Bizə yazın

Baku

-°C

USD

-

Amnistiya aktı 22 935 şəxsə şamil edilib 

Cəmiyyət 27 Aprel 2026, 10:16

269

“Konstitusiya və Suverenlik İli” münasibətilə elan edilmiş amnistiya aktı 22.935 şəxsə şamil edilib.

Citypost.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Prezidentin təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul edilmiş “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” 19 dekabr 2025-ci il tarixli Qərarın icrası başa çatıb. Amnistiya aktının icrası qeyri-hökumət təşkilatları, media və digər vətəndaş cəmiyyəti nümayəndələri də cəlb edilməklə 4 ay müddətində həyata keçirilib:

"Dövlətin humanizm siyasətinin növbəti təzahürü olan bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiyadır. Belə ki, sayca 13-cü olan bu amnistiya aktı ümumilikdə 22.935 şəxsə şamil edilib.

Amnistiya tətbiq olunan şəxslərin 5.348-i müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilib. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 3.555 nəfərin cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb.

Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş 9.714 şəxsə də amnistiya tətbiq edilib. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 7.970, islah işləri cəzasına məhkum olunmuş 734, ictimai işlər cəzasına məhkum edilmiş 82, cərimə cəzasına məhkum edilmiş 741, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş 175, intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş 12 şəxs bu cəzalardan azad edilib. Eyni zamanda şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 1.059 məhkum barəsində də amnistiya tətbiq olunub.

Həmçinin məhkəmələrin icraatında olan işlər üzrə 1.676, ibtidai istintaq və təhqiqat orqanlarının icraatında olan işlər üzrə isə 1.583 olmaqla, ümumilikdə 3.259 şəxs cinayət məsuliyyətindən azad edilib".

Qeyd edilib ki, 1996-cı ildən etibarən ümumilikdə qəbul edilmiş 13 amnistiya aktı dövlətin cəza siyasətində humanizmə, insan hüquqlarının daha səmərəli təminatına, sosial ədalətə, eləcə də bərpaedici yanaşmalara üstünlük verdiyini bir daha nümayiş etdirir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Zahid Oruc: MSK-nın formalaşması mühüm məsələdir 

MSK-nın formalaşması Azərbaycanın siyasi sistemində mühüm mərhələ kimi qiymətləndirilir. Seçki institutlarının institusional şəkildə təşkil edilməsi və onların fəaliyyətinin hüquqi çərçivəyə salınması dövlət quruculuğu prosesinin əsas istiqamətlərindən biri hesab olunur. Bu yanaşma ölkədə siyasi sabitliyin möhkəmlənməsinə və idarəetmə sisteminin daha sistemli formaya keçməsinə şərait yaradıb.CityPost.az  xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Zahid Oruc deyib.Zahid Orucun sözlərinə görə, ölkənin xaos və qeyri-sabitlik dövründən çıxaraq hüquqi dövlət modelinə keçidi məhz ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasi kurs nəticəsində mümkün olub:"Həmin dövrdə dövlətin parçalanma və qeyri-müəyyənlik riskləri aradan qaldırılıb, idarəetmədə sabitlik təmin edilib və silahlı yolla hakimiyyətə gəlmək...

27 Aprel 2026, 12:07

Elman Eldaroğlu: Şahbaz Xuduoğluna qarşı iddialar əsassızdır

Jurnalist Elman Eldaroğlu sosial şəbəkələrdə Şahbaz Xuduoğlu ilə bağlı yayılan iddialara münasibət bildirib.Citypost.az xəbər verir ki, jurnalist qeyd edib ki, son vaxtlar “Facebook” sosial şəbəkəsində bəzi səhifə və fərdlər Şahbaz Xuduoğluna qarşı hücumlar edir, onun kimliyi və fəaliyyəti barədə əsassız iddialar irəli sürürlər. Şahbaz Xuduoğlunun doğulub boya-başa çatdığı Yardımlı rayonunun ərazisi qədim oğuz diyarıdır və burada əsrlər boyu insanlar arasında qarışıq nikahların geniş yayılmaması səbəbindən əhalinin əsasən oğuz türkü olduğu qeyd edilir.Jurnalist vurğulayıb ki, Şahbaz Xuduoğlu milli dəyərlərə bağlı bir şəxsdir və Azərbaycan adına müsbət işlərin təbliği ilə məşğuldur. Onun sözlərinə görə, Xuduoğlu sahibkar və nəşriyyatçı kimi fəaliyyət göstərir, sifariş...

27 Aprel 2026, 12:00

Nizami Kino Mərkəzinin direktoru vəzifəsindən ayrılıb 

Nizami Kino Mərkəzinin direktoru Əli-səttar Quliyev vəzifəsindən ayrılıb.Bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) bildirilib.Qeyd edilib ki, Əli-səttar Quliyevin müqaviləsinin müddəti başa çatıb.Bildirilib ki, mədəniyyət nazirinin müvafiq əmrinə əsasən, hazırda Nizami Kino Mərkəzinin direktorunun səlahiyyətlərini Turan Məmmədli icra edir.

27 Aprel 2026, 11:50

Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub 

Aprelin 27-də Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub.Citypost.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Çexiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişi qarşılayıb.Fəxri qarovul dəstəsinin rəisi Çexiyanın Baş nazirinə raport verib.Çex Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiyanın Baş naziri Andrey Babişin qarşısından keçib.Azərbaycan nümayəndə heyətinin üzvləri Baş nazir Andrey Babişə, Çexiya nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.Sonra rəsmi foto çəkdirilib....

27 Aprel 2026, 11:38

MSK-nın tərkibi yenidən formalaşdırılıb 

Mərkəzi Seçki Komissiyasının tərkibi yenidən formalaşdırılıb.Citypost.az xəbərinə görə, bu barədə məsələ parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.Müzakirələrdən sonra “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi haqqında” məsələ səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.Beləliklə, Milli Məclisi qərarına əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri təyin ediliblər:Abdullayeva Sevinc Qurban qızı,Cavadov Fuad Musa oğlu,Əsgərov Bəxşeyiş Məmməd oğlu,Əsgərova Nailə Şahmərdan qızı,Həsənov Tofiq Eldar oğlu,Xələfov Elçin Abuzər oğlu,İbrahimov Ramiz Hilal oğlu,Qasımov Rövzət Afət oğlu,Qəhramanlı Almas Əlisultan qızı,Quliyev Etibar Cəfər oğlu,Məmmədov Elmar Eldar oğlu,Məmmədov İlham Sabir oğlu,Muxtarova Arifə Ağaverdi qızı,Orucov Qabil Əhməd oğlu,Paşayev Hüseyn Məmməd oğlu,Pənahov Məzahir Məhəmməd oğlu,Rəhimov...

27 Aprel 2026, 11:37

Mingəçevirdə yanğın təhlükəli müəssisənin fəaliyyəti dayandırılıb 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli müəssisənin fəaliyyətini dayandırıb.FHN-dən Citypost.az-a verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhərində fəaliyyət göstərən “Elastik” MMC-yə məxsus rezin məmulatların istehsalı müəssisəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.Məlum olub ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud qurğular isə nasazdır, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib, sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunur, obyektin ərazisi yanar mayelərdən və tullantılardan təmizlənməyib.Qeyd olunanları nəzərə...

27 Aprel 2026, 11:10