Tamam Cəfərova: Zelenskinin səfəri Azərbaycan–Ukrayna münasibətlərini gücləndirir
Siyasət 27 Aprel 2026, 10:28
313
Millət vəkili Tamam Cəfərova Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfərini şərh edib.
Citypost.az xəbər verir ki, millət vəkili bildirib ki, son dövrlərdə beynəlxalq münasibətlər sistemində müşahidə olunan gərginliklər, böyük güclər arasında rəqabətin artması və regional münaqişələrin dərinləşməsi fonunda etibarlı tərəfdaşlara və balanslı siyasət yürüdən dövlətlərə ehtiyac daha da artır. Onun sözlərinə görə, belə bir şəraitdə ölkələrin xarici siyasət kursunun müstəqilliyi, beynəlxalq hüquqa sadiqliyi və vasitəçilik potensialı xüsusi əhəmiyyət kəsb edir və Azərbaycan da bu xüsusiyyətləri ilə seçilən ölkələrdəndir.Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri çərçivəsində aparılan müzakirələr və səsləndirilən bəyanatlar Azərbaycan–Ukrayna münasibətlərinin artıq strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini və yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu münasibətlərin qarşılıqlı hörmət, beynəlxalq hüququn prinsipləri və ortaq maraqlara əsaslandığını vurğulayıb.
Millət vəkili bildirib ki, Azərbaycan Rusiya–Ukrayna münaqişəsi dövründə Ukraynaya dəstəyini yalnız siyasi bəyanatlarla deyil, konkret humanitar addımlarla da nümayiş etdirib. Onun sözlərinə görə, enerji infrastrukturunun bərpası üçün generatorlar, elektrik avadanlıqları, tibbi ləvazimatlar və digər zəruri vasitələrin göndərilməsi Azərbaycanın humanitar həmrəyliyinin real ifadəsidir.İqtisadi əməkdaşlıq da iki ölkə münasibətlərinin əsas sütunlarındandır və SOCARın Ukraynada həyata keçirdiyi genişmiqyaslı investisiya layihələri, xüsusilə enerji və yanacaq paylama sahəsində fəaliyyəti bu ölkənin iqtisadi həyatında mühüm rol oynayır.
T.Cəfərova vurğulayıb ki, Volodimir Zelenskinin Rusiya ilə danışıqların Azərbaycanda keçirilməsi təşəbbüsü Azərbaycanın beynəlxalq nüfuzunun və etibarlı, balanslı tərəfdaş kimi qəbul olunmasının göstəricisidir. Onun sözlərinə görə, Azərbaycan müstəqil və praqmatik xarici siyasəti ilə dialoq və əməkdaşlıq üçün uyğun platforma kimi çıxış etdiyini bir daha nümayiş etdirir.Səfər fonunda siyasi dialoqun dərinləşməsi, humanitar dəstək və iqtisadi əməkdaşlıq Azərbaycan–Ukrayna münasibətlərinin kompleks və strateji xarakter daşıdığını təsdiqləyir.
Həmçinin oxuyun
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Dünyada pozulmuş tarazlıq, Azərbaycanda isə siyasi tarazlıq - ŞƏRH
Dünyada pozulmuş tarazlıq, Azərbaycanda isə siyasi tarazlıq.Beynəlxalq sistemdə güc balansının dəyişməsi uğrunda gedən maraqların toqquşması regional münaqişələri artırır və bu böyük güclər arasında rəqabəti dərinləşdirir. Nəticədə dünyanın siyasi tarazlığını pozulur. Rusiya–Ukrayna müharibəsi, Yaxın Şərqdə gərginliklər, NATO ilə digər güc mərkəzlərinin qarşı-qarşıya gəlməsi beynəlxalq münasibətlərdə qeyri-sabit bir vəziyyət yaradıb. Bu, gördüyümüz və dünya üçün açıq olan balans qarşıdurmaları və münaqişələridir. Görmədiyimiz və “gizli münaqişələr” adlanan proseslər də mövcuddur. Daha sonra dolayı münaqişələr və dondurulmuş münaqişələr yəni açıq döyüş olmasa da, davamlı gərginliyin qaldığı vəziyyətlər var. Deməli, istənilən vaxt bu latent münaqişələr açıq müharibəyə çevrilə bilər. Çünki rəsmi şəkildə ifadə olunmayan bu...
27 Aprel 2026, 11:54
Rövşən Əhmədov: Azərbaycan–Ukrayna əməkdaşlığında yeni mərhələ
Azərbaycan–Ukrayna əməkdaşlığında yeni mərhələAzərbaycan Respublikası ilə Ukrayna arasında ikitərəfli münasibətlər uzun illərə söykənən qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq prinsipləri üzərində qurulub. Hər iki dövlət müstəqillik əldə etdikdən sonra siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişafına xüsusi önəm verib, müxtəlif beynəlxalq platformalarda bir-birinin ərazi bütövlüyünü və suverenliyini ardıcıl şəkildə dəstəkləyib. Enerji, nəqliyyat, ticarət və investisiya istiqamətlərində formalaşmış əməkdaşlıq mexanizmləri münasibətlərin dayanıqlı xarakter daşıdığını göstərir. Eyni zamanda, xalqlar arasında tarixi və mədəni bağlar, humanitar layihələr və qarşılıqlı səfərlər bu əlaqələrin daha da dərinləşməsinə töhfə verir.Bu kontekstdə cənab Prezident İlham Əliyev və Volodimir Zelenski arasında aprelin 25-də Azərbaycanda baş tutan görüş və mətbuata...
27 Aprel 2026, 11:04
Sahib Alıyev: İlham Əliyevin Gernika sülh mükafatı qətiyyətli sülh siyasətinin nəticəsidir
Millət vəkili, əməkdar jurnalist Sahib Alıyev Azərbaycan Prezidenti İlham Əliyevin Gernika sülh mükafatı ilə təltif olunmasını şərh edib.Citypost.az xəbər verir ki, siyasətçi bildirib ki, mükafatlandırmada diqqət yetirilməli üç mühüm məqam var. Birincisi, onun fikrincə, böyük güclərin qarşı çıxmasına rəğmən dünyanın ən mürəkkəb regionunda uzun sürən münaqişələrdən birinə son qoyulmasında fövqəladə qətiyyət və fədakarlıq göstərmiş bir liderin bu mükafata layiq görülməsidir. O, bu kontekstdə bəzi Nobel sülh mükafatı nümunələrini də xatırladıb.S.Alıyev qeyd edib ki, ikinci mühüm məqam bu mükafatın Qərbdə də regionda sülh istəyən real tərəflərin mövcudluğunu ortaya çıxarmasıdır.Millət vəkili üçüncü məqam kimi isə ondan ibarət olduğunu deyib ki, Prezident İlham...
27 Aprel 2026, 10:38
Pərvanə Vəliyeva: Azərbaycan–Ukrayna strateji tərəfdaşlığı güclənir
Millət vəkili Pərvanə Vəliyeva Azərbaycan–Ukrayna münasibətlərini şərh edib.Citypost.az xəbər verir ki, Millət vəkili bildirib ki, Azərbaycan Respublikası ilə Ukrayna arasında münasibətlər yüksək səviyyəli siyasi dialoq üzərində qurulub və bu, əməkdaşlığın çoxşaxəli inkişafına ciddi təkan verir. Onun sözlərinə görə, iqtisadi, ticarət və humanitar sahələrdə əlaqələrin genişlənməsi siyasi münasibətlərin möhkəmliyindən qaynaqlanır.İkitərəfli münasibətlərin institusional əsasları kifayət qədər güclüdür və Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr, hökumətlərarası iqtisadi komissiya və parlamentlərarası dostluq qrupları əməkdaşlığın davamlılığını təmin edir. O vurğulayıb ki, 1995-ci ildən fəaliyyət göstərən dostluq qrupları qarşılıqlı siyasi etimadın göstəricisidir.P.Vəliyeva əlavə edib ki, tərəflər BMT, ATƏT, GUAM və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq...
27 Aprel 2026, 10:30
Qulamhüseyn Əlibəyli: Zelenski səfəri Azərbaycanın diplomatik uğurudur
Siyasətçi Qulamhüseyn Əlibəyli Volodimir Zelenskinin Azərbaycana səfərini şərh edib.Citypost.az xəbər verir ki, siyasətçi bildirib ki, Zelenskinin Azərbaycana səfəri müxtəlif aspektlərdən qiymətləndirilə bilər. Səfərin iqtisadi aspektlərindən daha çox geosiyasi, siyasi və enerji təhlükəsizlik tərəfləri daha çox diqqəti çəkir. Məlumdur ki, bir tərəfdən Rusiya-Ukrayna, digər tərəfdən isə ABŞ-İsrail cütlüyü ilə İran arasındakı müharibə qlobal miqyasda geosiyasi balansın və təhlükəsizlik arxitekturasının pozulmasına gətirib çıxarıb.Bu müharibələrdə Azərbaycanın siyasəti konkret bir dövlətin tərəfini tutmadan özünün geosiyasi, iqtisadi və milli təhlükəsizlik maraqlarının həyata keçirilməsinə yönəlib. Onun sözlərinə görə, Azərbaycan müharibə edən dövlətlərin hamısı ilə ehtiyatlı balans siyasəti mövqeyini tutub və bu mövqenin məqsədəuyğunluğu şübhə doğurmur.Q.Əlibəyli vurğulayıb...
27 Aprel 2026, 09:54
Milli Məclisin növbəti iclasının vaxtı və tarixi məlum olub
Milli Məclisin növbəti iclasının vaxtı və tarixi məlum olub.Citypost.az xəbər verir ki, aprelin 27-də keçiriləcək iclasın gündəliyinə 11 məsələ daxil edilib.
24 Aprel 2026, 11:09