Türkiyə nümayəndə heyəti Şuşada olub
Cəmiyyət 23 Aprel 2026, 13:00
281
Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.
Müdafiə Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, səfər çərçivəsində türkiyəli qonaqlar işğaldan azad edilmiş ərazilərdə olub, bir sıra tarixi abidələri ziyarət ediblər. Nümayəndə heyətinə Ermənistan silahlı qüvvələri tərəfindən xalqımıza qarşı törədilən vandalizmin nəticələri və dağıntılar, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq və yenidənqurma işləri haqqında ətraflı məlumat verilib. Həmçinin hərbi qulluqçular 44 günlük Vətən müharibəsi və digər uğurlu əməliyyatlarla bağlı xatirələrini bölüşüblər.
N hərbi hissəsini ziyarət edən türkiyə nümayəndə heyəti burada yaradılan şərait ilə tanış olub. Qonaqlara torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən bölmələrin döyüş yolu haqqında geniş məlumat verilib.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Həmçinin oxuyun
Qeyd edək ki, Türkiyə MMU-nun nümayəndə heyəti səfər proqramına uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunu ziyarət edəcəklər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Vergi cinayətləri faktları üzrə 89 cinayət işi başlanılıb
Bu ilin I rübündə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində vergi ödəməkdən yayınma, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalama, saxlama və ya satma, aksiz markaları ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma faktları üzrə cəmi 89 cinayət işi başlanılıb.Bu barədə Citypost.az-a Dövlət Vergi Xidmətindən məlumat verilib.Belə ki, hesabat dövründə 23 nəfər barəsində 19 cinayət işi üzrə ittiham aktı baxılması üçün aidiyyəti...
23 Aprel 2026, 14:39
Rəşad İsmayılov Ağcabədidə vətəndaşları qəbul edib
Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Ağcabədi rayonunda Ağcabədi, Beyləqan və Ağdam rayonlarından olan sakinləri qəbul edib.Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.Bildirilib ki, vətəndaş qəbulu zamanı ətraf mühitin və biomüxtəlifliyin mühafizəsi, meşələrin qorunması və digər aidiyyəti məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib.Qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib.ETSN-in fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb....
23 Aprel 2026, 14:09
Sabah bütün sosial ödənişlər yekunlaşacaq
Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının aprelin 24-də ödənilməsi nəzərdə tutulub.Bu barədə Citypost.az Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.Bildirilib ki, sabah respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq.
23 Aprel 2026, 14:05
Ağsaqqallar Şurasının fəaliyyət miqyası genişlənib
Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyət miqyası genişlənib.AZƏRTAC xəbər verir ki, bu barədə Ağsaqqallar Şurasının Qurultayında Nəzarət-Təftiş Komissiyasının hesabatını təqdim edən Komissiyanın sədri Zakir Naziyev məlumat verib.O bildirib ki, Şuranın fəaliyyəti çərçivəsində görkəmli elm və incəsənət xadimləri, tanınmış ziyalılar və ölkə qarşısında xüsusi xidmətləri olan ağsaqqallarla görüşlər təşkil olunub, onların yubileyləri qeyd edilib. Eyni zamanda, əlamətdar günlərdə şəhid ailələri, qazilər və aztəminatlı ailələrlə görüşlər keçirilib, onlara imkan daxilində dəstək göstərilib.O da qeyd edilib ki, Azərbaycan Prezidenti tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Bakıda “Heydər Əliyev və Müasir Türk Dünyası” mövzusunda geniş beynəlxalq elmi-praktik konfrans təşkil olunub, həmçinin respublikanın...
23 Aprel 2026, 13:43
Rəşad Nəbiyev V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşdü
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev V "Yüksəliş" müsabiqəsinin qalibləri Fərid Hüseynov və Kamran Sadıxlı ilə görüşüb.Citypost.az xəbər verir ki, nazir "X" sosial şəbəkəsində hesabında bildirib."Beşinci "Yüksəliş" müsabiqəsinin qalibləri Fərid Hüseynov və Kamran Sadıxlı ilə Mentorluq proqramı çərçivəsində görüşdük. Qaliblərlə mentorluq dövründə fərdi inkişaf istiqamətləri və peşəkar bacarıqlarının artırılması ilə bağlı fikir mübadiləsi apardıq. Eyni zamanda onların idarəetmə bacarıqlarının gücləndirilməsi və innovativ layihələrdə daha fəal iştirak perspektivlərini müzakirə etdik", - nazir qeyd edib....
23 Aprel 2026, 13:33
Müğənni Rəqsanə polis nəzarətinə götürüldü
Külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə təqsirləndirilən müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib.Citypost.az xəbər verir ki, onun barəsində olan ev dustaqlığı qətimkan tədbiri polis nəzarəti altında olma qətimkan tədbiri ilə əvəz olunub.Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova ötən ilin avqust ayında dələduzluq ittihamı ilə həbs edilib.Vətəndaşlardan daxil olan şikayətlər əsasında polisin həyata keçirdiyi tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən müğənni saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.ƏtraflıAd - 00:17Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla...
23 Aprel 2026, 13:27