Mərkəzi Bank bu qurumun lisenziyasını ləğv etdi
Cəmiyyət 23 Aprel 2026, 16:00
449
“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) edilmiş dəyişiklərə əsasən, eləcə də, Mərkəzi Bankın təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası”nda müəyyən edilmiş strateji hədəflər çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin müvafiq Qərarları ilə “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası” (Qayda) təsdiq edilib.
Citypost.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Qaydaya əsasən, kommersiya hüquqi şəxs formasında yaradılan mövcud və yeni bank olmayan kredit təşkilatlarına kapitalın minimum miqdarı tələbi 1 milyon manat məbləğində müəyyən edilib.
Kapitalın minimum miqdarı tələbinə əməl edilmədiyindən, “Optimal Finance Bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə Mərkəzi Bank tərəfindən icrası məcburi olan göstərişlər verilib. Lakin, ötən dövr ərzində qeyd olunan təşkilat tərəfindən atılan addımlar nəticəsində kapitalın minimum miqdarı tələbinə əməl edilməsi təmin edilməyib. Qeyd olunanları nəzərə alaraq “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 25.1.4-cü maddəsinə əsasən, fəaliyyətində yol verildiyi pozuntuların aradan qaldırılması barədə Mərkəzi Bankın göstərişlərinə əməl edilməməsi ilə əlaqədar “Optimal Finance Bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin 29.12.2020-ci il tarixli, BKT-37 nömrəli lisenziyası Mərkəzi Bankın İdarə Heyətinin 17 aprel 2026-cı il tarixli Qərarı ilə ləğv edilib.
Həmçinin oxuyun
“Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 25.4-cü maddəsinə əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.
Mərkəzi Bank bank olmayan kredit təşkilatlarının fəaliyyətini requlyativ tələblər əsasında daim nəzarətdə saxlamaqla qanunvericiliklə tələb olunan zəruri addımları atmaqda davam edəcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“AzerGold” Daşkəsəndə ağacəkmə aksiyaları keçirib
“AzerGold” QSC və Regional İnkişaf İctimai Birliyinin (RİİB) birgə təşəbbüsü və təşkilatçılığı, eləcə də Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Daşkəsən rayonunda silsilə ağacəkmə aksiyaları keçirilib.Bu barədə Citypost.az-a “AzerGold” QSC-dən məlumat verilib.“AzerGold” QSC və Regional İnkişaf İctimai Birliyinin fəaliyyətinin 10 illiyi çərçivəsində təşkil edilən ağacəkmə aksiyaları 22 aprel – Beynəlxalq Yer Gününə həsr edilib.Ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji tarazlığın qorunmasına töhfə vermək məqsədilə təşkil edilən genişmiqyaslı aksiyada səhmdar cəmiyyətinin, rayon icra hakimiyyətinin, eləcə də Regional İnkişaf İctimai Birliyinin əməkdaşları və könüllülər fəal iştirak ediblər.Aksiyanın ilk günündə “Çovdar” qızıl mədəninin ətrafında, ümumilikdə 1,5 hektar sahədə yerli iqlim şəraitinə...
23 Aprel 2026, 17:33
Həsən Həsənov Ərdəhan Universitetinin fəxri doktoru olub
Azərbaycanın keçmiş xarici işlər naziri, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının üzvü Həsən Həsənova Ərdəhan Universitetinin fəxri doktoru diplomu təqdim olunub."Report"un Türkiyə bürosunun məlumatına görə, Universitetdə keçirilən təqdimetmə mərasimində çıxış edən H.Həsənov Azərbaycanın müstəqilliyinin bərpasının ilk çətin illərindən, Ümummilli Lider Heydər Əliyevin ölkənin xilasındakı rolundan, Türkiyə-Azərbaycan əlaqələrindən və bu əlaqələrin türk dünyasına verdiyi faydalardan danışıb.Eyni zamanda TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırıma da universitetin fəxri doktoru diplomu təqdim edilib.Tədbirin açılışında Ərdəhan Universitetinin rektoru professor Öztürk Emiroğlu türk dünyasının hər iki fəxri ağsaqqalın həyatı, ölkələrinin inkişafı və Türk dünyasındakı xidmətlərindən bəhs edib.1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay iştirakçılarının xatirəsini ehtiramla...
23 Aprel 2026, 17:28
Məktəblərdə yaz tətilinin vaxtı dəyişdirilib
Bakıda məktəblərdə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ilə bağlı yaz tətilinin vaxtı dəyişdirilib.Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.Bildirilib ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.Əmrə əsasən, forumun keçirildiyi dövrdə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzrə mayın 18-dən 22-dək tətil (1-5 may tarixləri əvəzinə) müəyyən ediləcək.Xatırladaq ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Bu mötəbər tədbir Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində təşkil olunur. Forumun əsas məqsədi dayanıqlı şəhərsalma, "ağıllı şəhər"lər və innovativ şəhər həlləri sahəsində qlobal təcrübələrin mübadiləsini təmin etməkdir....
23 Aprel 2026, 17:21
Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib
Aprelin 23-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunda cari ildə görülmüş işlərə və qarşıda duran aktual məsələlərə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.Citypost.az-a Baş Prokurorluğa istinadən xəbər verir ki, iclasda prokurorluq orqanlarında görülmüş işlər, əldə edilmiş nailiyyətlərdən bəhs edilərək xidməti fəaliyyətin təkmilləşdirilməsi, keyfiyyətinin daha da artırılması istiqamətində qarşıda duran əsas prioritetləri, o cümlədən Cinayət və Cinayət-Prosessual Məcəllələrində cinayət mühakimə icraatının elektron qaydada aparılması, elektron formada sübutlarla, onların toplanması, mühafizəsi və digər məsələlərlə bağlı edilmiş dəyişikliklərlə əlaqədar prosessual fəaliyyətdə tətbiqi zəruri əhəmiyyət kəsb edən təşkilati və hüquqi məsələlər diqqətə çatdırılıb.Daha sonra Kollegiya iclasının gündəliyinə uyğun olaraq bir...
23 Aprel 2026, 17:14
İlham Əliyev bu şəxsi yenidən yenidən rektor təyin etdi
Natiq Səhrab oğlu İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.Qeyd edək ki, o bu vəzifəyə ilk dəfə Prezident İlham Əliyev 2021-ci il aprelin 23-də Natiq İbrahimovun Lənkəran Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.
23 Aprel 2026, 17:05
Ağstafada əmək yarmarkasında 82 vakansiya təqdim edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün Ağstafa rayonunda əmək yarmarkası keçirilib.Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a verilən məlumata görə, agentliyin tabeliyində Qazax-Tovuz Regional Məşğulluq filialının təşkilatçılığı ilə keçirilmiş yarmarkada 13 işəgötürən iştirak edib və 82 vakansiya təqdim olunub.Bildirilib ki, vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər, işə qəbul qaydaları barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb. Agentliyin tabeliyində Gəncə Peşə Hazırlığı Mərkəzi də yarmarkada öz stendi ilə təmsil olunub. İşsiz və işaxtaran şəxslərə həyata keçirilən peşə kursları, müraciət qaydaları barədə məlumat verilib....
23 Aprel 2026, 17:04