Qalib Əsədov: Son 50 ildə ailə institutunun zəifləməsi diqqət çəkir
Cəmiyyət 15 Aprel 2026, 11:25
323
Nevropatoloq Qalib Əsədov son 50 ildə cəmiyyətdə baş verən sosial və ailə dəyişiklikləri ilə bağlı açıqlama verib.
Citypost.az xəbər verir ki, həkim bildirib ki, keçmişdə ailə və tayfa institutunun fərd üçün əsas dayaq olduğunu, insanların xəstəlik, qocalıq, ev tikintisi, iş qurmaq və digər sosial ehtiyaclarında bir-birinə daha sıx dəstək göstərdiyini qeyd edib. Onun sözlərinə görə, o dövrlərdə qonşuluq və qohumluq münasibətləri daha güclü olub və insanlar qarşılıqlı yardım prinsipinə daha çox əməl ediblər.
Q.Əsədov qeyd edib ki, son 50 ildə ailə institutunun zəifləməsi və fərdiyyətçiliyin artması istiqamətində qlobal miqyasda ciddi dəyişikliklər baş verib. O, bu prosesdə media və ictimai təbliğatın da rol oynadığını bildirib və gənclərə “müstəqil şəxsiyyət olun, ailədən asılı qalmayın” kimi mesajların geniş yayıldığını deyib.Müasir dövrdə insanlar iş, təhsil, ev və sosial təminat baxımından daha çox dövlət və maliyyə institutlarından asılıdırlar. Onun sözlərinə görə, bank kreditləri, ipoteka sistemi, sosial sığorta və dövlət təminatları bu asılılığı daha da gücləndirib.
Nevropatoloq vurğulayıb ki, bu dəyişikliklər bir tərəfdən şəxsi azadlıqları artırsa da, digər tərəfdən ailə bağlarının zəifləməsinə gətirib çıxarıb. O bildirib ki, əvvəlki dövrlərdə ailə dəstəyi ilə həll olunan bir çox məsələlər bu gün fərdi məsuliyyət və sistemlər üzərindən həyata keçirilir.
Q.Əsədov sonda qeyd edib ki, bu proseslərin müsbət və mənfi tərəfləri barədə suallar açıq qalır və “şəxsi azadlıq, yoxsa ailə-tayfa dəstəyi” mövzusu müasir cəmiyyət üçün aktual müzakirə mövzusudur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İTV-nin baş direktor seçkisinin tarixi bəlli olub
İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçkisi "İctimai televiziya və radio yayımı haqqında" qanuna əsasən bu ilin mayın sonunda keçiriləcək.Bu barədə APA-nın sorğusuna cavab olaraq İctimai Televiziyanın Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, baş direktor yalnız seçkinin nəticəsində müəyyən olunacaq.
15 Aprel 2026, 12:55
Milli Xalça Muzeyində “Yaddaşa həkk olunan təsvir” adlı fərdi sərgi açılıb
Azərbaycan Milli Xalça Muzeyində .ART qlobal domeninin dəstəyi ilə multidisiplinar rəssam Mədinə Qasımovanın “Yaddaşa həkk olunan təsvir” adlı fərdi sərgisi açılıb.Citypost.az xəbər verir ki, tədbirdə Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər.Sərginin açılış mərasimində çıxış edən Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova qeyd edib ki, sərgidə rəssamın son beş ildə yaratdığı 28 əsər nümayiş olunur. “Muzeyin ənənəvi texnologiya şöbəsində rəssamın eskizləri əsasında toxunan beş yeni xalça ekspozisiyanın mühüm hissəsini təşkil edir. Bu əsərlər müasir obrazın tekstildə ifadə imkanlarını nümayiş etdirərək ənənəvi sənət ilə çağdaş incəsənət arasında məzmunlu dialoq yaradır. Sərgi çərçivəsində “Analar üçün çiçəklər” əsərinin dörd təcəssümü – rəngkarlıq, xalça,...
15 Aprel 2026, 12:49
Latviya Prezidenti gələn həftə Azərbaycana səfər edəcək
Gələn həftə Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri gözlənilir.Bu barədə "Report"a müsahibəsində Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze deyib."Yüksək səviyyəli səfər gələn həftəyə planlaşdırılıb. Latviya Prezidenti Edqars Rinkeviçsin çərşənbə günü (22 aprel - red.) Azərbaycana səfərə gələcəyi gözlənilir", - o deyib.
15 Aprel 2026, 12:39
RƏSMİ: Mənzillərə istiliyin verilməsi dayandırıldı
Respublikanın dağ rayonları istisna olmaqla 2025-2026-cı illər payız-qış mövsümü yekunlaşıb.Bu barədə Citypost.az “Azəristiliktəchizat” ASC-dən məlumat verilib.Bildirilib ki, istilik mövsümünün tamamlanması ilə əlaqədar olaraq, sistemlərin planlı dayandırılması, avadanlıqların diaqnostikası və növbəti mövsümə hazırlıq tədbirlərinə başlanılıb."Mövsüm ərzində regionlar üzrə 196 qazanxana vasitəsilə 588 yaşayış binası, 100 məktəb, 36 uşaq bağçası, 44 səhiyyə obyekti, 227 sosial və digər təsərrüfat obyekti istiliklə təmin edilib", - deyə məlumatda qeyd edilib....
15 Aprel 2026, 12:12
"Zərifə xanımın yazdığı "Yüksək etimad" kitabı bu gün də həkimlərin stolüstü kitabıdır"
Milli Məclisin deputatı Zaur Şükürov YAZIR:15 aprel – Azərbaycan elminin və səhiyyəsinin böyük siması görkəmli alim-oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anım günüdür. Zərifə xanımın fəaliyyəti təkcə onun peşə nailiyyətləri ilə deyil, həmçinin daşıdığı yüksək mənəvi dəyərlər, xalqına olan sonsuz sevgisi və yüksək humanizm prinsipləri ilə ölçülür və onun ömür yolu fədakarlığın, elmi titullardan öncə gələn insanlığın və vətənpərvərliyin ali nümunəsidir.1942-ci ildə orta məktəbi bitirən Zərifə xanım Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirərək, həkimlik fəaliyyətinə və elmi axtarışlarına başlayır.XX əsrin ortalarında Azərbaycanda göz xəstəlikləri, xüsusilə də ağır nəticələrə, hətta tam korluğa səbəb olan traxoma...
15 Aprel 2026, 12:06
UNEC-in qazi tələbəsi vəfat etdi
UNEC Qiyabi və Əlavə Təhsil Mərkəzinin III kurs tələbəsi Ülvi Xasayzadə dünyasını dəyişib.Modern.az xəbər verir ki, bu barədə unieversitetin Mətbuat xidmətindən bildirilib.Ülvi Xasayzadə Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda döyüşlərdə iştirak edib və medallarla təltif olunub.28 yaşlı Ülvü Əlisəfa oğlu Xasayzadənin meyiti aprelin 11-də Sumqayıt şəhərindəki qəbiristanlıqda tapılmışdı. Faktla bağlı Sumqayıt şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.Allah rəhmət eləsin!
15 Aprel 2026, 11:59