Bizə yazın

Baku

-°C

USD

-

Kür çayının aşağı axınına suyun buraxılması qərara alınıb 

Cəmiyyət 27 Aprel 2026, 09:48

283

Mingəçevir su anbarından Kür çayının aşağı axınına suyun buraxılması qərara alınıb.

Citypost.az-a bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Dövlət Agentliyindən məlumat verilib

Qurum xatırladıb ki, martın sonundan başlayaraq, respublikanın bütün bölgələrində intensiv yağışlar nəticəsində transsərhəd çaylarında, eləcə də daxili çaylarda gürsululuq müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnoz məlumatlarına əsasən, Kür çayı üzərində yerləşən Şəmkir və Mingəçevir su anbarlarına may-iyunda daha artıq su daxil olacağı nəzərə alınaraq, aidiyyəti qurumlarla razılaşdırılaraq 13 apreldən Mingəçevir su anbarından Kür çayının aşağı axınına saniyədə 500 kubmetr, 17 apreldən isə 700 kubmetr su buraxılması qərara alınıb. Eyni vaxtda Kür çayına sağ və sol qollarından qoşulan Ağstafaçay, Qarqarçay, Türyançay, Ağsuçay, Göyçay və Girdmançay çayları vasitəsilə daxil olan su artəb, həmçinin yağıntı səbəbilə Kür çayı üzərində yerləşən nasos stansiyalarının işlədilməsinə ehtiyac olmayıb və nəticədə bir sıra rayonlarda lokal ərazilərdə çayın köməkçi bəndindən su sızmaları baş vermiş, mühafizə zonasında olan bir neçə yaşayış evlərinin həyətyanı sahələrinin və örüş torpaqlarının su basma faktları qeydə alınıb.

Mövcud vəziyyət nəzərə alınaraq, baş verə biləcək fəsadların vaxtında qarşısının alınması, aidiyyəti qurumlar və yerli istismar idarələri ilə koordinasiyalı fəaliyyəti təmin edilməsi məqsədilə Agentliyin tabeliyində Regional Su Meliorasiya Xidmətinin rəhbərliyi və aidiyyəti şöbələrinin mütəxəssisləri yerlərə ezam olunub, yarana biləcək fəsadların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər həyata keçirilib.

Ölkədə su ehtiyatından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi, bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə ölkə Prezidentinin 15 aprel 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın 23 apreldə keçiririlmiş iclasında aidiyyəti qurumların təklifləri nəzərə alınaraq, Mingəçevir su anbarınının iş rejiminə gündəlik nəzarət olunması və həftəlik rejimlər təsdiq olunmaqla Kür çayının aşağı axınına suyun buraxılması qərara alınıb.

24 apreldən Kür çayında suyun səviyyəsinin tədricən enməsi müşahidə olunub və ayrı-ayrı rayonların ərazisində 30-105 sm arasında dəyişdiyi müəyyən edilib. Hazırda Kür çayının məcrası ilə suyun maneəsiz Xəzər dənizinə axıdılması təmin edilir, su basma təhlükəsi səbəbindən yerli istismar idarələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilmiş nasos aqreqatları, nasos və elektrik avadanlıqları yerinə quraşdırılır, su basmış ərazilərdən su tədricən kənarlaşdırılır, əhali gündəlik normal təsərrüfat fəaliyyətini davam etdirir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mingəçevirdə yanğın təhlükəli müəssisənin fəaliyyəti dayandırılıb 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli müəssisənin fəaliyyətini dayandırıb.FHN-dən Citypost.az-a verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhərində fəaliyyət göstərən “Elastik” MMC-yə məxsus rezin məmulatların istehsalı müəssisəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.Məlum olub ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud qurğular isə nasazdır, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib, sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunur, obyektin ərazisi yanar mayelərdən və tullantılardan təmizlənməyib.Qeyd olunanları nəzərə...

27 Aprel 2026, 11:10

Milli Məclisin iclası başlayıb 

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclas keçirilir.Citypost.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi haqqında.2. “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası ilə əlaqədar təşkilati tədbirlər və maliyyə məsələləri barədə əlavə Saziş”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.3. “Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.4. “Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in...

27 Aprel 2026, 11:00

DYP piyadavurma hadisələri ilə bağlı müraciət edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi piyadavurma hadisələri ilə bağlı müraciət edib.İdarədən Citypost.az-a  verilən məlumata görə, piyadavurma hadisələrinin qarşısının alınması üçün görülən profilaktik tədbirlər və maarifləndirmə işləri davam etdirilir: "Yol hərəkəti iştirakçıları arasında ən müdafiəsiz tərəf olan piyadaların şəxsi məsuliyyət hissi həyati əhəmiyyət daşıyır. Xüsusilə çoxzolaqlı və yüksək sürət rejimi tətbiq olunan yollarda qaydalara əməl etmədən, piyada keçidlərindən istifadə etmədən yolu keçmək ciddi təhlükə yaradır. Belə hallarda baş verən ağır yol-nəqliyyat hadisələri təsadüfi deyil, qayda pozuntusu nəticəsində yaranır.Hörmətli piyadalar, bir daha sizə müraciət edirik ki, öz həyatınızı riskə atmayın, yolu yalnız müəyyən olunmuş keçidlərdən keçin, diqqətli və məsuliyyətli davranın. Çünk...

27 Aprel 2026, 10:55

Amnistiya aktı 22 935 şəxsə şamil edilib 

“Konstitusiya və Suverenlik İli” münasibətilə elan edilmiş amnistiya aktı 22.935 şəxsə şamil edilib.Citypost.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.Məlumata görə, Prezidentin təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul edilmiş “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” 19 dekabr 2025-ci il tarixli Qərarın icrası başa çatıb. Amnistiya aktının icrası qeyri-hökumət təşkilatları, media və digər vətəndaş cəmiyyəti nümayəndələri də cəlb edilməklə 4 ay müddətində həyata keçirilib:"Dövlətin humanizm siyasətinin növbəti təzahürü olan bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiyadır. Belə ki, sayca 13-cü olan bu amnistiya aktı ümumilikdə 22.935 şəxsə şamil...

27 Aprel 2026, 10:16

Tural İrfan: “Təhqir və linç cəhalətdir”

Naşir Şahbaz Xuduoğlunu Güntay Gəncalpın "Səfəvilər" əsərini çap etdiyi üçün sosial şəbəkələrdə təhqir edirlər. Müəllifi də, təhqirdən o tərəfə keçərək aşağılayırlar. Yəni, inanıram ki, Nəsiminin dövrü olsaydı bu kütlə Güntayın da, Şahbazın da dərisini soydurmaq üçün yuxarı instansiyalara yeddi at arabası ərizə yazardı. Yaxud Stalinin dövrü olsaydı mütləq Müşviq, Əhməd Cavad, Cavid kimi barələrində Mir Cəfər Bağırova danos yazıb güllələdər, asdırardırar, Sibirə sürgün etdirərdilər.Əcəba İran propaqandası indi də Səfəvilər kartındanmı istifadə edir milli həmrəyliyi pozmaq, ictimai nifaq salmaq üçün... Onlarla feysbuk, yüzlərlə TikTok səhifəsi görürəm ki, milli adlar qoyub altda isə tarixi ziddiyyətləri qabartmaqla məşğuldur, xüsusən Türkiyə - Azərbaycanın arasını...

27 Aprel 2026, 09:04

Bakıda bu yollarda sıxlıq var 

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid...

27 Aprel 2026, 08:20