Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan-Latviya münasibətləri yeni mərhələyə keçir

Cəmiyyət 23 Aprel 2026, 17:43

391

Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri və səfər çərçivəsində verilən mesajlar iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərir.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən millət vəkili Zaur Şükürov bildirib ki, Azərbaycan və Latviya arasında əlaqələr uzun illərdir ardıcıl şəkildə inkişaf edir və 2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bu münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib:

Deputat qeyd edib ki, son dövrlərdə dövlət başçıları arasında təmasların intensivləşməsi siyasi dialoqun yüksək səviyyədə olduğunu göstərir:

“Xüsusilə son telefon danışığı və Latviya tərəfinin açıq dəstəyi onu göstərir ki, bu münasibətlər formal deyil, real siyasi tərəfdaşlıq xarakteri daşıyır. Latviya Azərbaycanın Orta dəhlizdə və enerji sahəsində rolunu Avropa üçün strateji dəyər kimi qiymətləndirir” .

Onun sözlərinə görə, Latviya Prezidentinin Bakı səfəri çərçivəsində keçirilən görüşlər, biznes-forum və imzalanan sənədlər əməkdaşlığın praktik müstəviyə keçdiyini göstərir:

“Bu səfər sadəcə siyasi jest deyil, konkret iqtisadi və institusional nəticələrə yönəlmiş addımdır. Eyni zamanda, Cənubi Qafqaz və Baltik regionları arasında yeni iqtisadi körpülərin formalaşması üçün real zəmin yaradır” .

“Şuşada keçirilən Birgə Hökumətlərarası Komissiyanın iclası və Bakıda təşkil olunan biznes-forum ticarət dövriyyəsinin artırılması və qarşılıqlı investisiyaların genişləndirilməsi baxımından mühüm platformadır. Azərbaycanın nəqliyyat-logistika imkanları, xüsusilə beynəlxalq dəhlizlər və Ələt Azad İqtisadi Zonası Latviya üçün cəlbedici imkanlar yaradır”- o bildirib.

Deputat əlavə edib ki, nəqliyyat və aviasiya sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır:

“Azərbaycan artıq regional nəqliyyat qovşağına çevrilib. Birbaşa uçuşların bərpası və genişləndirilməsi həm biznes, həm də turizm əlaqələrinin intensivləşməsinə ciddi təkan verə bilər” .

Latviya tərəfinin Azərbaycanın enerji təhlükəsizliyində rolunu yüksək qiymətləndirməsi və Qarabağla bağlı əməkdaşlıq təklifləri də diqqətəlayiqdir:

“Daxili işlər, kənd təsərrüfatı, konsulluq, bitki mühafizəsi və sərhəd təhlükəsizliyi sahələrini əhatə edən sənədlər münasibətlərin çoxşaxəli inkişafına xidmət edir” .

Zaur Şükürov sonda vurğulayıb ki, bu səfər Azərbaycan-Latviya münasibətlərinin yalnız siyasi bəyanatlar səviyyəsində deyil, real iqtisadi və institusional əməkdaşlıq mərhələsinə keçdiyini nümayiş etdirir:

“Bu əməkdaşlıq ortaq dəyərlərə əsaslanır və yaxın illərdə daha konkret layihələr və nəticələrlə özünü göstərəcək”.

Deputat Vasif Qafarov isə bildirib ki, Prezident İlham Əliyevin səfər zamanı səsləndirdiyi fikirlər Azərbaycan–Latviya əməkdaşlığının hazırkı səviyyəsini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur.

Deputat qeyd edib ki, iki ölkə arasında doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə münasibətlərin əsasını təşkil edir və əməkdaşlığın sistemli şəkildə inkişafına zəmin yaradır:

“Bu sənəd əsasında siyasi dialoqla yanaşı, iqtisadi əlaqələrin genişləndirilməsi əsas prioritetlərdən birinə çevrilib”.

Onun sözlərinə görə, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində Şuşada keçirilən Birgə Hökumətlərarası Komissiyanın iclası və Bakıda təşkil olunan biznes-forum mühüm rol oynayır:

“Qarşılıqlı sərmayələrin təşviqi, birgə istehsalın qurulması və ticarət dövriyyəsinin artırılması bu əməkdaşlığın əsas istiqamətləridir”.

Vasif Qafarov vurğulayıb ki, nəqliyyat sahəsində Bakı ilə Riqa arasında birbaşa uçuşların təşkili məsələsi də diqqət mərkəzindədir və bu addım həm biznes, həm də turizm əlaqələrinin inkişafına töhfə verə bilər.

Deputat humanitar sahədə əlaqələrə də toxunaraq bildirib ki, Latviyada təhsil alan 450-dən çox azərbaycanlı tələbə iki ölkə arasında uzunmüddətli münasibətlərin formalaşmasında mühüm rol oynayır.

O əlavə edib ki, bəyanatda regional məsələlərə də yer ayrılıb və Azərbaycan-Ermənistan münasibətlərində müşahidə olunan müsbət dinamika qeyd olunub:

“Bu yanaşma regionda sabitliyin möhkəmləndirilməsinə xidmət edir”.

Deputatın fikrincə, səfər və verilən bəyanatlar Azərbaycan–Latviya münasibətlərinin möhkəm əsaslara söykəndiyini və əməkdaşlığın genişləndirilməsi üçün real imkanların mövcud olduğunu bir daha təsdiqləyir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ramin Məmmədov İran səfiri ilə görüşüb 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə komitənin mətbuat xidməti məlumat yayıb.Görüşdə Azərbaycan ilə İran arasında dini sahədə əməkdaşlıq məsələləri, qarşılıqlı əlaqələrin inkişaf perspektivləri və regionda dini sabitliyin qorunmasının əhəmiyyəti müzakirə olunub.Ramin Məmmədov ölkəmizdə mənəvi dəyərlərin qorunması və inkişafına dövlət tərəfindən göstərilən xüsusi qayğını vurğulayaraq bildirib ki, Azərbaycanda dini-mənəvi irsin yaşadılması, milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi və tolerantlıq ənənələrinin möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.Səfir Müctəba Dəmirçilu İran ilə Azərbaycan arasında tarixi, dini və mədəni bağların mövcudluğunu vurğulayaraq, bu əlaqələrin daha da möhkəmləndirilməsinin...

23 Aprel 2026, 17:48

“AzerGold” Daşkəsəndə ağacəkmə aksiyaları keçirib

“AzerGold” QSC və Regional İnkişaf İctimai Birliyinin (RİİB) birgə təşəbbüsü və təşkilatçılığı, eləcə də Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Daşkəsən rayonunda silsilə ağacəkmə aksiyaları keçirilib.Bu barədə Citypost.az-a “AzerGold” QSC-dən məlumat verilib.“AzerGold” QSC və Regional İnkişaf İctimai Birliyinin fəaliyyətinin 10 illiyi çərçivəsində təşkil edilən ağacəkmə aksiyaları 22 aprel – Beynəlxalq Yer Gününə həsr edilib.Ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji tarazlığın qorunmasına töhfə vermək məqsədilə təşkil edilən genişmiqyaslı aksiyada səhmdar cəmiyyətinin, rayon icra hakimiyyətinin, eləcə də Regional İnkişaf İctimai Birliyinin əməkdaşları və könüllülər fəal iştirak ediblər.Aksiyanın ilk günündə “Çovdar” qızıl mədəninin ətrafında, ümumilikdə 1,5 hektar sahədə yerli iqlim şəraitinə...

23 Aprel 2026, 17:33

Həsən Həsənov Ərdəhan Universitetinin fəxri doktoru olub 

Azərbaycanın keçmiş xarici işlər naziri, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının üzvü Həsən Həsənova Ərdəhan Universitetinin fəxri doktoru diplomu təqdim olunub."Report"un Türkiyə bürosunun məlumatına görə, Universitetdə keçirilən təqdimetmə mərasimində çıxış edən H.Həsənov Azərbaycanın müstəqilliyinin bərpasının ilk çətin illərindən, Ümummilli Lider Heydər Əliyevin ölkənin xilasındakı rolundan, Türkiyə-Azərbaycan əlaqələrindən və bu əlaqələrin türk dünyasına verdiyi faydalardan danışıb.Eyni zamanda TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırıma da universitetin fəxri doktoru diplomu təqdim edilib.Tədbirin açılışında Ərdəhan Universitetinin rektoru professor Öztürk Emiroğlu türk dünyasının hər iki fəxri ağsaqqalın həyatı, ölkələrinin inkişafı və Türk dünyasındakı xidmətlərindən bəhs edib.1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay iştirakçılarının xatirəsini ehtiramla...

23 Aprel 2026, 17:28

Məktəblərdə yaz tətilinin vaxtı dəyişdirilib

Bakıda məktəblərdə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ilə bağlı yaz tətilinin vaxtı dəyişdirilib.Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.Bildirilib ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.Əmrə əsasən, forumun keçirildiyi dövrdə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzrə mayın 18-dən 22-dək tətil (1-5 may tarixləri əvəzinə) müəyyən ediləcək.Xatırladaq ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Bu mötəbər tədbir Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində təşkil olunur. Forumun əsas məqsədi dayanıqlı şəhərsalma, "ağıllı şəhər"lər və innovativ şəhər həlləri sahəsində qlobal təcrübələrin mübadiləsini təmin etməkdir....

23 Aprel 2026, 17:21

Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib

Aprelin 23-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunda cari ildə görülmüş işlərə və qarşıda duran aktual məsələlərə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.Citypost.az-a Baş Prokurorluğa istinadən xəbər verir ki, iclasda prokurorluq orqanlarında görülmüş işlər, əldə edilmiş nailiyyətlərdən bəhs edilərək xidməti fəaliyyətin təkmilləşdirilməsi, keyfiyyətinin daha da artırılması istiqamətində qarşıda duran əsas prioritetləri, o cümlədən Cinayət və Cinayət-Prosessual Məcəllələrində cinayət mühakimə icraatının elektron qaydada aparılması, elektron formada sübutlarla, onların toplanması, mühafizəsi və digər məsələlərlə bağlı edilmiş dəyişikliklərlə əlaqədar prosessual fəaliyyətdə tətbiqi zəruri əhəmiyyət kəsb edən təşkilati və hüquqi məsələlər diqqətə çatdırılıb.Daha sonra Kollegiya iclasının gündəliyinə uyğun olaraq bir...

23 Aprel 2026, 17:14

İlham Əliyev bu şəxsi yenidən yenidən rektor təyin etdi

Natiq Səhrab oğlu İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.Qeyd edək ki, o bu vəzifəyə ilk dəfə Prezident İlham Əliyev 2021-ci il aprelin 23-də Natiq İbrahimovun Lənkəran Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.

23 Aprel 2026, 17:05