İran ŞƏT ölkələri ilə hərbi sahədə təcrübəsini bölüşməyə hazırdır
Dünya 28 Aprel 2026, 12:40
379
İran hərbi imkanlarını "müstəqil ölkələrlə", xüsusilə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzvləri ilə bölüşməyə hazırdır.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu İranın müdafiə nazirinin müavini Rza Talei-Nik Bişkekdə ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin müşavirəsində çıxışı zamanı bəyan edib.
"Biz təcrübəmizi təşkilatın digər üzvləri ilə bölüşməyə hazırıq", - o bildirib.
Həmçinin oxuyun
Agentlik qeyd edir ki, İran fevralın 28-dən etibarən apardığı hərbi əməliyyatlar zamanı ABŞ-nin hərbi bazalarına pilotsuz uçuş aparatları və raketlərlə zərbələr endirib, həmçinin öz hava məkanında Birləşmiş Ştatların uçuş aparatlarını vurub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Hörmüz boğazından son 2 ayda ilk LNG tankeri keçib
Hörmüz boğazından son iki ay ərzində ilk dəfə mayeləşdirilmiş təbii qaz (LNG) daşınması həyata keçirilib.AZƏRTAC xəbər verir ki, gəmi izləmə məlumatlarına görə, Birləşmiş Ərəb Əmirliklərinin Das adasında martın əvvəlində yükləmə edən “Mubaraz” adlı LNG tankeri blokadanı keçərək Hindistanın cənub sahillərinə çatıb.Tanker martın əvvəlində yükləməsini tamamladıqdan sonra bir müddət körfəzdə gözləyib, martın 31-də isə transponder siqnalları göndərməyi dayandırıb. Təxminən 4 həftə radar altında hərəkət edən tanker aprelin 27-də Hindistanın qərbində yenidən siqnal verərək təhlükəsiz sulara çatdığını təsdiqləyib. Tankerin hazırkı marşrutu Çindəki terminaladır və yükün mayın 15-də təyinat yerinə çatacağı gözlənilir.Mütəxəssislər qeyd edirlər ki, Hörmüz boğazı kimi yüksək riskli ərazilərdə gəmilərin yerlərinin...
28 Aprel 2026, 14:16
Yanacaq böhranı Avropanın maliyyə resurslarını azaldır
Bu gün dünya enerji bazarında neft növbəti dəfə bahalaşaraq 110 dollara yaxınlaşıb. Artım ilə əlaqədar olaraq Avropa və ABŞ-də benzinin və digər neft məhsullarının qiymətində də artım müşahidə edilir.AZƏRTAC xəbər verir ki, bu gün səhər London birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 2,75 faiz artaraq 109,52, Nyu-York birjasında WTI markalı neftin 1 barelinin qiyməti 2,1 faiz artaraq 97.52 dollara çatıb. Azərbaycanın “Azeri Light” markalı neftin 1 bareli isə 113,85 dollara satılır.ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazını açmaq üçün irəli sürdüyü təklifi qəbul etməyib.“The New York Times” qəzetinin analitik məqaləsində deyilir ki, ABŞ Prezidenti İranın heç bir təklifini qəbul...
28 Aprel 2026, 14:11
Ufa meri saxlanılıb
Başqırdıstanın paytaxtı Ufa şəhərinin meri Ratmir Mavliyev saxlanılıb.APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları onu dindirmək üçün İstintaq Komitəsinə aparıblar.Merlə bərabər administrasiya rəhbərinin müavini və daha iki nəfər saxlanılıb.Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər.
28 Aprel 2026, 14:00
Qazaxıstanda süni intellekt insultdan ölüm hallarını azaldır
Qazaxıstanda tətbiq olunan süni intellekt sistemi insultdan ölüm hallarını 40 faiz azaldıb.AZƏRTAC Qazaxıstanın “Kazinform” informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini – rəqəmsal inkişaf naziri Jaslan Madiyev hökumətin iclasında məlumat verib.Bildirilib ki, “Cerebra” süni intellekt sistemi kompüter tomoqrafiyası nəticələrini qısa müddətdə təhlil edərək insult diaqnozunun sürətini və dəqiqliyini artırır.Sistem paytaxt Astana şəhəri ilə yanaşı, bir sıra vilayətlərdə də tətbiq olunur. 2025-ci il sentyabrın 1-dən etibarən 7600-dən çox xəstənin məlumatları təhlil edilib, nəticədə ölüm halları 40 faiz azalıb, vaxtında müalicə alanların sayı isə əhəmiyyətli dərəcədə artıb. ...
28 Aprel 2026, 13:50
Trampın oğlu dördgünlük səfərlə Cənubi Koreyadadır
ABŞ Prezidenti Donald Trampın oğlu - kiçik Donald Tramp Cənubi Koreyaya elan olunmamış səfər edib."Report" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi mənbələrə istinadən məlumat yayıb.Bildirilib ki, kiçik Trampın səfəri dörd gün davam edəcək. Səfərin məqsədi də daxil olmaqla, digər təfərrüatlar hələ ki açıqlanmır.Qeyd edilib ki, Tramp əvvəl artıq Koreyaya səfər etmişdi. Ötən ilin aprelində o, yerli biznesin onlarla nümayəndəsi ilə görüşmüşdü....
28 Aprel 2026, 13:37
Rusiya “Cermuk”un satışını dayandırdı
Rusiyada dövlətin “Çestnıy znak” markalama sistemi Ermənistan istehsalı olan “Cermuk” mineral suyunun bir partiyasının satışını dayandırıb.Modern.az xəbər verir ki, bu barədə "RBK" nəşri məlumat yayıb.Bildirilib ki, Perspektiv Texnologiyaların İnkişafı Mərkəzinin (markalama sisteminin operatoru-red.) baş direktorunun müavini Revaz Yusupovun sözlərinə görə, dövriyyədə olan 338 min şüşə qablaşdırılmış su hazırda bloklanıb və yoxlamalar başa çatana qədər satışa buraxılmayacaq.Məhsulun dövriyyədən çıxarılmasına səbəb Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Xidmətinin göndərdiyi məktub olub. Qurum mümkün risklərin qarşısını almaq üçün vətəndaşların həyat və sağlamlığına zərər vurulmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsini tələb edib.Bloklamanın səbəbi kimi məcburi tələblərin pozulması göstərilib.Qadağa 17 fevral 2026-cı...
28 Aprel 2026, 13:33