Şəmkirdə 28 qoyun yanaraq tələf olub
Hadisə 28 Aprel 2026, 13:56
282
Şəmkir rayonunun Sabirkənd kəndində tövlə yanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, yanğın kənd sakini Telman Əliyevə məxsus, sahəsi 60 kvadratmetr olan tövlədə baş verib.
Daha sonra alov yaxınlıqda yerləşən, Fərqanə Məmmədovaya məxsus tövləyə də keçib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri alovu söndürüblər.
Yanğın nəticəsində Telman Əliyevə məxsus tövlə tamamilə yanıb. Tikilidə olan 30-a yaxın qoyundan 28-i yanaraq tələf olub.
Həmçinin oxuyun
Həmçinin, alovun keçdiyi Fərqanə Məmmədovaya məxsus, sahəsi 70 kvadratmetr olan tövlənin yanar konstruksiyaları da yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. Təsərrüfat sahiblərinə ciddi maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Abşeronda 40 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
Abşeron rayonu ərazisində yerləşən evlərin birindən 40 min manat dəyərində inşaat materialları, kombi aparatı və avtomobil ehtiyat hissələri oğurlanıb.Bu barədə Citypost.az Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 38 yaşlı R.Mahmudov müəyyən edilərək saxlanılıb. Onun taladığı əşyaların bir qismini satdığı məlum olub.Araşdırma aparılır.
28 Aprel 2026, 12:16
Cəliləbadda məktəblini maşın vurub öldürüb
Cəlilabadda 13 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb.Modern.az xəbər verir ki, 1970-ci il təvəllüdlü Yarməmmədov Həmid Edison oğlu idarə etdiyi "VAZ 21043" minik markalı avtomobillə Üçtəpə kəndindən Təzəkənd kəndi istiqamətində hərəkətdə olarkən 2013-cü il təvəllüdlü Zamanov Murad Möhübbət oğlunu vurub.Yeniyetmə aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.Faktla bağlı araşdırma aparılır.
28 Aprel 2026, 09:52
Sumqayıtda zəncirvari qəza olub, xəsarət alanlar var
Sumqayıt şəhərində dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib."Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb."Ford" markalı yük avtomobili ilə "Changan", "Mazda" və "Lada" markalı minik maşınlarının toqquşması nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.Hadisə zamanı xəsarət alanların olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.
27 Aprel 2026, 15:02
Bu ilin 3 ayı ərzində 43 piyadanı avtomobil vurub, 21-i ölüb
Bu ilin 3 ayı ərzində paytaxt yollarında qeydə alınan 68 yol-nəqliyyat hadisəsinin 43 piyada vurulması ilə bağlı olub.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən məlumat verilib.Bildirilib ki, nəticədə 21 piyada ölüb, 22-i isə xəsarət alıb.
27 Aprel 2026, 14:35
Ağcabədidə iki nəfər öldürülüb
Aprelin 26-da Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakinləri 1996-cı il təvəllüdlü Şaiq Mamedov və 1989-cu il təvəllüdlü Həsən Mamedovun öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.Citypost.az xəbər verir ki, bu barədə Ağcabədi rayon prokurorluğu məlumat yayıb.İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Əliniyaz Əliyevin şəxsi münasibətlər zəminində bıçaqla xəsarətlər yetirərək Şaiq Mamedov və Həsən Mamedovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.Əliniyaz Əliyev iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.Hazırda ibtidai istintaq davam etdirilir....
27 Aprel 2026, 12:26
Ağdaşda 68 yaşlı kişi kafedə vəfat etdi
Ağdaş rayonunda 68 yaşlı kişi kafedə ölüb.Modern.az-ın məlumatına görə, hadisə rayonun Ləki qəsəbəsi ərazisindəki kafedə baş verib.Qəsəbə sakini, 1958-ci il təvəllüdlü Rəfael Əzizov kafedə spirtli içki qəbul edəndən sonra qəfil halı pisləşib. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.Faktla bağlı araşdırma aparılır.
27 Aprel 2026, 10:25