Bizə yazın

Baku

-°C

USD

-

WUF13 çərçivəsində Bakıda müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək 

Cəmiyyət 04 May 2026, 16:42

444

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Bakının bir sıra küçə və prospektlərində müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək.

Bu barədə Citypost.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, müvəqqəti xüsusi hərəkət zolaqları Heydər Əliyev prospekti - Aerport şosesi, Abbasqulu ağa Bakıxanov, Mehdi Abbasov, Mikayıl Əliyev, Yusif Səfərov, Mikayıl Müşfiq küçələrində yaradılacaq.

Bu zolaqlar müvafiq yol nişanı quraşdırıldıqdan sonra qüvvədə olacaq. Yəni nişan olmadığı müddətdə bütün nəqliyyat vasitələri zolaqdan istifadə edə bilər.

Xatırladaq ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. İndiyədək forumda iştirak etmək üçün dünyanın müxtəlif ölkəsindən 20 min nəfərdən çox şəxs qeydiyyatdan keçib. Bu mötəbər tədbir Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində təşkil olunur. Forumun əsas məqsədi dayanıqlı şəhərsalma, "ağıllı şəhər"lər və innovativ şəhər həlləri sahəsində qlobal təcrübələrin mübadiləsini təmin etməkdir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Yaponiya yaxın 2 ildə ADB-nin Direktorlar Şurasına sədrlik edəcək 

Yaponiya 2026-2027-ci illərdə Asiya İnkişaf Bankının (ADB) Direktorlar Şurasına sədrlik edəcək."Report"un Səmərqəndə ezam olunmuş müxbirinin məlumatına görə, bunu Şuranın sədri, Özbəkistan Baş nazirinin müavini Cəmşid Xocayev ADB-nin 59-cu illik iclasının işgüzar sessiyasında bildirib."Yaponiyadan olan idarəedici 2026-2027-ci illər üçün Direktorlar Şurasının sədri, Almaniya və Timor-Leştidən olan idarəedicilər isə 60-cı illik toplantının başa çatmasına qədər olan müddətə onun müavinləri vəzifəsinə təsdiq olunur. Həmkarlarımı bu vəzifələrə təyinatları münasibətilə təbrik edirəm", - o vurğulayıb.Yaponiyadan olan idarəedici ölkənin maliyyə naziri, maliyyə xidmətləri üzrə dövlət naziri, vergitutma və subsidiyalar sahəsində xüsusi tədbirlərin yenidən nəzərdən keçirilməsinə görə məsul olan nazir Satsuki Katayamadır. Almaniya üzrə bu vəzifələri Federal...

04 May 2026, 17:58

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu 

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub."Unikal"ın məlumatına görə, Rusiya ordusunun sıralarında döyüşə qatılan Mirsahib Azadov həyatını itirib.Mərhum Ucar rayonunun Müsüslü kəndində torpağa tapşırılıb.

04 May 2026, 17:51

FHN Tibb Universitetində maarifləndirmə tədbiri keçirib 

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetində maarifləndirmə tədbiri keçirilib.Citypost.az FHN-ə istinadən xəbər verir ki, “Səhiyyə müəssisələrinin yanğın təhlükəsizliyi” mövzusunda tədbirin keçirilməsində məqsəd Universitetin əməkdaşlarına və tələbələrinə fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması olub.Əvvəlcə, FHN-in əməkdaşları tərəfindən universitetin kollektivinə yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.Tədbirdə çıxış edən Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Cəmil Xudiyev səhiyyə müəssisələrində, xüsusilə xəstə və uşaqların yerləşdirildiyi otaqlarda yanğın təhlükəsizliyinin təmin edilməsinin vacibliyindən...

04 May 2026, 17:26

Hərbi prokuror Müdafiə Nazirliyinin artilleriya hərbi hissəsində oldu

Mayın 4-də Müdafiə Nazirliyinin Raket və Artilleriya Qoşunları Baş İdarəsinin “N” saylı hərbi hissəsində “Ulu Öndər irsi – dövlətçilik və ordu quruculuğunun təməli” mövzusunda tədbir keçirilib.Hərbi Prokurorluqdan Citypost.az-a verilən məlumata görə, tədbirdə Hərbi prokuror Bəhruz Əhmədov və Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxsləri iştirak ediblər.Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri dərin ehtiramla yad olunub.Tədbirdə çıxış edənlər vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müasir ordu quruculuğunun təməli qoyulub, dövlətimizin müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə gücləndirilib, nizami ordu formalaşdırılaraq Silahlı Qüvvələrin inkişafı üçün misilsiz xidmətlər göstərilib. Dahi şəxsiyyətin bizə miras qoyduğu dövlətçilik dəyərlərini yaşatmaq hər birimizin mənəvi borcudur.Daha...

04 May 2026, 17:00

Çaylardan daşqın və sel keçəcək

Mayın 5-7-də Azərbaycanın bəzi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran) yağıntının intensivləşəcəyi, 5-6-da qısa müddətə güclənəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

04 May 2026, 16:18

İlham Əliyev Azərbaycan xalçaçılarını təltif etdi

Prezident İlham Əliyev Azərbaycan xalçaçılarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.Citypost.az xəbər verir ki, Sərəncama əsasən Azərbaycanda xalçaçılıq sənətinin inkişafında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:Ağalıyeva Neva Şahpələng qızıBabayeva Aidə Elman qızıBabayeva Ceyhunə Zakir qızıEyyubova Raya Şahvələd qızıƏbilova Nazilə Əlisəfa qızıƏhmədova Şəfiqə Məzəddin qızıƏkbərova İradə Xanağa qızıƏləkbərova Vüsalə Mərifət qızıƏsgərova Kəmalə Sərdar qızıHəsənova Xaliqə Yelmar qızıHüseynova Dilşad Mahmud qızıQənbərova Nargilə Əliağa qızıQurbanova Sədaqət Əmir qızıNəsirova Jalə Abduləli qızıNuriyev Əlisafa İdris oğluÖzbəkova Gülgəz Mətləbulla qızıRəhimova Nailə Allahverdi qızıŞahmuradova Alisa Sadıq qızı....

04 May 2026, 16:06