Bizə yazın

Baku

-°C

USD

-

Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm 

Dünya 23 Aprel 2026, 14:28

416

Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş həyat yoldaşı Anna Akopyanla yenidən görüşməsinə münasibət bildirib.

Ermənistan mediasının xəbərinə görə, Paşinyan bu gün hökumətin iclasından sonra jurnalistlərlə keçirdiyi brifinqdə bildirib ki, ailənin yenidən birləşməsi üçün səylər göstərir və belə bir imkanın yaranmasından məmnundur.

“Anna açıqlama verəndə mən bu qərara hörmət etdiyimi bildirdim, amma bu qərarla razı olduğumu demədim və təbii ki, bu məntiqlə qeyd etdiyiniz tədbirin baş tutması üçün də səylər göstərdim. Bunun baş verməsindən məmnunam və ailəmizi qorumaq üçün daha bir şansım olduğuna görə xoşbəxtəm", - Nikol Paşinyan Gümrüdə avtomobil yürüşündə Anna Akopyanla birlikdə iştirak etməsinə münasibət bildirərkən deyib.

Xatırladaq ki, bir müddət əvvəl Anna Akopyan Ermənistanın Baş naziri Nikol Paşinyanla vətəndaş nikahının başa çatdığını açıqlayıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Dublin" mükafatının ilk laureatı David Malouf vəfat edib 

Avstraliyalı yazıçı və şair David Malouf vəfat edib.Bu barədə "Dublin" mükafatının rəsmi səhifəsi məlumat yayıb.Bildirilib ki, yazıçı 92 yaşında dünyasını dəyişib.Qeyd edək ki, o, 1996-cı ildə "Remembering Babylon" əsərinə görə "Dublin" mükafatının ilk qalibi olub, "Ransom" romanı isə 2011-ci ildə yenidən "Dublin"ə namizəd göstərilib.

23 Aprel 2026, 15:19

Danimarkada qatar qəzası nəticəsində 17 nəfər xəsarət alıb 

Danimarkanın paytaxtı Kopenhagen yaxınlığında qatar qəzası nəticəsində 17 nəfər xəsarət alıb.AZƏRTAC xəbər verir ki, “The Independent” nəşrinin məlumatına görə, yaralılardan dördünün vəziyyəti ağırdır.Xilasetmə xidmətinin nümayəndəsi bildirib ki, qəza iki şəhərətrafı qatarların toqquşması nəticəsində baş verib.Hazırda hadisə yerində təcili yardım xidmətləri işləyir. Bütün sərnişinlər qatarlardan təxliyə edilib.

23 Aprel 2026, 13:38

KİV: Erməni Apostol Kilsəsinə qarşı yeni zərbə hazırlanır 

Ermənistanın “Hraparak” nəşri iddia edib ki, ölkənin baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinə qarşı yeni mərhələ üzrə plan hazırlayır.Citypost.az qəzetə istinadən xəbər verir ki, planın növbəti mərhələsində Erməni Apostol Kilsəsinin maliyyə imkanlarına xaricdə zərbə vurulması nəzərdə tutulur. Bildirilir ki, dünyanın müxtəlif ölkələrində yerləşən kilsə yeparxiyalarına məxsus təxminən 600 daşınmaz əmlak və müxtəlif fondlara qarşı hüquqi proseslərin başladılması planlaşdırılır.Məlumata əsasən, bu məqsədlə diaspor nümayəndələrinin cəlb olunması və müxtəlif ölkələrdə məhkəmə iddialarının qaldırılması nəzərdə tutulur. Qəzet iddia edir ki, ilkin mərhələdə məlumat toplama işləri aparılır və əmlakların “qanunsuzluğuna” dair dəlillər araşdırılır.Eyni zamanda qeyd olunur ki, bu proses nəticəsində xaricdəki kilsə strukturlarının...

23 Aprel 2026, 11:52

İsrail prezidenti Livanla münasibətləri yaxşılaşdırmaq niyyətində olduğunu bildirib

İsrail prezidenti İshaq Hersoq Livanla münasibətlərin yaxşılaşdırılmasının və mehriban qonşuluq əlaqələrinin qurulmasının vacibliyini bildirib.Citypost.az TASS-a istinadən xəbər  verrir ki,İsrailin Müstəqillik Günü münasibətilə diplomatlar üçün keçirilən qəbulda çıxış edən Hersoq Beyruta səfər etmək və livanlılarla dostluq münasibətləri qurmaq arzusunu ifadə edib.O qeyd edib ki, məqsəd Yaxın Şərqdə münaqişələr deyil, sülh və əməkdaşlıq mühitinin formalaşmasıdır. Hersoq həmçinin vurğulayıb ki, İsrail və Livan arasında sülhə nail olunması üçün danışıqlara dəstək verir, lakin bunun üçün İsrailin təhlükəsiz sərhədlərinin təmin olunması vacibdir.Eyni zamanda Livan prezidenti Cozeph Aun da atəşkəs və sabitliklə bağlı danışıqların davam etdiyini bildirib və ölkədə daxili sabitliyin qorunmasının “qırmızı xətt” olduğunu qeyd...

23 Aprel 2026, 11:49

ABŞ-ın Yaxın Şərqdəki qoşunları tam döyüş hazırlığı vəziyyətinə gətirilib

Yaxın Şərqdə yerləşdirilən ABŞ qoşunlarının tam döyüş hazırlığı vəziyyətinə gətirildiyini açıqlayıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir i, Qurumun rəsmi saytında yayımlanan videoda bildirilir ki, ABŞ qüvvələri İranla atəşkəs rejimi dövründən istifadə edərək yenidən qruplaşma, təchizatın bərpası və əməliyyat hazırlığının gücləndirilməsi ilə məşğuldur.CENTCOM komandiri admiral Bred Kuper videomüraciətində bildirib ki, hazırda əsas diqqət taktika, metod və prosedurların təkmilləşdirilməsinə yönəlib və ABŞ ordusu yüksək uyğunlaşma qabiliyyəti ilə fərqlənir.Eyni zamanda Donald Tramp “Truth Social” platformasında açıqlama verərək atəşkəsin İranın təkliflər təqdim etməsinə qədər uzadıldığını bildirib. O, həmçinin İran üzərində dəniz blokadasının davam etdiyini və ABŞ qüvvələrinin tam hazırlıq vəziyyətində saxlanıldığını vurğulayıb.Əli...

23 Aprel 2026, 11:47

Britaniyalı dalğıclar Hörmüz boğazında mina təmizləməyə hazırlaşırlar

Britaniya Müdafiə Nazirliyi Hörmüz boğazında mina təmizləmə əməliyyatlarına hazırlıq gördüyünü açıqlayıb.Citypost.az Politico-ya istinadən yaydığı məlumata görə, Kral Dəniz Qüvvələrinin mina təmizləmə üzrə ixtisaslaşmış dalğıcları və pilotsuz sistemləri zərurət yaranacağı halda bölgəyə cəlb olunmaq üçün hazır vəziyyətə gətirilib.Böyük Britaniya həmçinin boğazın təhlükəsizliyinin təmin edilməsi üçün nəzərdə tutulan çoxmillətli missiya çərçivəsində muxtar minaaxtaran sistemlər təqdim edəcəyini təsdiqləyib.Qeyd olunur ki, London bu addımı ilə Donald Tramp administrasiyasına Fars körfəzində strateji əhəmiyyət daşıyan ticarət marşrutlarının qorunmasına töhfə vermək niyyətini nümayiş etdirir.“The Washington Post” isə anonim mənbələrə istinadən yazıb ki, Pentaqon Konqresə Hörmüz boğazında mina təmizləmə əməliyyatlarının altı aya qədər davam edə biləcəyi barədə məlumat...

23 Aprel 2026, 11:43