Xəqani Cəfərli: ABŞ–İsrail müdaxiləsi Türk dünyasının maraqlarına uyğundur
Siyasət 15 Aprel 2026, 10:05
303
Politoloq Xəqani Cəfərli ABŞ və İsrailin İrana mümkün hərbi müdaxiləsinin təkcə Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası üçün də strateji baxımdan əhəmiyyətli olduğunu bildirib.
Citypost.az xəbər verir ki, politoloqun sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi və ya ehtimal olunan hərbi əməliyyatlar Azərbaycanın milli maraqları ilə yanaşı, Türküstan adlandırılan Mərkəzi Asiya və Doğu Türküstan regionunun maraqlarına da uyğun gəlir. Politoloq qeyd edir ki, bu proseslər regionda yeni geosiyasi reallıqlar yaradır.
X.Cəfərli diqqətə çatdırıb ki, İsrail Hərbi Hava Qüvvələrinin Çin və İran əməkdaşlığı çərçivəsində inşa olunmuş və “Bir kəmər, bir yol” layihəsinin tərkib hissəsi sayılan dəmir yolu infrastrukturu obyektlərinə zərbələr endirməsi beynəlxalq müstəvidə ciddi rezonans doğurub. Onun fikrincə, bu addım Pekində narazılıqla qarşılanıb, eyni zamanda Uyğur türkləri arasında ruh yüksəkliyi yaradıb. Çin, Rusiya və İranın daxil olduğu geosiyasi blokun zəifləməsi Mərkəzi Asiya türk dövlətlərinin suverenliyinin güclənməsinə səbəb ola bilər. O hesab edir ki, bu proses həmçinin regionda yaşayan türk xalqlarının milli azadlıq meyillərinə də müsbət təsir göstərir.
X.Cəfərli əlavə edib ki, son dövrlərdə baş verən hadisələr, o cümlədən Rusiyanın Ukraynada apardığı müharibədə zəifləməsi və İrana qarşı artan təzyiqlər, Avrasiya məkanında qüvvələr balansının dəyişməsinə gətirib çıxarır. Onun fikrincə, bu dəyişikliklər Türk dünyasının maraqları baxımından mühüm əhəmiyyət kəsb edir. İrana qarşı sərt mövqe sərgiləyən qüvvələrə qarşı çıxanların əksəriyyəti Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə də Moskvanın mövqeyini müdafiə edən dairələrdir.
Sonda X.Cəfərli bildirib ki, Ukrayna həm Rusiya, həm də İranla mübarizədə Qərb üçün mühüm tərəfdaş kimi çıxış edir və bu məsələyə daha geniş şəkildə yanaşmağa ehtiyac var.
Həmçinin oxuyun
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azər Həsrət: Xameneyinin Bakıda anım mərasimini doğru hesab etmirəm
Jurnalist Azər Həsrət İranın ali dini lideri Seyid Əli Xameneyinin xatirəsinin Bakıda 40 mərasimi ilə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, A.Həsrət bildirib ki, ABŞ-İsrail cütlüyünün öldürdüyü İranın ali dini rəhbəri Seyid Əli Xameneyinin xatirəsinin Bakıda 40 mərasimi ilə yad edilməsini şəxsən təqdir etmir və hesab edir ki, bunu ümumiyyətlə etməməliydik. Onun sözlərinə görə, yaşadığı dövrdə bir dəfə də olsun “Qarabağ Azərbaycandır” deməyən bu mollanın xatirəsi Azərbaycan milləti üçün əziz ola bilməz və olmamalıdır.A.Həsrət qeyd edib ki, lakin geosiyasi gerçəkləri nəzərə alaraq kimlərsə belə bir mərasim keçiribsə, buna bir az tolerant yanaşmaq olar. Onun fikrincə, mərasim olduqca sönük və maraqsız...
15 Aprel 2026, 11:05
Xalid Kazımlı: İranda real hakimiyyət seçilmiş prezidentdə deyil
Jurnalist Xalid Kazımlı İranda mövcud siyasi vəziyyətlə bağlı diqqətçəkən fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, iki il əvvəl keçirilən prezident seçkiləri zamanı Məsud Pezeşkianlə yanaşı Məhəmmədbağır Qalibaf da prezidentliyə iddialı olub. Lakin seçilmək şansını aşağı qiymətləndirən Qalibaf sonradan namizədliyini geri götürüb və nəticədə Pezeşkian prezident seçilib.X.Kazımlının fikrincə, hazırkı vəziyyətdə ölkədə real hakimiyyətin Qalibafın əlində cəmləndiyi iddia olunur. O qeyd edib ki, mövcud idarəetmə formasını legitim saymaq çətindir və bunu faktiki olaraq fərqli bir idarəetmə modeli kimi qiymətləndirib.Bu vəziyyət fonunda İranda demokratiya və qanunçuluqla bağlı səsləndirilən fikirlər mübahisə doğurur. Onun sözlərinə görə, ölkədə siyasi proseslərin gedişi ciddi suallar yaradır.X.Kazımlı...
15 Aprel 2026, 10:22
Turan Qaraqaşlı: İran–ABŞ-a qarşı maksimalist mövqelərə görə çox az qaldı
İctimai fəal və yazıçı Turan Qaraqaşlı İran–ABŞ danışıqları və regionda baş verən geosiyasi proseslərlə bağlı açıqlama verib.O bildirib ki, İran və ABŞ arasında aparılan danışıqların nəticəsiz qalmasının əsas səbəblərindən biri tərəflərin hər ikisinin maksimalist mövqe nümayiş etdirməsidir. Onun sözlərinə görə, İran müharibədən sonra daha sərt tələblər irəli sürür və uranın zənginləşdirilməsi məsələsini belə müzakirəyə çıxarmaq istəmir.T.Qaraqaşlının fikrincə, ABŞ da atəşkəs və danışıqlar fonunda vaxt qazanmağa çalışsa da, paralel olaraq maksimalist tələblər irəli sürür və bu da razılaşmanı çətinləşdirir.Prosesin nəticəsiz qalması həm də diplomatik müstəvidə yeni balans yaradır və tərəflərin masa üzərindən qazandığı üstünlükləri artırır. Onun sözlərinə görə, İranın danışıqlarda iştirak...
14 Aprel 2026, 12:17
Turan Rzayev: Hörmüzdə gərginlik “böhran” riskini artırır
Politoloq Turan Rzayev ABŞ-ın Hörmüz boğazında başlatdığı blokada və regionda yaranan geosiyasi gərginliklə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, politoloq bildirib ki, ABŞ-ın ABŞ İrana qarşı həyata keçirdiyi blokada təkcə Tehran üçün deyil, daha geniş miqyasda beynəlxalq narahatlıqlar yaradır və yeni münaqişə risklərini artırır.T.Rzayevin sözlərinə görə, Hörmüz boğazı yaxınlığında 15-dən çox ABŞ hərbi gəmisi cəmləşdirilib, “George Bush” aviadaşıyıcısının Aralıq dənizinə daxil olması isə əməliyyatların genişlənə biləcəyini göstərir.Bu prosesdən ən çox narahat olan ölkələrdən biri Çin Xalq Respublikasıdır Çin, çünki region onun enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır.Çin donanmasının bölgədə “müşayiət” missiyası həyata keçirməsi həm müdafiə, həm də siyasi mesaj xarakteri...
14 Aprel 2026, 12:15
Eynulla Fətullayev: ABŞ-ın İran siyasəti dəyişib
Araşdırmaçı jurnalist, Eynulla Fətullayev ABŞ-ın İran siyasəti və Yaxın Şərqdəki proseslərlə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, hazırkı mərhələdə ABŞ-ın İranda “mollakratiyadan azadlıq” məqsədli siyasətinin arxa plana keçdiyi görünür və diqqətin daha çox strateji bölgələrə, xüsusilə Hörmüz boğazı kimi kritik nöqtələrə yönəldiyi müşahidə olunur.E.Fətullayevin sözlərinə görə, Vaşinqtonun siyasətində baş verən dəyişikliklər nəticəsində İran xalqının azadlıqları məsələsi gündəmdən düşüb və regional enerji marşrutlarına nəzarət daha prioritet hala gəlib.O qeyd edib ki, hazırkı geosiyasi mənzərə ABŞ-ın mövqeyini dəyişdirərək onu daha sərt və resurs yönümlü siyasətə yaxınlaşdırıb. Jurnalistin fikrincə, bu proseslər nəticəsində bölgədə yeni qarşıdurma riski artır.E.Fətullayev həmçinin vurğulayıb ki,...
14 Aprel 2026, 11:41
Zəlimxan Məmmədli: Hörmüz böhranı Azərbaycan üçün yeni imkanlar yarada bilər
Siyasətçi Zəlimxan Məmmədli İslamabad danışıqları və Hörmüz boğazı ətrafında yaranan gərgin vəziyyətlə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, siyasətçi bildirib ki, Hörmüz boğazı qlobal enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyan əsas nöqtələrdən biridir və burada yaranan hər hansı gərginlik dünya enerji bazarına birbaşa təsir göstərir.Z.Məmmədlinin sözlərinə görə, İran boğazı tam bağlamasa da, psixoloji və iqtisadi təzyiq yaratmaq istiqamətində addımlar ata bilər, ABŞ isə bölgədə patrul və müşayiət missiyalarını artırmaqla mövqeyini gücləndirməyə çalışacaq.ABŞ Hörmüz boğazı üzərində tam dominantlığa nail olmağa çalışır və bu proses lokal və ya genişmiqyaslı hərbi əməliyyatları da istisna etmir. Siyasətçi əlavə edib ki, İran daxilində sosial-iqtisadi gərginliklərin...
14 Aprel 2026, 11:33