ABŞ Hind okeanında İran neftini daşıyan tankeri ələ keçirib
Dünya 23 Aprel 2026, 16:08
349
ABŞ Hind okeanında neft tankerini ələ keçirib.
APA xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Nazirliyi məlumat yayıb.
Məlumata görə, “Majestic X” adlı tanker İran neftini daşıyıb.
Müharibə Nazirliyi hərbçilərin gəminin göyərtəsinə enməsini əks etdirən görüntüləri yayımlayıb.
Həmçinin oxuyun
Pentaqon yaydığı bəyanatda İrana maddi dəstək göstərən bütün gəmilərin saxlanılacağını vurğulayıb.
İran tərəfi hələlik məsələyə münasibət bildirməyib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ukraynada liseylərə qarşı terror hücumlarının qarşısı alınıb
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Milli Polis Departamenti Kirovoqrad və Odessa vilayətlərindəki liseylərdə Rusiyanın sifarişi ilə həyata keçirilə biləcək bir sıra qanlı terror hücumlarının qarşısını alıb.AZƏRTAC xəbər verir ki, bu barədə SBU məlumat verib.Qeyd olunub ki, proaktiv tədbirlər nəticəsində iki yerli məktəblinin Rusiya Federasiyası tərəfindən liseyləri partlatmaq və sinif yoldaşlarını odlu silahla güllələmək əmri aldığı müəyyən edilib.İstintaq müəyyən edib ki, Rusiya kəşfiyyat xidmətləri uşaqları qanunsuz fəaliyyətlərə cəlb etmək üçün rusların manipulyativ istifadə etdiyi “Telegram” və “TikTok” qruplarından hər iki yetkinlik yaşına çatmayan şəxsi cəlb edib.Məlumata görə, düşmən “ədalətli məqsədə çatmaq”, qohumlarını qisasdan qorumaq, məktəbdə onları təhqir etdiklərinə görə “məsul şəxsləri...
23 Aprel 2026, 17:20
İran zəvvarları Həcc ziyarətində iştirak edəcəklər
ranın Ali Milli Təhlükəsizlik Şurası zəvvarların builki Həcc ziyarətində iştirakına icazə verib.Citypost.az məlumat verir ki, bu barədə Həcc və Ziyarət Təşkilatından bildirilib.Məlumata görə, bu çərçivədə zəvvarların ilk qrupu gələn həftənin əvvəlində Mədinəyə göndəriləcək.Bildirilib ki, Həcc ziyarətinin təşkilində iştirak edən heyətin üzvlərinə vizalar daha əvvəl verilib və onların bir hissəsi artıq Səudiyyə Ərəbistanına yola düşüb.Bu il İrandan təxminən 29 mindən çox zəvvarın Həcc ziyarətində iştirakı planlaşdırılır.(APA)...
23 Aprel 2026, 17:00
"Dublin" mükafatının ilk laureatı David Malouf vəfat edib
Avstraliyalı yazıçı və şair David Malouf vəfat edib.Bu barədə "Dublin" mükafatının rəsmi səhifəsi məlumat yayıb.Bildirilib ki, yazıçı 92 yaşında dünyasını dəyişib.Qeyd edək ki, o, 1996-cı ildə "Remembering Babylon" əsərinə görə "Dublin" mükafatının ilk qalibi olub, "Ransom" romanı isə 2011-ci ildə yenidən "Dublin"ə namizəd göstərilib.
23 Aprel 2026, 15:19
Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm
Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş həyat yoldaşı Anna Akopyanla yenidən görüşməsinə münasibət bildirib.Ermənistan mediasının xəbərinə görə, Paşinyan bu gün hökumətin iclasından sonra jurnalistlərlə keçirdiyi brifinqdə bildirib ki, ailənin yenidən birləşməsi üçün səylər göstərir və belə bir imkanın yaranmasından məmnundur.“Anna açıqlama verəndə mən bu qərara hörmət etdiyimi bildirdim, amma bu qərarla razı olduğumu demədim və təbii ki, bu məntiqlə qeyd etdiyiniz tədbirin baş tutması üçün də səylər göstərdim. Bunun baş verməsindən məmnunam və ailəmizi qorumaq üçün daha bir şansım olduğuna görə xoşbəxtəm", - Nikol Paşinyan Gümrüdə avtomobil yürüşündə Anna Akopyanla birlikdə iştirak etməsinə münasibət bildirərkən deyib.Xatırladaq ki, bir müddət əvvəl...
23 Aprel 2026, 14:28
Danimarkada qatar qəzası nəticəsində 17 nəfər xəsarət alıb
Danimarkanın paytaxtı Kopenhagen yaxınlığında qatar qəzası nəticəsində 17 nəfər xəsarət alıb.AZƏRTAC xəbər verir ki, “The Independent” nəşrinin məlumatına görə, yaralılardan dördünün vəziyyəti ağırdır.Xilasetmə xidmətinin nümayəndəsi bildirib ki, qəza iki şəhərətrafı qatarların toqquşması nəticəsində baş verib.Hazırda hadisə yerində təcili yardım xidmətləri işləyir. Bütün sərnişinlər qatarlardan təxliyə edilib.
23 Aprel 2026, 13:38
KİV: Erməni Apostol Kilsəsinə qarşı yeni zərbə hazırlanır
Ermənistanın “Hraparak” nəşri iddia edib ki, ölkənin baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinə qarşı yeni mərhələ üzrə plan hazırlayır.Citypost.az qəzetə istinadən xəbər verir ki, planın növbəti mərhələsində Erməni Apostol Kilsəsinin maliyyə imkanlarına xaricdə zərbə vurulması nəzərdə tutulur. Bildirilir ki, dünyanın müxtəlif ölkələrində yerləşən kilsə yeparxiyalarına məxsus təxminən 600 daşınmaz əmlak və müxtəlif fondlara qarşı hüquqi proseslərin başladılması planlaşdırılır.Məlumata əsasən, bu məqsədlə diaspor nümayəndələrinin cəlb olunması və müxtəlif ölkələrdə məhkəmə iddialarının qaldırılması nəzərdə tutulur. Qəzet iddia edir ki, ilkin mərhələdə məlumat toplama işləri aparılır və əmlakların “qanunsuzluğuna” dair dəlillər araşdırılır.Eyni zamanda qeyd olunur ki, bu proses nəticəsində xaricdəki kilsə strukturlarının...
23 Aprel 2026, 11:52