Akademik Zərifə Əliyevanın anım günüdür
Cəmiyyət 15 Aprel 2026, 08:00
401
Aprelin 15-də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 41 il ötür.
Citypost.az xəbər verir ki, Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açmış akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. O, Azərbaycan Tibb İnstitutunu bitirəndən sonra təhsilini Moskvada, Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb və bütün ömrünü tibbin oftalmologiya sahəsinə həsr edib.
1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, xüsusən traxoma geniş yayılmışdı. İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problemə - gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi. Zərifə Əliyeva elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edib. O, bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedib, xəstəlik ocaqlarını aşkarlayıb, göz həkimlərinə mühazirələr oxuyub, əhali arasında söhbətlər aparıb.
Çox keçmədən Zərifə Əliyeva traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail olub. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib. Onun təklif etdiyi müalicə metodu respublikada geniş tətbiq olunub və traxomanın bir xəstəlik kimi aradan qalxmasında mühüm rol oynayıb.
Zərifə Əliyevanın oftalmoloq-alim kimi diqqət yetirdiyi aktual problemlər sırasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutub. O, oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının peşə patologiyasını dərindən tədqiq edib. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin tədqiqi ilə əlaqədar idi. Zərifə Əliyeva bu sahənin ilk tədqiqatçısı olub. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası yazıb. 1977-ci ildə ona tibb elmləri doktoru alimlik dərəcəsi verilib.
Gərgin və məhsuldar elmi fəaliyyətinə görə 1980-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə ona keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M. İ. Averbax adına mükafatı verilib. O, həmin mükafata layiq görülən ilk qadın alimdir.
Həmçinin oxuyun
Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, həmçinin bir sıra dərs vəsaiti və monoqrafiyaların müəllifidir. Zərifə Əliyevanın əsərləri bu gün də aktuallığını qoruyub saxlayır. O, iridodiaqnostika və iridoterapiya problemləri ilə də məşğul olub, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə Əliyeva yazıb.
Akademik Zərifə Əliyeva keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub.
Zərifə Əliyeva 1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edib. Onun cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək Fəxri Xiyabanda, atası Əziz Əliyevin məzarı yanında dəfn olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Yasamalda yeni aşkarlanmış 31 abidə dövlət mühafizəsinə götürüləcək
Bakı şəhəri, Yasamal rayonunda yerləşən 31 yeni aşkar edilmiş nümunənin dövlət mühafizəsinə götürülməsi məqsədilə hazırlanmış qərar layihəsi müvafiq qurumlarla razılaşdırılaraq təsdiq olunması üçün aidiyyəti üzrə təqdim olunub.Citypost.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclasında bildirilib.İclasda 4 şəhər və 15 rayon üzrə 70 yeni aşkar edilmiş nümunənin dövlət mühafizəsinə götürülməsi, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən dövlət mühafizəsində olan 10 abidənin məlumatlarına dəyişiklik edilməsi müzakirə olunub.Qeyd edək ki, 2025-ci ildə dövlət mühafizəsində olan 8, 2026-cı ildə isə 87 abidənin məlumatlarına düzəliş olunub, eyni zamanda, ötən il 51 yeni aşkar edilmiş...
15 Aprel 2026, 11:20
Fransada həbsdən azad edilən İran vətəndaşı ölkəsinə qayıdıb
Fransada həbsdən azad edilən İran vətəndaşı və insan hüquqları fəalı Məhdiyə Esfəndiyari ölkəsinə qayıdıb.Bu barədə İran mediası məlumat yayıb.Qeyd edək ki, Esfəndiyari ötən il sosial şəbəkə hesabında HAMAS-a dəstək verməkdə ittiham olunaraq həbs edilib.Xatırladaq ki, Fransa Məhdiyə Esfəndiyarini İranda saxlanılan iki fransızın azadlığa buraxılması müqabilində azad edib və Paris Beynəlxalq Ədalət Məhkəməsində İrana qarşı şikayətini geri götürüb.İranda həbsdə olan Fransa vətəndaşları Sesil Kohler və Jak Paris isə azad edilərək ölkələrinə qaytarılıblar....
15 Aprel 2026, 11:10
Fərhad Mehdiyev: Bələdiyyə torpaqlarının alqı-satqısında hüquqi problemlər qalır
Hüquqşünas Fərhad Mehdiyev bələdiyyə torpaqlarının alqı-satqısı və sonrakı dövriyyəsi ilə bağlı mövcud hüquqi mexanizmlərdə ciddi problemlərin olduğunu bildirib.Citypost.az xəbər verir ki, hüquqşünas qeyd edib ki, bələdiyyə torpaqlarının etibarnamə əsasında “satışı” praktikada geniş yayılıb, lakin bu proses hüquqi baxımdan bir sıra risklər yaradır və tərəflərin hüquqlarının tam təmin olunmasına imkan vermir. Onun sözlərinə görə, bu vəziyyət mülki dövriyyənin sabitliyi və hüquqi etibar prinsiplərinə mənfi təsir göstərir.F.Mehdiyev vurğulayıb ki, bəzi hallarda illər əvvəl etibarnamə əsasında verilmiş torpaqlar sonradan mübahisə predmeti olur, hətta əvvəlki razılaşmaların ləğvi və ya əlavə ödəniş tələbləri kimi problemlər ortaya çıxır. Bu isə həm real sahiblər, həm də yeni...
15 Aprel 2026, 10:59
Azərbaycanda 100 manatlıq əskinazlar yenilənir
Azərbaycan Mərkəzi Bankı (AMB) yenilənmiş dizayna və ən son mühafizə elementlərinə malik 100 manatlıq pul nişanını 15 iyul 2026-cı il tarixdən tədavülə buraxacaq.Bu barədə Citypost.az AMB-yə istinadən xəbər verir. Yenilənmiş 100 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq üçölçülü mikrogüzgü effektində rəngi dəyişən holoqram, möcüzəvi “Spark Flow Prime” elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən Manat simvolu), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və nominalın rəqəmi), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini...
15 Aprel 2026, 10:53
Xaricdə təhsil üzrə sənəd qəbulu başlayıb
"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2026-2027-ci tədris ili üçün dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu 15 aprel 2026-cı il tarixindən açıq elan olunub.Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyi məlumat verib.Bildirilib ki, sənəd qəbulu üçün son tarix 5 iyun 2026-cı il saat 18:00-dır."Nəzərinizə çatdıraq ki, 12 yanvar 2026-cı il tarixində Dövlət Proqramı çərçivəsində təsdiqlənmiş ali təhsil müəssisələri və təhsil proqramlarının yenilənmiş siyahısı ictimaiyyətə təqdim olunub.Proqrama müraciət üçün əsas şərtlərdən biri məhz sözügedən siyahıda yer alan proqramlardan biri üzrə qəbul sənədinin əldə edilməsidir.Müvafiq siyahıda yer...
15 Aprel 2026, 10:35
"Əməkdar mədəniyyət işçisi"nin "Əməkdar incəsənət xadimi" oğlu...
Ramiz Mirzəyev- 80Səksən ildir ki, yol gedir. Bu müddət ərzində səksənən vaxtları da olub, sakit, sevincli günləri də. Fəhlə də işləyib, "Azərbaycantelefilm"in direktoru vəzifəsində də çalışıb. Azərbaycan teatr, kino və televiziya rejissoru kimi ad qazanıb, məşhurluğun şirinliyini dadıb, hörmət də görüb. Hətta xidmətləri dövlət tərəfindən yüksək də qiymətləndirilib. Azərbaycan Respublikasının xalq artisti və Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb... Deyir ki:- “Yekə oğlan idim, 17-18 yaşım var idi. İstəyirdim ki, müstəqil adam olum, cibimdə pulum olsun, işim rahat olsun. Fəhlə işləyirdim. Gündüz işlədiyimə görə sənədlərimi axşam şöbəsinə verib mədəni-maarif fakültəsinə daxil oldum. Başladım oxumağa, sonra məlum oldu ki,...
15 Aprel 2026, 10:27