiası rədd edilib  

ABŞ federal hakimi aktyor Bleyk Layvlinin rejissor Castin Baldoniyə qarşı qaldırdığı cinsi təcavüz iddiasını rədd edib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, hakim Layvlinin “müstəqil podratçı” statusunda olduğunu bildirərək, onun federal vətəndaş hüquqları qanunu çərçivəsində bu iddianı irəli sürə bilmədiyini qeyd edib. Bununla belə, Layvliyə Wayfarer Studios-a qarşı qisas iddiasını davam etdirmək imkanı verilib.Məhkəmə qərarında iddiaların əsasən çəkiliş meydançasındakı davranışlarla bağlı olduğu, lakin onların hüquqi baxımdan cinsi təcavüz kimi qiymətləndirilmədiyi bildirilib.Layvlinin vəkilləri onun məhkəmədə ifadə verməyə hazır olduğunu açıqlayıb və çəkiliş meydançasında baş verənlərin araşdırılacağını qeyd ediblər.Castin Baldoninin vəkilləri isə qərarı müsbət qarşılayaraq, müdafiələrini davam etdirəcəklərini bildiriblər.İşlə bağlı məhkəmənin mayın...

03 Aprel 2026, 12:52

Mingəçevir Dövlət Dram Teatrında yeni təyinat olub

Mingəçevir Dövlət Dram Teatrına quruluşçu rejissor təyin edilib."Report"un əldə etdiyi məlumata görə, bu vəzifəyə rejissor Aynur Eldəniz təyin olunub.Mədəniyyət Nazirliyi xəbəri "Report"a təsdiq edib.

02 Aprel 2026, 15:28

Ümumdünya Autizm Maarifləndirmə Gününə həsr olunmuş  teatr tamaşası təqdim edilib  

Cari ilin 1 aprel tarixində ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin səhnəsində 2 Aprel – Ümumdünya Autizm Maarifləndirmə Günü münasibətilə “Məni dinləyin...” sürrealizm üslubunda hazırlanmış mono dramanın nümayişi həyata keçirilmişdir. “Azərbaycan İncəsənət Məktəbi” MMC-nin təşəbbüsü və Sənaye və Texnologiya Kollecinin təşkilatçılığı ilə ərsəyə gələn tədbirdə millət vəkilləri, dövlət rəsmiləri, tanınmış incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.Citypost.az xəbər verir ki, Tədbir başlamazdan əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ardınca Dövlət Himni səsləndirilmişdir.Tədbirin rəsmi hissəsini giriş sözü ilə açan Sənaye və Texnologiya Kollecinin direktoru Nasim Abışov qonaqları salamlayaraq, autizm spektrli...

02 Aprel 2026, 15:24

Nizami Kino Mərkəzinin binasına zərər vuruldu

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Nizami Kino Mərkəzinin binasına zərər vurulması ilə bağlı bəyanat yayıb.Citypost.az xəbər verir ki,  məlumatına görə, bəyanatda bildirilib ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar. Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Hazırda hadisənin hansı şəraitdə baş verdiyi və əməli törədənlərin şəxsiyyəti müəyyənləşdirilir.“Tarix və mədəniyyət...

02 Aprel 2026, 13:46

Sofi Ternerin zədələnməsindən sonra "Tomb Raider" filminin istehsalı dayandırılıb  

Sofi Ternerin zədələnməsindən sonra yeni "Tomb Raider" serialının istehsalı dayandırılıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Taxt Oyunları" aktyorunun xəsarətləri "yüngül" kimi təsvir edilib və "Amazon MGM Studios" şirkətinin sözçüsü bildirib: "İstehsalın mümkün qədər tez bərpa olunmasını səbirsizliklə gözləyirik", - "Independent" yazır.Turnerin çəkiliş zamanı xəsarət alıb-almadığı hazırda məlum deyil.Turner, Fibi Uoller-Bricin yeni canlı serialında arxeoloq-macəraçı Lara Kroftu canlandırır, lakin keçən il bu rol üçün məşq edərkən belində problem aşkar edib.Turan...

02 Aprel 2026, 12:09

Yusif Məmmədoğlu: “Rasim Balayev kimi sənətkarlar üçün bir az səbir göstərilməlidir”  

Jurnalist Yusif Məmmədoğlu yazıb ki, mərhum sənətkar Rasim Balayevin vəfatından dərhal sonra onun yerinə təyinat və müzakirələrin başlaması cəmiyyətdə narahatlıq doğurur.Citypost.az xəbər verir ki, jurnalist  bildirib ki, belə bir itkidən sonra ən azı bir neçə gün keçməsinə imkan verilməlidir və emosional müzakirələrdən uzaq durulmalıdır. Cəmiyyətdə müvafiq vəzifə və postların boş qalmayacağı aydın olsa da, Rasim Balayev kimi sənətkarların alternativinin olmadığını düşünmək lazımdır.Y.Məmmədoğlu vurğulayıb ki, hazırkı vəziyyətdə əsas məsələ post və vəzifə müzakirələri deyil, sənətkarın xatirəsinə hörmət göstərilməsidir.Əli...

01 Aprel 2026, 10:53