Bizə yazın

Baku

-°C

USD

-

Stent ürəyi neçə il qoruyur? – mütəxəssis izahı  

Tibb 27 Aprel 2026, 12:06

307

Stent yerləşdirilməsi ürək-damar xəstəliklərinin müalicəsində geniş istifadə olunan üsullardan biridir. Lakin vacib məqam ondan ibarətdir ki, stent taxmaq xəstənin ömrünü birbaşa uzatmaq üçün deyil, baş verə biləcək miokard infarktı və ürək çatışmazlığı riskini azaltmaq və həyat keyfiyyətini yaxşılaşdırmaq üçündür.

Citypost.az-ın məlumatına görə, məsələn, stenokardiya zamanı damarların daralması səbəbilə xəstələrdə hərəkət zamanı sinədə güclü ağrılar, yanma hissi və ya təngnəfəslik yaranır. Bu ağrılar adi mədə göynəməsindən fərqli olaraq daha şiddətli olur və bəzən insanda ölüm qorxusu yaradır. Bəzi hallarda, xüsusilə şəkər xəstələrində ağrı əvəzinə sadəcə nəfəs darlığı müşahidə edilir.

Stent qoyulduqda daralmış damar açılır və qan axını bərpa olunur. Nəticədə xəstənin hərəkət qabiliyyəti artır, gündəlik həyatı yüngülləşir və psixoloji olaraq da rahatlıq yaranır. Bu baxımdan stentin əsas məqsədi xəstənin daha keyfiyyətli həyat yaşamasını təmin etməkdir.

Stentin “müddəti” konkret illərlə məhdudlaşmır. O, uzunmüddətli – hətta ömürlük qala bilər. Lakin bu, xəstənin sonrakı həyat tərzindən birbaşa asılıdır. Əgər xəstə dərmanlarını mütəmadi qəbul etməzsə, pəhrizə riayət etməzsə və həyat tərzini dəyişməzsə, həm stent yerləşdirilən damar yenidən darala bilər, həm də başqa damarlarda problemlər yarana bilər.

Eyni xəstəyə bir neçə dəfə stent qoyulması da mümkündür. Bu, xəstəliyin gedişindən və damarların vəziyyətindən asılı olaraq həkim tərəfindən qərarlaşdırılır.

Nəticə olaraq, stent müalicəsi xəstəliyi tam aradan qaldırmır, sadəcə onun yaratdığı təhlükəli fəsadların qarşısını alır. Xəstəlik isə davam etdiyi üçün əsas məsuliyyət bundan sonra xəstənin öz üzərinə düşür: düzgün müalicə, sağlam qidalanma və həyat tərzi dəyişiklikləri olmadan əldə olunan nəticəni qorumaq mümkün deyil.

Yusif

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Burun tutulması beyni “çökdürür”? – reallıq nədir ?

Burun tutulması uzun müddət davam edəndə insanın həyat keyfiyyətini ciddi şəkildə poza bilər. Amma bunu birbaşa “beynin çökməsi” və ya Alzheimer xəstəliyi ilə eyniləşdirmək doğru deyil.Citypost.az-ın məlumatına görə, uzunmüddətli burun tutulması zamanı əsas problem nəfəsin rahat alınmaması və bunun nəticəsində yuxu keyfiyyətinin pozulması, xroniki yorğunluq, diqqət və yaddaşda zəifləmə, eləcə də əsəbilik və emosional gərginliyin yaranmasıdır. Bu təsirlər daha çox oksigen çatışmazlığından deyil, yuxu pozğunluğu və ümumi narahatlıqla bağlı olur. Yəni vəziyyət dolayı təsir göstərir, birbaşa neyrodegenerativ proses yaratmır.Bununla belə, bəzi hallarda burun tutulmasının arxasında daha ciddi səbəblər dayana bilər. Məsələn, allergik rinit, burun çəpərinin əyriliyi, sinusit və ya poliplər...

27 Aprel 2026, 08:43

Gecə krampının gizli səbəbi nədir?

Gecə saatlarında qəfil baş verən və güclü ağrı ilə müşayiət olunan ayaq kramplarının səbəbi əzələ və sinir sistemində yaranan müvəqqəti pozğunluqlarla bağlıdır.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, normal şəraitdə əzələ lifləri bir-biri üzərində sürüşərək növbəli şəkildə yığılır və boşalır. Lakin susuz qalma, həddindən artıq yorğunluq və ya mineral çatışmazlığı zamanı sinir impulslarında pozulma yaranır. Bu halda beyin əzələyə “boşal” siqnalı verə bilmir, əksinə davamlı “yığıl” əmri göndərir.Nəticədə əzələ lifləri bir-birinə sıx şəkildə keçir və “kilidlənmiş” vəziyyətdə qalır. Bu isə əzələdə sərt düyün hissinin yaranmasına, eyni zamanda qan dövranının zəifləməsinə və oksigen çatışmazlığına səbəb olur. Məhz bu proses güclü ağrı...

24 Aprel 2026, 11:39

Gözdə “uçuşan kölgələr” nədir?  

Aydın səma və ya açıq fonlara baxarkən göz önündə hərəkət edən şəffaf, ipə bənzər cisimlər bir çox insanda müşahidə olunur. Tibb dilində bu hal Uçuşan cisimlər kimi tanınır.Citypost.az xəbər verir ki, mütəxəssislərin izahına görə, bu görüntülər əslində xaricdə deyil, gözün daxilində baş verir. Göz almasının içi jelə bənzər Şüşəyəbənzər cisim ilə doludur. Zaman keçdikcə bu jelin içindəki mikroskopik zülal lifləri yığılaraq kiçik topalar əmələ gətirir.İşıq gözə daxil olduqda, həmin topaların kölgəsi tor qişa üzərinə düşür. İnsan da bunu sanki gözünün qarşısında üzən cisimlər kimi görür. Göz hərəkət etdikcə jel də dalğalanır və bu kölgələr “üzürmüş” kimi hiss olunur.Həkimlər bildirir ki,...

24 Aprel 2026, 11:37

Hər bağırsaq qanaması babasil deyil – həkimdən xəbərdarlıq  

Həkim-gastroenteroloqlar bildirirlər ki, bağırsaqdan qan gəlməsi hər zaman babasil və ya anal çatla izah olunmamalıdır.Citypost.az-ın məlumatına görə, mütəxəssislər qeyd edir ki, 55 yaşlı qadın xəstə bağırsaqdan qanama, qəbizlik və köp şikayətləri ilə uzun müddət müxtəlif həkimlərə müraciət etsə də, ona yalnız babasil və ya çat diaqnozu qoyularaq şam və məlhəmlər təyin edilib. Müalicə müddətində şikayətlər qismən azalsa da, dərmanların dayandırılmasından sonra yenidən və daha güclü şəkildə qayıdıb.Daha sonra xəstə mütəxəssisə müraciət edib və yaş faktoru və klinik şikayətlər nəzərə alınaraq ona kolonoskopiya müayinəsi təyin edilib. Müayinə bağırsağın daxili vəziyyətinin dəqiq qiymətləndirilməsi üçün aparılıb.Həkimlər vurğulayır ki, xüsusilə orta və yuxarı yaş...

23 Aprel 2026, 16:37

Həddindən artıq tərləmə hansı xəstəliklərin əlaməti ola bilər?

Endokrinoloqlar bildirir ki, tərləmə orqanizmin təbii müdafiə və termoregulyasiya mexanizmidir. Lakin bəzi hallarda bu proses normadan artıq olur və müxtəlif xəstəliklərin göstəricisinə çevrilə bilər.Citypost.az-ın məlumatına görə, mütəxəssislərin sözlərinə görə, həddindən artıq tərləmə hallarında ilk növbədə qalxanvari vəzin funksional pozğunluqları – xüsusilə hipertireoz nəzərdən keçirilməlidir. Bundan başqa, qan təzyiqinin yüksək olduğu hallarla müşayiət olunan feoxromositoma kimi nadir xəstəliklər də tərləməyə səbəb ola bilər.Həkimlər qeyd edir ki, bəzi böyrək və ürək-damar xəstəlikləri, eləcə də müxtəlif dərman preparatlarının qəbulu da bu simptoma gətirib çıxara bilər.Eyni zamanda, akromegaliya və hormon pozğunluqları da həddindən artıq tərləmənin səbəbləri arasında göstərilir.Mütəxəssislər bildirir ki, vitamin D çatışmazlığı və...

23 Aprel 2026, 11:00

Smuzilər və şirələr: sağlamlığa təsirində gözlənilməz fərq müəyyən olunub  

Yeni araşdırmanın nəticələrinə görə, meyvələrin hansı formada qəbul edilməsi sağlamlıq göstəricilərinə birbaşa təsir edir və ən yaxşı nəticələr şirələrdə deyil, smuzilərdə və bütöv meyvələrdə müşahidə olunur.Citypost.az-ın məlumatına görə, tədqiqat çərçivəsində insanlar meyvəni qəbul etmə formasına görə qruplaşdırılıb: şirə, smuzi, bütöv meyvə və minimal meyvə istehlakı.Nəticələr göstərib ki, müntəzəm smuzi qəbul edən şəxslərdə həm fiziki, həm də psixoloji sağlamlıq göstəriciləri daha yaxşı olub, həmçinin hipertoniya, yüksək xolesterin və diabet kimi xroniki xəstəliklərin rastgəlmə halları daha az müşahidə edilib.Bütöv meyvə istehlakçıları ikinci yerdə qərarlaşıb. Şirə qəbul edənlər isə ən zəif sağlamlıq göstəricilərini nümayiş etdiriblər. Bu qrupda xroniki xəstəliklərin daha çox olduğu, ümumi...

22 Aprel 2026, 12:55