Bizə yazın

Baku

-°C

USD

-

Hindistan–İsrail münasibətlərində Hindistan yəhudilərinin rolu və geosiyasi təsirlər

Maraqlı 27 Aprel 2026, 12:03

1503

Hindistan-İsrail münasibətlərinin formalaşmasında Hindistan yəhudilərinin rolu: tarixi köklər və geosiyasi reallıqlar

​Hindistan yəhudiləri əsasən üç etno-dini qrupa bölünürlər: Bene İsrail (İsrail oğulları), Koçin yəhudiləri və Bağdad yəhudiləri.

​Onların Hindistana yerləşməsi ilə bağlı müxtəlif tarixi mülahizələr mövcuddur. Süleyman peyğəmbərin dövründən başlayaraq XVIII-XIX əsrlərə qədər müxtəlif zaman kəsiyində bu ölkəyə yəhudi miqrasiyasının davam etməsi haqqında fundamental akademik araşdırmalar var. Təbii ki, köklü mədəniyyətə malik Hindistanda əsrlərlə yaşayıb yerli təsirlərə məruz qalmamaq qeyri-mümkün idi. Məhz buna görə də, bu gün bir çox Hindistan yəhudisini antropoloji görünüşünə və mədəni vərdişlərinə görə yerli hindlilərdən ayırmaq olduqca çətindir.

​Hətta Hindistanda məskunlaşan yəhudilər yerli kasta iyerarxiyasını da mənimsəyərək, öz aralarında şərti olaraq "ağ" və "qara" yəhudilər kimi təsnifat aparıblar.

​1948-ci ildə İsrail dövləti qurulduqdan sonra "Tarixi Vətənə" köç edən Hindistan yəhudilərinə rəsmi Təl-Əviv uzun müddət məsafəli yanaşmış, onların yəhudi kimliyini qanuni müstəvidə şübhə altına almışdı. Nəhayət, 1964-cü ildə Knesset tərəfindən qəbul edilən qərarla onlara da tamhüquqlu vətəndaş statusu verilmişdir. Maraqlıdır ki, Hindistanda "yəhudi" kimi tanınan bu icma, İsrail cəmiyyətinin kollektiv şüurunda daha çox "hindistanlı" kimi assosiasiya olunur.

​Vaxtilə, ənənəvi yəhudi geyimlərinin əksinə, rəngli Hindistan sariləri və çalmaları ilə seçilən bu insanların cəmiyyətə inteqrasiyası üçün özlərini təsdiq etməyə ehtiyacları var idi. Çünki, İsrail dövlətinin qurucu elitası olan Avropa mənşəli Aşkenazilər ilə qarabəniz Hindistan yəhudiləri arasındakı sosio-psixoloji uçurum özünü qabarıq şəkildə büruzə verirdi.

​Bu "ögey övlad" imicini dəyişməyin ən effektiv yolu isə İsrail ordusunda (IDF) fəal xidmət etmək və dövlət quruculuğunda müxtəlif fədakarlıqlarla fərqlənmək idi. 

Elə də oldu.

 Hindistan yəhudiləri qısa zamanda israil ordusunun ən sadiq və intizamlı kadrlarına çevrildilər. Prosesin məntiqi davamı olaraq, onların arasından tanınmış şəxslər, hərbiçilər, hərbi mühəndislər, yüksək ixtisaslı kadrlar yetişdi...

İndi isə ​iddalara görə, rəsmi Dehli onlardan Hindistan üçün  üçün lobbiçilik fəaliyyətində istifadə edir. ( Məntiqlidir, İsrailə köçən Azərbaycan yəhudilərinin də qəlbləri hər zaman bizimlə döyünüb)

Məhz bu məqamda proses Azərbaycan üçün əhəmiyyət kəsb etməyə başlayır. Məlum geosiyasi səbəblərdən dolayı Hindistanın Azərbaycana münasibəti mənfi çalarlar üzərində qurulub. Üstəlik, Dehli özünü Ermənistanla əqraba  hiss edir.

​Buradakı əsas təhlükə sadəcə Hindistanın Ermənistanı silahlandırması deyil; əsl risk — İsrailin hərbi-sənaye kompleksində mühüm mövqelər tutan və Hindistanı ikinci vətən hesab edən bəzi Hindistan yəhudilərinin Ermənistan və İsrail arasında — indi olmasa da, gələcəkdə — sıx əlaqələr yaratma ehtimalıdır.

Hindistanın Ermənistana tədarük etdiyi "Pinaka" raket sistemlərinin modernləşdirilməsində İsrail texnologiyalarının iştirakı barədə faktlar bu təhlükənin real göstəricisi ola bilər.

​Bu ilin əvvəlində  Hindistanın Baş Naziri Narendra Modinin İsrailə səfəri və iki ölkə arasında imzalanan təxminən 10 milyard dollarlıq silah tədarükünə dair müqavilələr paketi bu əməkdaşlığın getdikcə genişlənən miqyasından xəbər verir.

 Şübhəsiz ki, Ermənistanda bu hərbi-strateji sövdələşmə böyük maraqla izlənilmişdi...

​İnsafən, müstəqilliyimizi qazandığımız andan bu günə kimi İsrail Ermənistanla olan münasibətlərinə Azərbaycanla olan strateji tərəfdaşlıq prizmasından yanaşır. Lakin getdikcə dərinləşən İsrail-Hindistan yaxınlaşmasının Ermənistanın lehinə yaratdığı dividendlər təşviş doğurmaya bilmir.

​Əlbəttə, hər böhran həm də bir fürsətdir. İsrail vasitəsilə Hindistanın Ermənistanmeyilli siyasətini bloklamaq da  bəlkə mümkündür, strateji müttəfiqimizin əleyhimizə formalaşan bir blokla əməkdaşlıq etməsini təəssüflə izləmək də...

Bəhruz Həsənov

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Dezodorantlar tərləməni dayandırır, yoxsa sadəcə qoxunu gizlədir?  

Bir çox insan düşünür ki, dezodorantlar tər vəzilərini bağlayaraq tərləməni tamamilə dayandırır. Halbuki mütəxəssislərin sözlərinə görə, tərləmənin özü əslində qoxusuzdur. Tər əsasən sudan və duzdan ibarət olur.Bəs o zaman xoşagəlməz qoxu necə yaranır?Citypost.az xəbər verir ki, alimlər bildirirlər ki, qoltuqaltı nahiyəsində yaşayan milyonlarla bakteriya ifraz olunan təri parçalayır. Məhz bu proses nəticəsində müxtəlif qoxulu maddələr və qazlar əmələ gəlir. İnsanların hiss etdiyi pis qoxunun əsas səbəbi də bakteriyaların fəaliyyəti hesab olunur.Mütəxəssislər qeyd edirlər ki, adi dezodorantların əsas funksiyası tərləməni tam dayandırmaq deyil, bakteriyaların çoxalmasını azaltmaq və qoxunu neytrallaşdırmaqdır.Dezodorantların tərkibində olan xüsusi antibakterial maddələr bakteriyaları ya məhv edir, ya da onların...

15 May 2026, 10:57

860 voltluq ŞOK: elektrikli ilanbalığı necə enerji istehsal edir?  

Amazon və Orinoko çaylarının palçıqlı, qaranlıq sularında yaşayan Elektrikli ilanbalığı təbiətin ən heyrətamiz canlılarından biri hesab olunur. Maraqlıdır ki, adına baxmayaraq, bu canlı əslində həqiqi ilanbalığı deyil. O, xüsusi elektrik istehsal etmə qabiliyyəti ilə tanınan fərqli bir balıq növüdür.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, elektrikli ilanbalığı bir zərbə zamanı təxminən 860 volta qədər elektrik enerjisi yarada bilir. Bu isə adi məişət prizlərindəki gərginlikdən bir neçə dəfə yüksək hesab olunur. Belə güclü elektrik impulsu ovunu iflic etmək və özünü təhlükələrdən qorumaq üçün istifadə edilir.Alimlər bildirirlər ki, bu canlıların bədəninin böyük hissəsi elektrik istehsalına xidmət edir. Elektrikli ilanbalığının orqanizmində “elektrosit” adlanan...

15 May 2026, 10:44

Soğan doğrayarkən niyə ağlayırıq? – ŞOK SƏBƏB

Mətbəxdə soğan doğrayarkən gözlərin yaşarması demək olar ki, hər kəsin yaşadığı haldır. Alimlərin sözlərinə görə, bunun səbəbi soğanın özünü qorumaq üçün inkişaf etdirdiyi xüsusi müdafiə mexanizmidir.Citypost.az-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, Soğan kəsildiyi və ya əzildiyi zaman hüceyrələri parçalanır və bunun nəticəsində xüsusi kimyəvi maddələr havaya yayılır. Bu maddələr soğanın təbiətdə heyvanlar və digər canlılar tərəfindən yeyilməsinin qarşısını almağa xidmət edir.Araşdırmalara görə, bıçaq soğanın qatlarını kəsdiyi anda fermentlər reaksiyaya girir və havaya gözləri qıcıqlandıran qaz buraxılır. Həmin qaz gözlə təmas etdikdə yanma, batma və qıcıqlanma hissi yaradır.Gözlər isə bu qıcıqlandırıcı maddədən qorunmaq üçün dərhal müdafiə reaksiyası verir. Nəticədə göz yaşı...

14 May 2026, 10:36

Balina südünün niyə diş məcunu kimi qatı olduğunu bilirdinizmi?  

Balinaların südü adi heyvan südündən tamamilə fərqlənir. Hətta onun qıvamı bildiyimiz mayelərdən çox, diş məcununun sıx və yapışqan quruluşunu xatırladır. Bunun əsas səbəbi isə balinaların okeanda yaşaması və balalarının su altında qidalanmasıdır.Citypost.az-ın məlumatına görə, alimlərin sözlərinə görə, Balina anaları südün su ilə qarışaraq dağılmasının qarşısını almaq üçün olduqca yağlı və qatı süd ifraz edir. Bu südün tərkibinin təxminən 50 faizi saf yağdan ibarət olur ki, bu da onu dünyanın ən qidalı və ən yoğun südlərindən birinə çevirir.Mütəxəssislər bildirirlər ki, balina südü okean suyuna qarışdığı zaman adi maye kimi yayılmır. Əksinə, yapışqan və qalın kütlə halında qalır. Bu xüsusiyyət balanın südü...

14 May 2026, 09:42

Sovet dövründə qadağan olunmuş musiqilər necə dinlənilirdi? — “sümük üzərində musiqi” fenomeni  

Sovet dövründə, xüsusilə 1940–1950-ci illərdən sonra Qərb musiqisinin bir çox nümunələri qadağan edilmiş və ya ciddi nəzarət altında saxlanılmışdı. Buna baxmayaraq, gənclər sevdikləri xarici mahnılara qulaq asmaq üçün olduqca qeyri-adi və riskli bir üsul tapmışdılar.Citypost.az xəbər verir ki, bu fenomen tarixdə “sümük üzərində musiqi” və ya “röntgen musiqi valları” kimi tanınırdı. Çünki istifadə olunan materiallar həqiqətən də xəstəxanalardan atılmış rentgen plyonkaları idi.Həmin dövrdə qara bazarda orijinal vinil valları tapmaq çox çətin və baha idi. Ona görə də gənclər xəstəxana tullantılarından toplanan rentgen filmlərini götürür, onları dairəvi şəkildə kəsir, ortasında deşik açaraq sadə bir val formasına salırdılar. Daha sonra xüsusi ev...

13 May 2026, 11:08

Bərbərxanaların qarşısındakı fırlanan sütunun sirri — onun arxasında qanlı tarix gizlənir  

Bu gün bir çox bərbərxananın qarşısında gördüyümüz qırmızı, ağ və mavi zolaqlarla bəzədilmiş fırlanan sütun əksər insanlara sadəcə dekorativ bir simvol kimi görünür. Citypost.az xəbər verir ki, lakin tarixçilərin sözlərinə görə, bu məşhur nişanın arxasında olduqca maraqlı və bir qədər də qaranlıq keçmiş dayanır.Araşdırmalara görə, orta əsrlərdə bərbərlər yalnız saç və saqqal kəsməklə məşğul olmurdular. O dövrdə tibbin kifayət qədər inkişaf etməməsi səbəbindən insanlar bir çox sağlamlıq problemləri üçün də məhz bərbərlərə müraciət edirdilər.Bərbərlər qan alma, diş çəkmə və hətta bəzi kiçik cərrahi prosedurları həyata keçirirdilər.Tarixçilər bildirirlər ki, o dövrdə “qan alma” üsulu müxtəlif xəstəliklərin müalicəsi hesab olunurdu. İnsan orqanizmindəki “pis...

13 May 2026, 10:11