Bizə yazın

Baku

-°C

USD

-

UNEC-in qazi tələbəsi vəfat etdi 

Cəmiyyət 15 Aprel 2026, 11:59

328

UNEC Qiyabi və Əlavə Təhsil Mərkəzinin III kurs tələbəsi Ülvi Xasayzadə dünyasını dəyişib.

Modern.az xəbər verir ki, bu barədə unieversitetin Mətbuat xidmətindən bildirilib.

Ülvi Xasayzadə Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda döyüşlərdə iştirak edib və medallarla təltif olunub.

28 yaşlı Ülvü Əlisəfa oğlu Xasayzadənin meyiti aprelin 11-də Sumqayıt şəhərindəki qəbiristanlıqda tapılmışdı. 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.

Allah rəhmət eləsin!

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tofiq Hüseyn zirvəsi 80 !  

Şirvan şəhərinin etalon vizionu deyəndə sosial-iqtisadi, maddi-mənəvi,  siyasi-strateji anlamda bir çox tanınmış şəxsiyyətlərin adını çəkmək olar. Bu şəxslər müxtəlif dövrlərdə şəhərin inkişafında təmsil etdiyi sahədə verdiyi tövhələr və tərəqqi ilə səciyyələnir.Belə mötəbər şəxsiyyətlərdən biri, ali mənəvi dəyərləri yaradıcılığına və həyat fəaliyyətinə ehtiva edən, 1967- ci ildən Şirvan şəhərində ilk əmək fəaliyyətinə başlayan, İşıq, Hacıqabul, Həyat qəzetlərində ədəbi işçi, baş redaktor, 1997 -ci ildən Respublika qəzetində Muğan-Şirvan bölgəsi üzrə xüsusi muxbir vəzifələrində çalışaraq vətənə və millətə ömrünü həsr edən şair, publisist tərəqqi medallı, əməkdar jurnalist, 8 şeir və publisistik məqalələr kitabının müəllifi Tofiq Hüseyndir !Tofiq Hüseyn ömrünün  ədəbi qəhrəmanının bu günlərdə...

15 Aprel 2026, 13:28

Sabah hava yağışlı olacaq

Aprelin 16-da gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 8-10° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-60 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı...

15 Aprel 2026, 13:20

İTV-nin baş direktor seçkisinin tarixi bəlli olub 

İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçkisi "İctimai televiziya və radio yayımı haqqında" qanuna əsasən bu ilin mayın sonunda keçiriləcək.Bu barədə APA-nın sorğusuna cavab olaraq İctimai Televiziyanın Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, baş direktor yalnız seçkinin nəticəsində müəyyən olunacaq.

15 Aprel 2026, 12:55

Milli Xalça Muzeyində “Yaddaşa həkk olunan təsvir” adlı fərdi sərgi açılıb 

Azərbaycan Milli Xalça Muzeyində .ART qlobal domeninin dəstəyi ilə multidisiplinar rəssam Mədinə Qasımovanın “Yaddaşa həkk olunan təsvir” adlı fərdi sərgisi açılıb.Citypost.az xəbər verir ki, tədbirdə Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər.Sərginin açılış mərasimində çıxış edən Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova qeyd edib ki, sərgidə rəssamın son beş ildə yaratdığı 28 əsər nümayiş olunur. “Muzeyin ənənəvi texnologiya şöbəsində rəssamın eskizləri əsasında toxunan beş yeni xalça ekspozisiyanın mühüm hissəsini təşkil edir. Bu əsərlər müasir obrazın tekstildə ifadə imkanlarını nümayiş etdirərək ənənəvi sənət ilə çağdaş incəsənət arasında məzmunlu dialoq yaradır. Sərgi çərçivəsində “Analar üçün çiçəklər” əsərinin dörd təcəssümü – rəngkarlıq, xalça,...

15 Aprel 2026, 12:49

Latviya Prezidenti gələn həftə Azərbaycana səfər edəcək 

Gələn həftə Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri gözlənilir.Bu barədə "Report"a müsahibəsində Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze deyib."Yüksək səviyyəli səfər gələn həftəyə planlaşdırılıb. Latviya Prezidenti Edqars Rinkeviçsin çərşənbə günü (22 aprel - red.) Azərbaycana səfərə gələcəyi gözlənilir", - o deyib.

15 Aprel 2026, 12:39

RƏSMİ: Mənzillərə istiliyin verilməsi dayandırıldı

Respublikanın dağ rayonları istisna olmaqla 2025-2026-cı illər payız-qış mövsümü yekunlaşıb.Bu barədə Citypost.az  “Azəristiliktəchizat” ASC-dən məlumat verilib.Bildirilib ki, istilik mövsümünün tamamlanması ilə əlaqədar olaraq, sistemlərin planlı dayandırılması, avadanlıqların diaqnostikası və növbəti mövsümə hazırlıq tədbirlərinə başlanılıb."Mövsüm ərzində regionlar üzrə 196 qazanxana vasitəsilə 588 yaşayış binası, 100 məktəb, 36 uşaq bağçası, 44 səhiyyə obyekti, 227 sosial və digər təsərrüfat obyekti istiliklə təmin edilib", - deyə məlumatda qeyd edilib....

15 Aprel 2026, 12:12