Moskvada “Tağıyev: Neft” bədii filminin təqdimatı keçirilib
Sənət aləmi 23 Aprel 2026, 14:15
448
Moskvada xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Tağıyev: Neft” bədii filminin təqdimatı keçirilib.
APA-nın Moskva müxbiri xəbər verir ki, “Poliloq” fondunun dəstəyi ilə keçirilən təqdimat məşhur kinorejissor Eldar Ryazanovun yaradıcılıq emalatxanasında - “Eldar” kinoteatrında baş tutub.
“Tağıyev: Neft” bədii filmi kinoteatrın fərqli zallarında həm rus dilində, həm də Azərbaycan dilində nümayiş olunub.
Nümayişindən sonra filmin rejissoru Zaur Qasımlı, prodüseri Orman Əliyev, baş rolun ifaçısı Xalq artisti Pərviz Məmmədrzayev və filmdə rol alan digər aktyorlar tamaşaçıların suallarını cavablandırıblar.
Həmçinin oxuyun
Rejissor filmin ikinci, üçüncü və dördüncü hissələrinin də Moskvada bu formatda təqdimatının keçirilməsi ideyasının olduğunu bildirib.
Qeyd edək ki, film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub. “Tağıyev: Neft” güclü yaradıcı komandanın birgə əməkdaşlığının nəticəsidir. Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri isə İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlıdır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Nəsibə Zeynalovanın 110 illik yubileyi münasibətilə “Qaynana” filmi nümayiş oludu
Azərbaycanın Xalq artisti, səhnə və kino sənətimizin unudulmaz siması Nəsibə Zeynalovanın yubileyi çərçivəsində onun ən sevilən ekran əsərlərindən biri tamaşaçılara təqdim edilibCitypost.az xəbər verir ki, Nəsibə Zeynalovanın 110 illik yubileyi münasibətilə “Qaynana” filmi nümayiş olunubNümayiş 21 aprel, saat 19:00-da "Nizami" Kino Mərkəzində baş tutduBaxışda sənət adamları, ictimaiyyət, mədəniyyət nümayəndələri iştirak ediblər.
22 Aprel 2026, 09:43
Xalq artisti Heydər Əliyev Fonduna və Mədəniyyət Nazirliyinə təşəkkür etdi
Sumqayıt Dövlət Dram Teatrının kollektivi Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsinə həsr olunan “Ölməz” monotamaşasını Mingəçevir şəhərində uğurla təqdim edib. Tamaşanın nümayişi teatr ictimaiyyəti və şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb.Citypost.az xəbər verir ki, tamaşa ilə bağlı fikirlərini bölüşən teatrın yaradıcılıq şöbəsinin müdiri, Xalq artisti Firudin Məhərrəmov bildirib ki, kollektiv bu məsuliyyətli işi layiqincə yerinə yetirib. Onun sözlərinə görə, Milli Qəhrəmanın doğulub boya-başa çatdığı şəhərdə tamaşanın nümayişi xüsusi əhəmiyyət daşıyıb və tədbirdə şəhid ailələrinin, eləcə də qəhrəmanın yaxınlarının iştirakı məsuliyyəti daha da artırıb.F.Məhərrəmov tamaşanın yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fonduna, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Azərbaycan Teatr Xadimləri İttifaqına...
22 Aprel 2026, 09:35
Anar Məmmədxanovun xatirəsinə həsr olunan tədbir keçirilib
Bu gün Bakı Kitab Mərkəzində mərhum ictimai-siyasi xadim, "Bakılı oğlanlar" komandasının sabiq kapitanı Anar Məmmədxanovun xatirəsinə həsr olunan “Özünə sadiq ömür: Anarsız 15 il” adlı tədbir keçirilib.APA xəbər verir ki, tədbir görkəmli ictimai-siyasi xadimin vəfatının 15-ci ildönümü münasibətilə təşkil olunub.Anar Məmmədxanovun zəngin həyat yolunu, yaradıcılıq irsini, Azərbaycan gəncliyinə, yumor mədəniyyətinə və ictimai həyata verdiyi töhfələri bir daha xatırlatmaq və bu irsi gələcək nəsillərə çatdırmaq məqsədi ilə təşkil olunmuş tədbirdə ictimai xadimlər, media nümayəndələri, mədəniyyət və incəsənət sahəsinin tanınmış simaları, eləcə də onu yaxından tanıyan şəxslər iştirak etdilər.Tədbiri giriş sözü ilə açan Xalq artisti Murad Dadaşov Anar Məmmədxanovla bağlı xatirələrini bölüşərək...
21 Aprel 2026, 15:00
Məşhur aktrisalar cavanlıq görüntüləri
Azərbaycan səhnəsinin tanınmış simalarının gənclik illərinə aid nadir görüntüləri yenidən gündəmə gəlib.Citypost.az xəbər verir ki, Xalq artistləri Firəngiz Mütəllimova, Zemfira Nərimanbəyova və əməkdar artist Kübra Dadaşovanın illər öncəyə aid foto sosial şəbəkələrdə yayılaraq maraqla qarşılanıb.Sənətkarların yaradıcılığa yeni başladığı dövrləri əks etdirən bu görüntülər izləyicilərdə nostalji hisslər oyadıb. Gənclik enerjisi, səhnəyə ilk addımların həyəcanı və təbii cazibə ilə seçilən bu kadrlar, onların bu gün qazandıqları uğurun təməlində necə böyük zəhmət dayandığını bir daha göstərir.Paylaşım qısa müddətdə geniş müzakirələrə səbəb olub. İzləyicilər sənətkarların illər keçsə də dəyişməyən aura və sənətə bağlılıqlarını xüsusi vurğulayaraq, onların Azərbaycan mədəniyyətindəki rolunu yüksək qiymətləndiriblər.Qeyd edək ki, hər...
21 Aprel 2026, 10:30
Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq
Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərcləri dövlət tərəfindən qarşılanacaq.Bunu "Report"a açıqlamasında Kinematoqrafçılar İttifaqının katibi Əlisa Cabbarov deyib.Onun sözlərinə görə, abidənin sifarişi ilə bağlı məsələlər ailəsi və aidiyyəti qurumlar tərəfindən razılaşdırma mərhələsindədir.Qeyd edək ki, R.Balayev martın 29-da İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib. Xalq artisti Birinci Fəxri xiyabanda dəfn olunub.
20 Aprel 2026, 14:17
Gündüz Abbasovun “Dəli Kür” filmi ilə bağlı sınaq fotosu paylaşılıb
Mərhum aktyor Gündüz Abbasovun nəvəsi Rüzgar Mövsüm babasının “Dəli Kür” filmində Cahandar ağa rolu üçün çəkilmiş sınaq fotosu sosial şəbəkə hesabında paylaşıbCitypost.az xəbər verir ki, Paylaşımda qeyd olunur ki, 1968–1969-cu illərdə aparılan seçimlər zamanı aktyor filmin yaradıcı heyəti ilə razılığa gələ bilmədiyi üçün rola daha sonra mərhum xalq artisti Ələddin Abbasov seçilib.Mərhum aktyorun nəvəsi bildirib ki, şəxsi fikrinə görə, bu seçim daha uğurlu olub və Gündüz Abbasov daha çox romantik qəhrəman tipajlarının mahir ifaçısı kimi yadda qalıb. O, həmçinin vurğulayıb ki, “Dəli Kür” romanını oxuyub, filmin ekranlaşdırılmasını izləyən biri kimi, babasının Cahandar ağa obrazından fərqli xarakterlərin ifasında daha uyğun olduğunu...
20 Aprel 2026, 10:58