Bizə yazın

Baku

-°C

USD

-

Atların möcüzəvi dünyası - Maraqlı FAKTLAR

Maraqlı 27 Aprel 2026, 12:12

319

Atları hamımız tanıyırıq, amma onların nə qədər möcüzəvi canlılar olduğunu çoxumuz bilmirik. At insanın ürək döyüntüsünü və emosional vəziyyətini hiss edə bilən nadir heyvanlardandır. Onlar qarşısındakı insanın gərgin, qorxulu və ya sakit olduğunu saniyələr içində anlayırlar. Əgər siz streslisinizsə, at da narahat olur, amma sakit və inamlı olduqda o da sizə tez güvənir. Sanki insanın daxili halını güzgü kimi əks etdirirlər.
Citypost.az-ın məlumatına görə, Atların yaddaşı da olduqca güclüdür. Onlar gördükləri yaxşılığı da, pisliyi də illərlə unutmur və uzun zaman sonra belə insanları tanıya bilirlər. Daha maraqlı xüsusiyyətlərindən biri isə ayaq üstə yatmalarıdır. Bunun səbəbi ayaqlarında olan xüsusi “kilidləmə” mexanizmidir ki, bu da onların yıxılmadan dincəlməsinə imkan verir.
Hərəkət zamanı atın dırnaqları da mühüm rol oynayır. Hər addımda dırnaqlar qan dövranını dəstəkləyir və qanı yuxarı doğru hərəkət etdirməyə kömək edir. Bu səbəbdən bəzən atın dırnaqları “ikinci ürək” kimi də adlandırılır.
Bir atın sizə yaxınlaşıb başını sinənizə söykəməsi isə xüsusi bir davranışdır. Bu, onun sizə güvəndiyini göstərir və ən saf, səssiz ünsiyyət formalarından biri hesab olunur.
Bəs sizin atlarla münasibətiniz necədir? Sizcə, bu heyvanların insanla belə dərin bağ qurmasının sirri nədir?
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Hindistan–İsrail münasibətlərində Hindistan yəhudilərinin rolu və geosiyasi təsirlər

Hindistan-İsrail münasibətlərinin formalaşmasında Hindistan yəhudilərinin rolu: tarixi köklər və geosiyasi reallıqlar​Hindistan yəhudiləri əsasən üç etno-dini qrupa bölünürlər: Bene İsrail (İsrail oğulları), Koçin yəhudiləri və Bağdad yəhudiləri.​Onların Hindistana yerləşməsi ilə bağlı müxtəlif tarixi mülahizələr mövcuddur. Süleyman peyğəmbərin dövründən başlayaraq XVIII-XIX əsrlərə qədər müxtəlif zaman kəsiyində bu ölkəyə yəhudi miqrasiyasının davam etməsi haqqında fundamental akademik araşdırmalar var. Təbii ki, köklü mədəniyyətə malik Hindistanda əsrlərlə yaşayıb yerli təsirlərə məruz qalmamaq qeyri-mümkün idi. Məhz buna görə də, bu gün bir çox Hindistan yəhudisini antropoloji görünüşünə və mədəni vərdişlərinə görə yerli hindlilərdən ayırmaq olduqca çətindir.​Hətta Hindistanda məskunlaşan yəhudilər yerli kasta iyerarxiyasını da mənimsəyərək, öz aralarında...

27 Aprel 2026, 12:03

Tarixi xilasın üç rəngi: cəsarət, uzaqgörənlik və strateji zəka

Taşenyov, Əliyev və Nazarbayev üçlüyünün Qazaxıstan ssenarisi...“Tarix o kəsləri unutmur ki, onlar imperiyaların ən qüdrətli vaxtında millətin gələcəyi üçün riskə getməyi bacarıblar!” - Heydər Əliyev Taşenyov haqqında Tarix heç vaxt quru faktlardan ibarət olmayıb. Ona analitik baxış bucağından qiymət versək, böyük şəxsiyyətlərin iradəsi və cəsarətilə yazıldığını görə bilərik. Tarix - onu öz cəsarətli addımları ilə yazan şəxsiyyətləri heç vaxt unutmur. Tarix o kəsləri unutmur ki, onlar imperiyaların ən qüdrətli vaxtında millətin gələcəyi üçün riskə getməyi bacarıblar. Belə tarixi şəxsiyyətlərdən üç nəhəng isim haqqında sizə danışmaq istəyirəm - Jumabek Axmetoviç Taşenyov, Heydər Əlirza oğlu Əliyev və Nursultan Abişulı Nazarbayev! Müasir Qazaxıstan bu...

27 Aprel 2026, 11:35

Olimpiya gimnastikasını dəyişən və sonradan qadağan edilən hərəkət  

1972-ci ildə Münhen Olimpiya Oyunlarında Sovet İttifaqını təmsil edən gimnast Olqa Korbut dünya idman tarixində böyük səs-küyə səbəb olan çıxışı ilə yadda qaldı.Citypost.az xəbər verir ki, 17 yaşlı idmançı asimmetrik turniklərdə icra etdiyi və sonradan “Korbut salto” kimi tanınan təhlükəli geriyə salto hərəkəti ilə tamaşaçıları heyrətləndirdi. Bu element o dövr üçün tamamilə yeni və son dərəcə riskli sayılırdı.Korbutun çıxışı gimnastikanın estetik və texniki inkişafına böyük təsir göstərsə də, hərəkətin yüksək risk dərəcəsi səbəbindən sonradan beynəlxalq gimnastika qaydalarında qadağan edildiyi bildirilir.Olqa Korbut ümumilikdə Olimpiya Oyunlarında 4 medal (2 qızıl, 2 gümüş) qazanıb və ikiqat dünya çempionu kimi idman tarixində xüsusi yer...

23 Aprel 2026, 11:15

Sittüş-Şam Xədicə xanım: Səlahəddin Əyyubinin bacısı, yoxsa arvadı?  

Son günlər sosial mediada və bəzi tarixi məqalələrdə Xədicə (Sittüş-Şam) xanımın Səlahəddin Əyyubinin həyat yoldaşı kimi təqdim edilməsi yayılıb. Bu, ciddi tarixi yanlışlıqdır. Xədicə xanım Səlahəddinin arvadı deyil, doğma bacısı idi.Bəlkə də bu qarışıqlıq ondan qaynaqlanır ki, Sittüş-Şam dövlət işlərində o qədər nüfuzlu və güclü olub ki, insanlar onu sultanın xanımı zənn ediblər. Halbuki o, Səlahəddinin ən çox hörmət etdiyi, ən çətin anlarda – istər daxili çəkişmələr, istərsə də Səlib yürüşləri zamanı – məsləhətləşdiyi bacısı idi.Səlahəddinin ən məşhur həyat yoldaşı isə İsməddin Xatun (Nurəddin Zənginin dul xanımı) olub. İsməddin Xatun da xeyriyyəçiliyi ilə tanındığından, bəzən xalq arasında bu iki böyük...

23 Aprel 2026, 10:27

Sükanı 9 və 3 qaydası niyə vacibdir?  

Sükanı 9 və 3 istiqamətində tutmağın səbəbləri və təhlükəsiz sürücülük prinsipiCitypost.az-ın məlumatına görə, Sürücülük üzrə mütəxəssislərin izahına görə, sükanın “9 və 3” (saat analoqu ilə) vəziyyətində tutulması həm idarəetmə, həm də təhlükəsizlik baxımından ən düzgün üsullardan biridir.Əvvəla, bu mövqe sükanın daha rahat və balanslı şəkildə idarə olunmasına imkan yaradır. Sürücü sükanı çevirməyi daha tez və nəzarətli şəkildə həyata keçirə bilir.İkinci mühüm səbəb təhlükəsizlik elementləri ilə bağlıdır. Müasir avtomobillərdə hava yastığı (airbag) sistemləri sükanın mərkəzində yerləşir və qəza zamanı yüksək sürətlə açılır. Yanlış əl mövqeyi, xüsusilə sükanın yuxarı hissəsində tutulması, açılan hava yastığının zərbəsini birbaşa qollara və üz nahiyəsinə yönəldə bilər...

22 Aprel 2026, 11:12

“Vəhşi at effekti” nədir? – psixologiyada emosional reaksiyaların rolu  

Psixologiyada “vəhşi at effekti” adlandırılan yanaşma insanın hadisəyə verdiyi emosional reaksiyanın problemin özündən daha təhlükəli ola biləcəyini izah edən metaforik anlayışdır.Citypost.az xəbər verir ki, bu modeldə əsas fikir ondan ibarətdir ki, kiçik bir problem təkbaşına ciddi nəticə yaratmaya bilər, lakin insanın ona göstərdiyi güclü emosional reaksiya vəziyyəti daha da ağırlaşdıra bilər. Yəni əsl risk hadisənin özü deyil, onun yaratdığı daxili gərginlik və idarə olunmayan emosiyalardır.Psixoloqlar bildirirlər ki, bu hal gündəlik həyatda stress, qəzəb və narahatlıq kimi emosiyaların düzgün idarə olunmaması ilə özünü göstərir. İnsan hadisəyə nə qədər impulsiv reaksiya verirsə, psixoloji yüklənmə də bir o qədər artır.Mütəxəssislərə görə, emosional yetkinlik...

22 Aprel 2026, 10:53