Bizə yazın

Baku

-°C

USD

-

Prezident sel və daşqınların təhlükəli və zərərli təsirləri ilə mübarizə üçün 85 mln. manat vəsait ayırıb 

Cəmiyyət 28 Aprel 2026, 12:05

375

Prezident İlham Əliyev sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Citypost.az-ın xəbərinə görə, Sərəncamda bildirilir ki, cari ilin mart–aprel ayları ərzində güclü leysan yağışları və yaranan sel suları Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində ciddi dağıntılara səbəb olmuş, kənd təsərrüfatına, infrastruktur (yol, körpü, elektrik) obyektlərinə və yaşayış evlərinə ciddi ziyan vurmuşdur. Aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən mövcud vəziyyətin təhlili aparılaraq, operativ və təxirəsalınmaz tədbirlər nəticəsində fəsadların aradan qaldırılması istiqamətində əməli işlər görülmüş, su basmış ərazilərdən suların çəkilməsi, sel və daşqın sularının maneəsiz ötürülməsi, əhalinin təxliyəsi və təhlükəsizliyi təmin edilmiş, infrastrukturun bərpası və təmir-tikinti işləri həyata keçirilib.

Sərəncama əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələ­cəkdə analoji halların təkrarlanmaması üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan bu Sərəncama Əlavədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün ümumilikdə 85 milyon 869 min 260 manat, o cümlədən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 8 milyon 876 min 210 manat, Bakı Şəhər İcra Hakimiyyətinə 1 milyon 437 min 315 manat, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə 21 milyon 443 min 875 manat, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 39 milyon 103 min 600 manat və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon 8 min 260 manat vəsait ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Buryatiyada mədən fəhlələri uçqun altında qalıblar 

Buryatiyadakı (Rusiya) “İrokinda” mədənində altı nəfərin uçqun altında qaldığı bildirilir.AZƏRTAC Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, hadisə zamanı doqquz fəhlə xidməti yolu təmizləyirdi. Onlardan üç nəfər özləri xilas ola bilib. Axtarış-xilasetmə əməliyyatları aparmaq üçün hadisə yerinə xilasediciləri daşıyan Mi-8 helikopteri göndərilib.İnsidentlə bağlı cinayət işi açılıb.

28 Aprel 2026, 13:44

Akademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib 

Akademik Zərifə Əliyevanın 103 illiyinə və Milli Oftalmologiya Mərkəzinin 80 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib."Report" xəbər verir ki, tədbirdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri, ölkənin müxtəlif bölgələrindən olan oftalmoloqlar və alimlər elmi məruzələrlə çıxış ediblər.Konfransa həmçinin Türkiyə, Rusiya, İtaliya, Özbəkistan və digər ölkələrdən ümumilikdə 300-ə yaxın tanınmış mütəxəssis qatılıb.Tədbir çərçivəsində səhiyyə naziri Teymur Musayev son illərdə Mərkəzdə həyata keçirilən fəaliyyətlər barədə fikirlərini bölüşüb:"Ötən il ilk dəfə yerli meyit donordan gözün buynuz qişası transplantasiya edilib. Bu gün artıq biz Göz Bankının birgə açılışını edəcəyik. Təbii ki, bu uğurlar Mərkəzdə peşəkar idarəetmədən, ciddi yüksəkixtisaslı kadr potensialından və...

28 Aprel 2026, 13:41

Azərbaycanlı şagird dünya birincisi oldu 

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Nəsib Yusifov böyük uğura imza atıb.Modern.az xəbər verir ki, 2026 TR-YÖS/1 imtahanının nəticələrinə əsasən, dünya üzrə 7 765 nəfərin iştirak etdiyi imtahanda Bakı Türk Liseyinin 11-ci sinif şagirdi Nəsib Yusifov 500 tam bal toplayaraq dünya birincisi olub.Nəsib Yusifovun adı rəqabətli beynəlxalq imtahanda maksimum nəticə göstərən şagird kimi Bakı Türk Liseyinin tarixinə yazılıb.Bakı Türk Liseyinin bu günə qədər 12 şagirdi 2023-cü ildən etibarən keçirilən TR-YÖS imtahanlarında 500 tam bal toplayaraq dünya birincisi olub....

28 Aprel 2026, 13:26

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib 

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 2 və 3 may tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.Bu barədə Citypost.az  səhmdar cəmiyyətindən bildirilib.Vurğulanıb ki, sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur....

28 Aprel 2026, 13:23

Elçin Əmirbəyov Vatikanda rəsmi şəxslərlə görüşlər keçirib 

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Vatikana işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın Vatikandakı səfirliyi "X" hesabında paylaşım edib.Məlumata görə, E.Əmirbəyov Müqəddəs Taxt-Tacın Dövlət katibi (Baş nazir), kardinal Pietro Parolin və Dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katib (xarici işlər naziri), arxiyepiskop Paul Richard Gallagher ilə danışıqlar aparıb.Müzakirələr Azərbaycan-Vatikan dövlətlərarası münasibətlərinə və bu münasibətlərin siyasi və humanitar sahələrdə uğurlu inkişafına həsr olunub.Eləcə də Cənubi Qafqazda sülh və rifah perspektivlərinə, regional təhlükəsizlik məsələlərinə və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında müzakirələr aparılıb....

28 Aprel 2026, 13:11

Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib 

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.İdarədən Citypost.az-a verilən məlumata görə, hazırda respublikanın bir sıra bölgələrində külək və yağışla müşahidə olunan qeyri-sabit hava şəraitinin qarşıdakı iki gün ərzində də davam edəcəyi gözlənilir.Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar baş verə biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.Bildirilib ki, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər."Ayrı-ayrı bölgələrdə...

28 Aprel 2026, 13:07