Bizə yazın

Baku

-°C

USD

-

Meloni: Rusiyaya iqtisadi təzyiq sülh üçün əsas vasitədir 

Dünya 15 Aprel 2026, 09:00

382

İtaliyanın Baş naziri Corcia Meloni Rusiyaya iqtisadi təzyiqin sülh üçün ən effektiv vasitə olduğunu bildirib.

Bu barədə "Reuters" məlumat yayıb.

O qeyd edib ki, Avropa İttifaqı tərəfindən tətbiq olunan iqtisadi tədbirlər münaqişənin həllinə töhfə verir və bu siyasət davam etdirilməlidir.

Meloni enerji məsələsində qərarların müharibənin gedişinə təsir edə biləcəyini vurğulayıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ermənistanda hərbçi poliqonda öldü 

Ermənistan Silahlı Qüvvələrinin hərbçisi poliqonda aldığı güllə yarası alaraq ölüb.Citypost.az xəbər verir ki, bu barədə "Shamshyan.com" məlumat yayıb. Bildirilib ki, 19 yaşlı əsgər hadisədən sonra xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır. (Modern.az)

15 Aprel 2026, 09:56

ABŞ-də keçirilən Livan-İsrail danışıqları başa çatdı 

Livan və İsrail nümayəndələri arasında münaqişənin həlli ilə bağlı görüş iki saatdan çox davam edib.Modern.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb."Dövlət katibi Marko Rubionun sədrliyi ilə İsrail və Livan səfirləri arasında keçirilən görüş başa çatdı. Görüş iki saatdan çox davam etdi", - deyə portalın jurnalisti Barak Ravid sosial şəbəkədə yazıb.Görüşlə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

15 Aprel 2026, 09:18

Tramp: ABŞ və İran arasında danışıqlar yaxın iki gün ərzində bərpa oluna bilər 

ABŞ və İran arasında danışıqlar yaxın iki gün ərzində bərpa oluna bilər.Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

14 Aprel 2026, 19:48

Pezeşkian altı ölkənin mövqeyini dəstəkləyib 

İspaniya, Çin, Rusiya, Türkiyə, İtaliya və Misir İsrailin İrana qarşı müharibə çağırışlarına qarşıdır.CityPost.az  xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında yazıb."Sivilizasiyaların mahiyyəti kritik tarixi məqamlarda özünü büruzə verir", - paylaşımda qeyd olunub.İran Prezidenti bildirib ki, İspaniya, Çin, Rusiya, Türkiyə, İtaliya və Misirin İsrailə qarşı tutduğu mövqe bu ölkələrin dərin mədəni və tarixi köklərindən qaynaqlanır.

14 Aprel 2026, 19:15

Makron ABŞ və İran arasında danışıqların bərpasına çağırıb 

Fransa Prezidenti Emmanuel Makron İslamabadda yarımçıq qalmış ABŞ-İran danışıqlarının bərpasına çağırıb.Citypost.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb."Mən dünən İran Prezidenti Məsud Pezeşkian, eləcə də ABŞ Prezidenti Donald Trampla danışıqlar apardım, İslamabadda yarımçıq qalmış danışıqların bərpasına, anlaşılmazlıqlara aydınlıq gətirilməsinə və gərginliyin yeni mərhələlərinin qarşısının alınmasına çağırdım. Atəşkəs rejiminə bütün tərəflərin ciddi şəkildə riayət etməsi və Livana da şamil edilməsi xüsusilə vacibdir", - o yazıb.O qeyd edib ki, Hörmüz boğazının heç bir şərt, yoxlama və ya rüsum olmadan ən qısa müddətdə yenidən açılması da eyni dərəcədə vacibdir. Bu şərtlər daxilində danışıqlar əsas maraqlı tərəflərin dəstəyi ilə tezliklə bərpa...

14 Aprel 2026, 17:43

Ukraynaya 90 milyard avro ayrılır 

Ukrayna üçün nəzərdə tutulan 90 milyard avroluq Avropa Birliyi yardım paketinin verilməsi təxirə salınıb.Citypost.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Bala Ujvari mətbuat üçün keçirdiyi brifinqdə bildirib."Avropa Komissiyası bu proqram çərçivəsində ilk ödənişləri ilin ikinci yarısında həyata keçirməyə sadiqdir", - deyə o jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.(Modern.az)

14 Aprel 2026, 17:31