Buryatiyada mədən fəhlələri uçqun altında qalıblar
Cəmiyyət 28 Aprel 2026, 13:44
294
Buryatiyadakı (Rusiya) “İrokinda” mədənində altı nəfərin uçqun altında qaldığı bildirilir.
AZƏRTAC Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, hadisə zamanı doqquz fəhlə xidməti yolu təmizləyirdi. Onlardan üç nəfər özləri xilas ola bilib. Axtarış-xilasetmə əməliyyatları aparmaq üçün hadisə yerinə xilasediciləri daşıyan Mi-8 helikopteri göndərilib.
Həmçinin oxuyun
İnsidentlə bağlı cinayət işi açılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev aprelin 28-də Qəbələdə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin Dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev strateji tərəfdaşlığa əsaslanan ikitərəfli əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini deyərək, bu xüsusda Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə dostluq münasibətlərinə toxundu.Dövlət başçısı özünün Birləşmiş Ərəb Əmirliklərinə, Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın isə Azərbaycana, o cümlədən Qarabağa səfərlərini, həmçinin bu səfərlər zamanı aparılmış müzakirələri məmnunluqla xatırladı, bütün bunların əlaqələrimizin genişləndirilməsində mühüm rol oynadığını vurğuladı.Prezident İlham Əliyev Səid bin Mübarək Əl-Hacirinin Azərbaycana böyük nümayəndə heyəti...
28 Aprel 2026, 14:20
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib
Prezident İlham Əliyev sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.Citypost.az xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:Abbasova Şənay Cəlaləddin qızıAğamirov İlkin Musa oğluAllahverdi Bəxtiyar Adil oğluBabaşov Nemət Adışirin oğluBayramov Mübariz Xanlar oğluBəşirov Səhliyalı Vahid oğluƏliyev Əli Vəli oğluƏliyev Vaqif Əli oğluHacıyev Rauf Akif oğluHüseynov Bəxtiyar Niyazi oğluHüseynova Samirə Atamalı qızıİlyas Emin Firudin oğluKrimpe JanaQasımov İsrafil Məmməd oğluQəfərova Rəna Əbülfəz qızıMəmmədov Muxtər Bilal oğluMəmmədova Rəna Müzəffər qızıMənsimov Elnur Ataş oğluNurəliyev Nurlan İbadulla oğluTaşbağ NecmeddinVan CiyiVəliyev Ceyhun Əjdər oğlu....
28 Aprel 2026, 14:02
İqtisadiyyat Nazirliyinə və "ASAN Xidmət"ə yeni səlahiyyət verilib
Prezident İlham Əliyev "Dövlət xidmətləri haqqında" 31 oktyabr 2025-ci il tarixli qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə 3 dekabr 2025-ci il tarixli fərmanında dəyişiklik edib.Citypost.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.Fərmana əsasən, İqtisadiyyat Nazirliyinə və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ("ASAN Xidmət") yeni səlahiyyət verilib.Belə ki, dövlət xidmətinin istifadəçisi üçün vahid hüquqi nəticənin yaranmasına səbəb olan hər hansı bir inzibati icraat fərqli xidmət təminatçıları tərəfindən təmin edilən bir neçə dövlət xidmətindən ibarətdirsə, həmin dövlət xidmətləri İqtisadiyyat Nazirliyi, vahid xidmət mərkəzlərində isə "ASAN Xidmət" tərəfindən əlaqələndirilməklə formalaşdırılmalıdır.Eyni...
28 Aprel 2026, 14:00
Akademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib
Akademik Zərifə Əliyevanın 103 illiyinə və Milli Oftalmologiya Mərkəzinin 80 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib."Report" xəbər verir ki, tədbirdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri, ölkənin müxtəlif bölgələrindən olan oftalmoloqlar və alimlər elmi məruzələrlə çıxış ediblər.Konfransa həmçinin Türkiyə, Rusiya, İtaliya, Özbəkistan və digər ölkələrdən ümumilikdə 300-ə yaxın tanınmış mütəxəssis qatılıb.Tədbir çərçivəsində səhiyyə naziri Teymur Musayev son illərdə Mərkəzdə həyata keçirilən fəaliyyətlər barədə fikirlərini bölüşüb:"Ötən il ilk dəfə yerli meyit donordan gözün buynuz qişası transplantasiya edilib. Bu gün artıq biz Göz Bankının birgə açılışını edəcəyik. Təbii ki, bu uğurlar Mərkəzdə peşəkar idarəetmədən, ciddi yüksəkixtisaslı kadr potensialından və...
28 Aprel 2026, 13:41
Azərbaycanlı şagird dünya birincisi oldu
Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Nəsib Yusifov böyük uğura imza atıb.Modern.az xəbər verir ki, 2026 TR-YÖS/1 imtahanının nəticələrinə əsasən, dünya üzrə 7 765 nəfərin iştirak etdiyi imtahanda Bakı Türk Liseyinin 11-ci sinif şagirdi Nəsib Yusifov 500 tam bal toplayaraq dünya birincisi olub.Nəsib Yusifovun adı rəqabətli beynəlxalq imtahanda maksimum nəticə göstərən şagird kimi Bakı Türk Liseyinin tarixinə yazılıb.Bakı Türk Liseyinin bu günə qədər 12 şagirdi 2023-cü ildən etibarən keçirilən TR-YÖS imtahanlarında 500 tam bal toplayaraq dünya birincisi olub....
28 Aprel 2026, 13:26
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 2 və 3 may tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.Bu barədə Citypost.az səhmdar cəmiyyətindən bildirilib.Vurğulanıb ki, sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur....
28 Aprel 2026, 13:23