Bizə yazın

Baku

-°C

USD

-

Müğənni Rəqsanə polis nəzarətinə götürüldü 

Cəmiyyət 23 Aprel 2026, 13:27

270

Külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə təqsirləndirilən müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib.

Citypost.az xəbər verir ki, onun barəsində olan ev dustaqlığı qətimkan tədbiri polis nəzarəti altında olma qətimkan tədbiri ilə əvəz olunub.

Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova ötən ilin avqust ayında dələduzluq ittihamı ilə həbs edilib.

Vətəndaşlardan daxil olan şikayətlər əsasında polisin həyata keçirdiyi tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən müğənni saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.

Ətraflı

Ad - 00:17

Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Noyabr ayında isə Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb. Sabunçu rayon Məhkəməsi onun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar verib.

Dəymiş zərərin müəyyən hissəsinin (100 min manat) ödənilməsi və zərərçəkmişlərlə təqsirləndirilən Rəqsanə İsmayılova arasında olan qarşılıqlı razılığa əsasən, onun barəsində tətbiq edilmiş həbs qətimkan tədbiri məhkəmə tərəfindən ev dustaqlığı ilə əvəz olunub.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.(APA)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Vergi cinayətləri faktları üzrə 89 cinayət işi başlanılıb 

Bu ilin I rübündə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində vergi ödəməkdən yayınma, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalama, saxlama və ya satma, aksiz markaları ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma faktları üzrə cəmi 89 cinayət işi başlanılıb.Bu barədə Citypost.az-a Dövlət Vergi Xidmətindən məlumat verilib.Belə ki, hesabat dövründə 23 nəfər barəsində 19 cinayət işi üzrə ittiham aktı baxılması üçün aidiyyəti...

23 Aprel 2026, 14:39

Rəşad İsmayılov Ağcabədidə vətəndaşları qəbul edib 

Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Ağcabədi rayonunda Ağcabədi, Beyləqan və Ağdam rayonlarından olan sakinləri qəbul edib.Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.Bildirilib ki, vətəndaş qəbulu zamanı ətraf mühitin və biomüxtəlifliyin mühafizəsi, meşələrin qorunması və digər aidiyyəti məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib.Qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib.ETSN-in fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb....

23 Aprel 2026, 14:09

Sabah bütün sosial ödənişlər yekunlaşacaq 

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının aprelin 24-də ödənilməsi nəzərdə tutulub.Bu barədə Citypost.az Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.Bildirilib ki, sabah respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq.

23 Aprel 2026, 14:05

Ağsaqqallar Şurasının fəaliyyət miqyası genişlənib 

Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyət miqyası genişlənib.AZƏRTAC xəbər verir ki, bu barədə Ağsaqqallar Şurasının Qurultayında Nəzarət-Təftiş Komissiyasının hesabatını təqdim edən Komissiyanın sədri Zakir Naziyev məlumat verib.O bildirib ki, Şuranın fəaliyyəti çərçivəsində görkəmli elm və incəsənət xadimləri, tanınmış ziyalılar və ölkə qarşısında xüsusi xidmətləri olan ağsaqqallarla görüşlər təşkil olunub, onların yubileyləri qeyd edilib. Eyni zamanda, əlamətdar günlərdə şəhid ailələri, qazilər və aztəminatlı ailələrlə görüşlər keçirilib, onlara imkan daxilində dəstək göstərilib.O da qeyd edilib ki, Azərbaycan Prezidenti tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Bakıda “Heydər Əliyev və Müasir Türk Dünyası” mövzusunda geniş beynəlxalq elmi-praktik konfrans təşkil olunub, həmçinin respublikanın...

23 Aprel 2026, 13:43

Rəşad Nəbiyev V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşdü 

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev V "Yüksəliş" müsabiqəsinin qalibləri Fərid Hüseynov və Kamran Sadıxlı ilə görüşüb.Citypost.az xəbər verir ki, nazir "X" sosial şəbəkəsində hesabında bildirib."Beşinci "Yüksəliş" müsabiqəsinin qalibləri Fərid Hüseynov və Kamran Sadıxlı ilə Mentorluq proqramı çərçivəsində görüşdük. Qaliblərlə mentorluq dövründə fərdi inkişaf istiqamətləri və peşəkar bacarıqlarının artırılması ilə bağlı fikir mübadiləsi apardıq. Eyni zamanda onların idarəetmə bacarıqlarının gücləndirilməsi və innovativ layihələrdə daha fəal iştirak perspektivlərini müzakirə etdik", - nazir qeyd edib....

23 Aprel 2026, 13:33

Türkiyə nümayəndə heyəti Şuşada olub 

Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.Müdafiə Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, səfər çərçivəsində türkiyəli qonaqlar işğaldan azad edilmiş ərazilərdə olub, bir sıra tarixi abidələri ziyarət ediblər. Nümayəndə heyətinə Ermənistan silahlı qüvvələri tərəfindən xalqımıza qarşı törədilən vandalizmin nəticələri və dağıntılar, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq və yenidənqurma işləri haqqında ətraflı məlumat verilib. Həmçinin hərbi qulluqçular 44 günlük Vətən müharibəsi və digər uğurlu əməliyyatlarla bağlı xatirələrini bölüşüblər.N hərbi hissəsini ziyarət edən türkiyə nümayəndə heyəti burada yaradılan...

23 Aprel 2026, 13:00