Tural İrfan: “Təhqir və linç cəhalətdir”
Cəmiyyət 27 Aprel 2026, 09:04
280
Naşir Şahbaz Xuduoğlunu Güntay Gəncalpın "Səfəvilər" əsərini çap etdiyi üçün sosial şəbəkələrdə təhqir edirlər. Müəllifi də, təhqirdən o tərəfə keçərək aşağılayırlar. Yəni, inanıram ki, Nəsiminin dövrü olsaydı bu kütlə Güntayın da, Şahbazın da dərisini soydurmaq üçün yuxarı instansiyalara yeddi at arabası ərizə yazardı. Yaxud Stalinin dövrü olsaydı mütləq Müşviq, Əhməd Cavad, Cavid kimi barələrində Mir Cəfər Bağırova danos yazıb güllələdər, asdırardırar, Sibirə sürgün etdirərdilər.
Əcəba İran propaqandası indi də Səfəvilər kartındanmı istifadə edir milli həmrəyliyi pozmaq, ictimai nifaq salmaq üçün... Onlarla feysbuk, yüzlərlə TikTok səhifəsi görürəm ki, milli adlar qoyub altda isə tarixi ziddiyyətləri qabartmaqla məşğuldur, xüsusən Türkiyə - Azərbaycanın arasını vurmaqdan ötrü dayanmadan Səfəvi - Osmanlı müharibələrini eşələyirlər. Bir müddət əvvəl xatirinizdədirsə Ərdəbilin Livan ermənisi olan imam-cüməsi Həsən Amuli (Cəbəl Amul Livanda dağlıq bölgənin adıdır.) məsciddə Səfəvi - Osmanlı, Çaldıran məsələsinə toxunub öyrətdiyi həşşaşi dəstələrinə Türkiyə və Azərbaycanı təhqir etdirmişdi. İndi o mesajları, toxumları burada cücərtmək istəyənlər kimlərdir, əcəba? Əslində məlumdur!
Özü də yazanların, hədyan danışanların bəlkə də heç biri sözü gedən kitabı oxumayıb. Saxta vətənpərvərlik, tarixi şəxsiyyətlərə kor-koranə pərəstişkarlıq obrazına girib daş dövrünün metodları ilə sosial şəbəkələrdə qəbih, ikrah doğuran vəhşət mənzərəsi yaradırlar.
Adam araşdırma aparıb, tarixi mənbələri saf-çürük edib, müəyyən obyektiv qənaətə gəlib kitab yazıb. Təbiidir ki, kimlərsə hər hansı müəllifin fikri ilə razılaşmasın. Belə hallarda hətta orta əsrlərdə formalaşmış ənənə bu idi ki, həmin əsərə cavab, rəddiyyə yazardılar. Xilafət zamanı xristian alimi Yuhanna Diməşqi müsəlmanların içində olduğu halda İslam dininə rəddiyyə yazmışdı. Onu asmadılar, nə də söymədilər. Mötəzilə alimləri elmi, fəlsəfi cəhətdən onun iddialarına cavab olaraq əsərlər yazdı. Beləcə Yuhannanın yazdığı yox, Mötəzilənin əsasları daha çox məşhurluq və haq qazandı, tolerantlıq da pozulmadı. Lakin onu assaydılar düşünün nə olacaqdı... Məsələn, böyük İslam filosof - alimi Əbu Hamid Qəzzali Fərabi və İbn Sina kimi filosofların fəlsəfi fikirlərinə qarşı rəddiyyə yazıb. Uşaq vaxtı Azərbaycan jurnalından oxuduğum Bəxtiyar Vahabzadənin İsa Hüseynovun "Məhşər" romanına yazdığı uzun rəddiyyə-məqalənin məzmunu hələ də yadımdadır. Mərhum Vahabzadə ədəbi və mədəni dillə müəllifi, romanda tarixi faktları təhrif etməkdə suçlayırdı. Ancaq təhqir etmirdi, güllələnməsini tələb etmirdi, onu xain, şərəfsiz də adlandırmırdı. Elmi, publisistik, ədəbi əsərə qarşı müəllifi, naşiri söymək, qaralamaq, şantaj etmək mədəni və sivil yol deyil, vəhşilik, cəhalətdir.
Salman Rüşdi Quran əleyhinə əsər yazmışdı. Xomeyni onun haqqında ölüm fətvası verdi, açıq şəkildə. Amma onun yazdığına qarşı elmi, dini, fəlsəfi faktlarla kitab, rəddiyyə, traktat yazan olmadı. Oldusa belə Xomeyninin ölüm fətvasının yaratdığı qaranlıqda qeyb oldu. Fəqət nəticədə Salman Rüşdi dünyada məşhur yazıçıya çevrildi, kitabları çox böyük tirajda satıldı və adam varlandı. Onun yazdığı cəfəngiyyatdan çoxunun bəlkə də xəbəri olmayacaqdı, lakin Xomeyninin fətvası sayəsində minlərlə adam kitabı oxuyub dindən çıxdı. Salman da deyəsən hələ sağdı, Qərb ölkələrinin himayəsində yaşayır. Antireklam özü ən böyük reklamdır. Salmanı guya öldürəcəkdilər, ancaq cahanda məşhur etdilər.
Bir misal da deyim: Misirdə müasir fikirli müstəqil bir maarifçini yazdığı əsərə görə radikal dindarlar qətlə yetirir. Məhkəmədə hakim müttəhimlərə sual edir ki, nə üçün bu cinayəti törətdiniz? Canilər deyir ki, o şəxs dinin əleyhinə kitab yazıb. Hakim soruşur ki, axı o kitabda nə yazılıb, oxumusunuzmu? Canilər cavab verir ki, xeyr, heç birimiz o kitabı oxumamışıq. Sadəcə filan şeyx dedi ki, o küfr yazıb, gedin öldürün...
Bunları ona görə sadalayıram ki, xətt, istiqamət, mənbə tam məlum və aydın olsun. Əvvəlcə hədəfləri, şəxsləri müəyyən edirlər. Onu sosial şəbəkələrdə gündəmə gətirib saxta və ya real profillərlə, səhifələrlə şantaj, təhqir, böhtana məruz qoyub haqqında müəyyən qədər dinsiz, pis adam obrazı yaratmağa cəhd göstərirlər, sonda da bağlı olduqları mənbənin tapşırığını icra edirlər.
Sözlə, savadla, elmlə, fakt və dəlillə cavab verməkdə aciz qaldığın tərəfi söymək, böhtan atmaq daha acı və rüsvayçı məğlubiyyətdir. Sözü uzatmamaq üçün sözü gedən kitabın məzmunu haqda fikrimi yazmıram. Hələ ki, belə mövzularda ədəbi, sivil, mədəni, obyektiv yanaşma tərzinin olduğu ortam arzusu ilə normal müzakirə meydanı yaranana qədər mən də fikrimi ifadə etməkdə təxirə məcburam. Çünki elmi məqaləyə, kitaba, əsərə söyüşlə, böhtanla, şantajla cavab verilən ortamda sözü, kəlamı, fikri istifadə etmək sadəcə israfdır. Həzrət Muhəmməd Peyğəmbər buyurur: söz də su kimidir, onu israf etməyin...
(Bəlkə ardı oldu...)
Tural İrfan
Milli Cəbhə Partiyası sədrinin müavini, ilahiyyatçı və siyasi şərhçi Tural
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Nizami Kino Mərkəzinin direktoru vəzifəsindən ayrılıb
Nizami Kino Mərkəzinin direktoru Əli-səttar Quliyev vəzifəsindən ayrılıb.Bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) bildirilib.Qeyd edilib ki, Əli-səttar Quliyevin müqaviləsinin müddəti başa çatıb.Bildirilib ki, mədəniyyət nazirinin müvafiq əmrinə əsasən, hazırda Nizami Kino Mərkəzinin direktorunun səlahiyyətlərini Turan Məmmədli icra edir.
27 Aprel 2026, 11:50
Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub
Aprelin 27-də Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub.Citypost.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Çexiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişi qarşılayıb.Fəxri qarovul dəstəsinin rəisi Çexiyanın Baş nazirinə raport verib.Çex Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiyanın Baş naziri Andrey Babişin qarşısından keçib.Azərbaycan nümayəndə heyətinin üzvləri Baş nazir Andrey Babişə, Çexiya nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.Sonra rəsmi foto çəkdirilib....
27 Aprel 2026, 11:38
MSK-nın tərkibi yenidən formalaşdırılıb
Mərkəzi Seçki Komissiyasının tərkibi yenidən formalaşdırılıb.Citypost.az xəbərinə görə, bu barədə məsələ parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.Müzakirələrdən sonra “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi haqqında” məsələ səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.Beləliklə, Milli Məclisi qərarına əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri təyin ediliblər:Abdullayeva Sevinc Qurban qızı,Cavadov Fuad Musa oğlu,Əsgərov Bəxşeyiş Məmməd oğlu,Əsgərova Nailə Şahmərdan qızı,Həsənov Tofiq Eldar oğlu,Xələfov Elçin Abuzər oğlu,İbrahimov Ramiz Hilal oğlu,Qasımov Rövzət Afət oğlu,Qəhramanlı Almas Əlisultan qızı,Quliyev Etibar Cəfər oğlu,Məmmədov Elmar Eldar oğlu,Məmmədov İlham Sabir oğlu,Muxtarova Arifə Ağaverdi qızı,Orucov Qabil Əhməd oğlu,Paşayev Hüseyn Məmməd oğlu,Pənahov Məzahir Məhəmməd oğlu,Rəhimov...
27 Aprel 2026, 11:37
Mingəçevirdə yanğın təhlükəli müəssisənin fəaliyyəti dayandırılıb
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli müəssisənin fəaliyyətini dayandırıb.FHN-dən Citypost.az-a verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhərində fəaliyyət göstərən “Elastik” MMC-yə məxsus rezin məmulatların istehsalı müəssisəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.Məlum olub ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud qurğular isə nasazdır, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib, sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunur, obyektin ərazisi yanar mayelərdən və tullantılardan təmizlənməyib.Qeyd olunanları nəzərə...
27 Aprel 2026, 11:10
Milli Məclisin iclası başlayıb
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclas keçirilir.Citypost.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi haqqında.2. “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası ilə əlaqədar təşkilati tədbirlər və maliyyə məsələləri barədə əlavə Saziş”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.3. “Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.4. “Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in...
27 Aprel 2026, 11:00
DYP piyadavurma hadisələri ilə bağlı müraciət edib
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi piyadavurma hadisələri ilə bağlı müraciət edib.İdarədən Citypost.az-a verilən məlumata görə, piyadavurma hadisələrinin qarşısının alınması üçün görülən profilaktik tədbirlər və maarifləndirmə işləri davam etdirilir: "Yol hərəkəti iştirakçıları arasında ən müdafiəsiz tərəf olan piyadaların şəxsi məsuliyyət hissi həyati əhəmiyyət daşıyır. Xüsusilə çoxzolaqlı və yüksək sürət rejimi tətbiq olunan yollarda qaydalara əməl etmədən, piyada keçidlərindən istifadə etmədən yolu keçmək ciddi təhlükə yaradır. Belə hallarda baş verən ağır yol-nəqliyyat hadisələri təsadüfi deyil, qayda pozuntusu nəticəsində yaranır.Hörmətli piyadalar, bir daha sizə müraciət edirik ki, öz həyatınızı riskə atmayın, yolu yalnız müəyyən olunmuş keçidlərdən keçin, diqqətli və məsuliyyətli davranın. Çünk...
27 Aprel 2026, 10:55