Bizə yazın

Baku

-°C

USD

-

Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqların sonuncusu evə buraxılıb 

Cəmiyyət 20 Aprel 2026, 11:19

693

Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan sonuncusu da ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.

Bu barədə Citypost.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, azyaşlının vəziyyəti qənaətbəxş qiymətləndirilib.

Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan, aprelin 3-də 2 yaşlı qız ölüb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanda neft-qaz sektorundan büdcə daxilolmaları proqnozu cüzi üstələyib

Bu ilin I rübündə Azərbaycanda neft-qaz sektorundan dövlət büdcəsinə daxilolmalar ümumi daxilolmaların 42,3 %-ni təşkil etməklə 4 milyard 64,9 milyon manat olub ki, bu da proqnozla müqayisədə 12,4 milyon manat və yaxud 0,3 % çoxdur.CityPost.az  bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.Məlumata görə, yanvar-mart aylarında büdcə gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 21 %-ni və yaxud 854,9 milyon manatı vergi daxilolmaları, 79 %-ni və yaxud 3 milyard 210 milyon manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert təşkil edib.Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 48,8 %-i və yaxud 417,4 milyon manatı Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi müvafiq vergilər...

22 Aprel 2026, 12:31

Həftəsonu 55 mindən çox şagird buraxılış imtahanı verəcək 

Azərbaycanda aprelin 26-da 55 282 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verəcək.Bu barədə Citypost.az Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.Bildirilib ki, imtahanda 79 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.İmtahan keçirilən şəhər və rayonlarda...

22 Aprel 2026, 11:30

Əli Əsədov Qazaxıstana səfər edib 

Baş naziri Əli Əsədov Regional Ekoloji Sammitdə iştirak etmək üçün Qazaxıstan Respublikasının Astana şəhərinə işgüzar səfər edib.Bu barədə Citypost.az-a Nazirlər Kabinetindən məlumat verilib.Bildirilib ki, Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda Ə.Əsədovu Qazaxıstan Respublikası Baş nazirinin birinci müavini Roman Sklyar və digər rəsmi şəxslər qarşılayıblar.

22 Aprel 2026, 10:35

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib 

Azərbaycanda rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs aprelin 22-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.Citypost.az xəbər verir ki, daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.Həmçinin görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim Tamerlan Əliyevin məzarları ziyarət olunub və məzarların önünə gül dəstələri qoyulub....

22 Aprel 2026, 10:03

Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı test imtahanı keçiriləcək 

Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əldə olunan razılığa əsasən, mayın 7-də saat 10:00-da Azərbaycan Vəkillər Kollegiyası və Naxçıvan Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinin keçirilməsi nəzərdə tutulur.Bu barədə Citypost.az-a Kollegiyadan məlumat verilib.Bildirilib ki, imtahanda iştirak etmək niyyətində olan namizədlər tərəfindən sənəd qəbulunun 27.04.2026-cı il tarixədək davam edəcəyi nəzərə alınmalıdır. Həmçinin elektron qaydada müraciəti təsdiq edilən, ancaq imtahanda iştirak üçün nəzərdə tutulan ödənişi etməyən şəxslər aprelin 27-ə qədər "Şəxsi kabinet" vasitəsilə ödənişi həyata keçirməlidirlər. Əks təqdirdə, test imtahanında iştirak üçün buraxılış vərəqəsini əldə edə bilməyəcəklər.Qeyd olunmalıdır ki, keçirilməsi nəzərdə tutulan test imtahanına namizədlər buraxılış...

22 Aprel 2026, 10:00

Azərbaycan neftinin qiyməti 111 dollara yaxınlaşıb 

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb.CityPost.az  xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,38 ABŞ dolları və ya 0,34% artaraq 110,89 ABŞ dolları olub.ƏtraflıQeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 110,51 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

22 Aprel 2026, 09:38