Bizə yazın

Baku

-°C

USD

-

Elman Eldaroğlu: Şahbaz Xuduoğluna qarşı iddialar əsassızdır

Cəmiyyət 27 Aprel 2026, 12:00

330

Jurnalist Elman Eldaroğlu sosial şəbəkələrdə Şahbaz Xuduoğlu ilə bağlı yayılan iddialara münasibət bildirib.

Citypost.az xəbər verir ki, jurnalist qeyd edib ki, son vaxtlar “Facebook” sosial şəbəkəsində bəzi səhifə və fərdlər Şahbaz Xuduoğluna qarşı hücumlar edir, onun kimliyi və fəaliyyəti barədə əsassız iddialar irəli sürürlər. Şahbaz Xuduoğlunun doğulub boya-başa çatdığı Yardımlı rayonunun ərazisi qədim oğuz diyarıdır və burada əsrlər boyu insanlar arasında qarışıq nikahların geniş yayılmaması səbəbindən əhalinin əsasən oğuz türkü olduğu qeyd edilir.

Jurnalist vurğulayıb ki, Şahbaz Xuduoğlu milli dəyərlərə bağlı bir şəxsdir və Azərbaycan adına müsbət işlərin təbliği ilə məşğuldur. Onun sözlərinə görə, Xuduoğlu sahibkar və nəşriyyatçı kimi fəaliyyət göstərir, sifariş və tələbat əsasında kitab nəşri ilə məşğuldur.

Elman Eldaroğlu əlavə edib ki, Şahbaz Xuduoğlu insan kimi də nümunəvi həyat tərzi ilə seçilir və onu yaxından tanıyanlar bu barədə yaxşı bilirlər.Ş.Xuduoğlunun əsil-nəcabətindən xəbərdar olan biri kimi onun ünvanına deyilən iddiaları qəbul etmir və tənqidçilərə öz iddialarını daha diqqətlə araşdırmağı tövsiyə edir.

Yusif

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Millət vəkilləri İlham Əliyevi təbrik etdi

“Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə  “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmüşdür. Cənab Prezident aprelin 26-da mükafatın təqdim olunma mərasiminin iştirakçıları ilə görüş keçirmiş və bu möhtəşəm mükafata layiq görülməyinə görə öz minnətdarlığını bildirib”.Citypost.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Sahibə Qafarova bildirib. Spiker qeyd edib ki, bu mükafat, bütün çətinliklərə baxmayaraq, regionumuzda sülhün və sabitliyin olmaması naminə Prezidentin göstərdiyi böyük səylərin beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilməsi və yüksək qiymətləndirilməsi deməkdir.“30 il ərzində torpaqlarını işğal ilə üzləşmiş və münaqişə şəraitində yaşamış xalqın nümayəndələri olaraq biz...

27 Aprel 2026, 13:22

Baş nazir: Bu gün Azərbaycan dünyanın diqqət mərkəzindədir

Azərbaycan Çex Respublikası üçün strateji tərəfdaşdır. Bizim çox səmimi dostluq münasibətlərimiz var.Citypost.az  xəbər verir ki, bu fikirləri Çexiyanın Baş naziri Andrey Babiş Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirib.O, Azərbaycanın bu gün dünyanın diqqət mərkəzində olduğunu da vurğulayıb.

27 Aprel 2026, 13:07

İlham Əliyev: Azərbaycan və Çexiya uzun illərdir etibarlı tərəfdaşlardır 

Təbii ki, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Azərbaycan və Çexiya çox etibarlı tərəfdaşlardır.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişlə mətbuata bəyanatında bildirib.Dövlət başçısı deyib ki, Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur.

27 Aprel 2026, 13:05

Kəmaləddin Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək.Citypost.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.Məlumata görə, Kəmaləddin Heydərov tərəfindən aprelin 30-da Naxçıvan şəhərində, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin binasında saat 10:00-dan MR sakinlərinin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı Nazirliyin binasında 29 aprel tarixində saat 09:00-da başlayacaq.Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.Əlaqə:tel: +994 (12) 512-01-14e-mail: [email protected]...

27 Aprel 2026, 13:00

Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış edirlər 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış edirlər.

27 Aprel 2026, 12:55

İlham Əliyevin Çexiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilir 

Azərbaycan Prezidenti İlham Əliyevin Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babişlə geniş tərkibdə görüşü keçirilir.Citypost.az xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

27 Aprel 2026, 12:18