Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib
Cəmiyyət 28 Aprel 2026, 14:02
341
Prezident İlham Əliyev sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Citypost.az xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:
Abbasova Şənay Cəlaləddin qızı
Ağamirov İlkin Musa oğlu
Allahverdi Bəxtiyar Adil oğlu
Babaşov Nemət Adışirin oğlu
Bayramov Mübariz Xanlar oğlu
Bəşirov Səhliyalı Vahid oğlu
Əliyev Əli Vəli oğlu
Əliyev Vaqif Əli oğlu
Hacıyev Rauf Akif oğlu
Hüseynov Bəxtiyar Niyazi oğlu
Hüseynova Samirə Atamalı qızı
Həmçinin oxuyun
İlyas Emin Firudin oğlu
Krimpe Jana
Qasımov İsrafil Məmməd oğlu
Qəfərova Rəna Əbülfəz qızı
Məmmədov Muxtər Bilal oğlu
Məmmədova Rəna Müzəffər qızı
Mənsimov Elnur Ataş oğlu
Nurəliyev Nurlan İbadulla oğlu
Taşbağ Necmeddin
Van Ciyi
Vəliyev Ceyhun Əjdər oğlu.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Memarlıq və İnşaat Universitetinin həyətində taxta tullantıları yanıb
Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1 saylı tədris binasının həyətində yanğın baş verib.Bu barədə Citypost.az-a Memarlıq və İnşaat Universitetinin Mətbuat xidimətinin rəhbəri Nicat Abdullayev bildirib.Onun sözlərinə görə, universitetin binasına tüstü yayılıb: “Ona görə binadakı bütün tələbələr, əməkdaşlar və müəllimlər təxliyə olunub. Yanğın Fövqaladə Hallar Nazirliyinin yağınsöndürmə birqadaları tərəfindən söndürülüb, ərazi tamamilə nəzarətə götürülüb. Yanğın zamanı xəsarət alan olmayıb”.
28 Aprel 2026, 15:31
Bakıda güclü külək səbəbindən 34 ağac aşıb
Bakıda müşahidə olunan güclü külək nəticəsində 34 ağac aşıb.Bu barədə Citypost.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.Bildirilib ki, son iki gün ərzində güclü küləklə əlaqədar ağac aşması barədə qurumun qaynar xəttinə ümumilikdə 34 müraciət daxil olub. Hazırda paytaxtın müxtəlif ərazilərində təmizlənmə işləri aparılır."Baş verən ağac aşmaları və budaqların qırılması halları ilə bağlı operativ tədbirlər həyata keçirilir", - məlumatda vurğulanıb.
28 Aprel 2026, 15:25
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətə qaytarılıb
Küləkli hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.
28 Aprel 2026, 15:15
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev aprelin 28-də Qəbələdə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin Dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev strateji tərəfdaşlığa əsaslanan ikitərəfli əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini deyərək, bu xüsusda Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə dostluq münasibətlərinə toxundu.Dövlət başçısı özünün Birləşmiş Ərəb Əmirliklərinə, Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın isə Azərbaycana, o cümlədən Qarabağa səfərlərini, həmçinin bu səfərlər zamanı aparılmış müzakirələri məmnunluqla xatırladı, bütün bunların əlaqələrimizin genişləndirilməsində mühüm rol oynadığını vurğuladı.Prezident İlham Əliyev Səid bin Mübarək Əl-Hacirinin Azərbaycana böyük nümayəndə heyəti...
28 Aprel 2026, 14:20
İqtisadiyyat Nazirliyinə və "ASAN Xidmət"ə yeni səlahiyyət verilib
Prezident İlham Əliyev "Dövlət xidmətləri haqqında" 31 oktyabr 2025-ci il tarixli qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə 3 dekabr 2025-ci il tarixli fərmanında dəyişiklik edib.Citypost.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.Fərmana əsasən, İqtisadiyyat Nazirliyinə və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ("ASAN Xidmət") yeni səlahiyyət verilib.Belə ki, dövlət xidmətinin istifadəçisi üçün vahid hüquqi nəticənin yaranmasına səbəb olan hər hansı bir inzibati icraat fərqli xidmət təminatçıları tərəfindən təmin edilən bir neçə dövlət xidmətindən ibarətdirsə, həmin dövlət xidmətləri İqtisadiyyat Nazirliyi, vahid xidmət mərkəzlərində isə "ASAN Xidmət" tərəfindən əlaqələndirilməklə formalaşdırılmalıdır.Eyni...
28 Aprel 2026, 14:00
Buryatiyada mədən fəhlələri uçqun altında qalıblar
Buryatiyadakı (Rusiya) “İrokinda” mədənində altı nəfərin uçqun altında qaldığı bildirilir.AZƏRTAC Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, hadisə zamanı doqquz fəhlə xidməti yolu təmizləyirdi. Onlardan üç nəfər özləri xilas ola bilib. Axtarış-xilasetmə əməliyyatları aparmaq üçün hadisə yerinə xilasediciləri daşıyan Mi-8 helikopteri göndərilib.İnsidentlə bağlı cinayət işi açılıb.
28 Aprel 2026, 13:44