Hərbi prokuror Müdafiə Nazirliyinin artilleriya hərbi hissəsində oldu
Cəmiyyət 04 May 2026, 17:00
277
Mayın 4-də Müdafiə Nazirliyinin Raket və Artilleriya Qoşunları Baş İdarəsinin “N” saylı hərbi hissəsində “Ulu Öndər irsi – dövlətçilik və ordu quruculuğunun təməli” mövzusunda tədbir keçirilib.
Hərbi Prokurorluqdan Citypost.az-a verilən məlumata görə, tədbirdə Hərbi prokuror Bəhruz Əhmədov və Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxsləri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri dərin ehtiramla yad olunub.
Tədbirdə çıxış edənlər vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müasir ordu quruculuğunun təməli qoyulub, dövlətimizin müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə gücləndirilib, nizami ordu formalaşdırılaraq Silahlı Qüvvələrin inkişafı üçün misilsiz xidmətlər göstərilib. Dahi şəxsiyyətin bizə miras qoyduğu dövlətçilik dəyərlərini yaşatmaq hər birimizin mənəvi borcudur.
Həmçinin oxuyun
Daha sonra çıxış edən Müdafiə Nazirliyinin Raket və Artilleriya Qoşunları Baş İdarəsinin rəisi, Raket və Artilleriya Qoşunları komandanı, general-leytenant Ağamir Sultanov artilleriyaçıların hazırlanması və peşəkarlığının artırılmasının ordu üçün ciddi strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Artilleriyaçıların 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarında göstərdikləri qəhrəmanlıqlardan bəhs edilib, ölkə rəhbərliyinin diqqət və qayğısı ilə bu sahədə görülmüş işlər barədə geniş məlumat verilib və artilleriyaçıların Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulacaq bütün əmr və tapşırıqları vaxtında yerinə yetirməyə qadir olduqları bildirilib.
Hərbi prokuror görüş zamanı hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, artilleriyaçılara nizam-intizamın artırılması ilə bağlı zəruri tövsiyə və tapşırıqlarını verib.
Tədbirin sonunda xidmətdə fərqlənən artilleriyaçılara hədiyyələr təqdim olunub və xidməti fəaliyyətdə uğurlar arzulanıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Zahid Oruc: “200 illik sükutu pozan çıxış: İrəvanda Azərbaycan liderinin tarixi mesajı”
“Avropa məkanında formalaşmaqda olan yeni siyasi reallıqların və onların Cənubi Qafqaza, xüsusilə də regionumuzun gələcəyinə təsirinin müzakirə olunduğu İrəvan Avropa Siyasi Birliyi Zirvə Toplantısı daha geniş geosiyasi proseslərin tərkib hissəsidir.İlk növbədə, platformanın mahiyyətinə diqqət yetirmək lazımdır. Avropa Siyasi Birliyi klassik mənada institusional struktur deyil, daha çox Avropa İttifaqına daxil olmayan, lakin Avropa siyasi və təhlükəsizlik arxitekturasında yer almaq istəyən ölkələrin dialoq meydanıdır. Burada həm keçmiş Şərq Tərəfdaşlığı ölkələri, həm də fərqli geosiyasi kursa malik dövlətlər təmsil olunur. Qitədə yeni əməkdaşlıq modeli formalaşır.Eyni zamanda, yeni geosiyasi birliyin yaranmasının arxasında açıq şəkildə bir strateji xətt dayanır – Rusiyanın təsir imkanlarının məhdudlaşdırılması və...
04 May 2026, 18:08
Meloni Azərbaycana rəsmi səfərə gəldi
İtaliya Respublikasının Baş naziri Corcia Meloni Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.Citypost.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.İtaliya Baş naziri Corcia Melonini hava limanında Azərbaycanın Baş nazirin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
04 May 2026, 18:00
Yaponiya yaxın 2 ildə ADB-nin Direktorlar Şurasına sədrlik edəcək
Yaponiya 2026-2027-ci illərdə Asiya İnkişaf Bankının (ADB) Direktorlar Şurasına sədrlik edəcək."Report"un Səmərqəndə ezam olunmuş müxbirinin məlumatına görə, bunu Şuranın sədri, Özbəkistan Baş nazirinin müavini Cəmşid Xocayev ADB-nin 59-cu illik iclasının işgüzar sessiyasında bildirib."Yaponiyadan olan idarəedici 2026-2027-ci illər üçün Direktorlar Şurasının sədri, Almaniya və Timor-Leştidən olan idarəedicilər isə 60-cı illik toplantının başa çatmasına qədər olan müddətə onun müavinləri vəzifəsinə təsdiq olunur. Həmkarlarımı bu vəzifələrə təyinatları münasibətilə təbrik edirəm", - o vurğulayıb.Yaponiyadan olan idarəedici ölkənin maliyyə naziri, maliyyə xidmətləri üzrə dövlət naziri, vergitutma və subsidiyalar sahəsində xüsusi tədbirlərin yenidən nəzərdən keçirilməsinə görə məsul olan nazir Satsuki Katayamadır. Almaniya üzrə bu vəzifələri Federal...
04 May 2026, 17:58
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub."Unikal"ın məlumatına görə, Rusiya ordusunun sıralarında döyüşə qatılan Mirsahib Azadov həyatını itirib.Mərhum Ucar rayonunun Müsüslü kəndində torpağa tapşırılıb.
04 May 2026, 17:51
Sahibə Qafarova Martin Çunqonqla görüşüb
Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonqla görüşüb.Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.Sahibə Qafarova PAİ-nin Milli Məclislə uğurlu əməkdaşlıq etdiyini, xüsusilə 2021-ci ildən etibarən Azərbaycan parlamenti deputatlarının PAİ-də daha da fəallaşdıqlarını və bu qurumda rəhbər vəzifələrdə təmsil olunduqlarını diqqətə çatdırıb. Spiker Milli Məclisin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə əməkdaşlığından və Baş katib Martin Çunqonqun bu əməkdaşlığa dəstək verməsindən razılıqla danışıb. Spiker həm qarşılıqlı əməkdaşlığın inkişafı baxımdan, həm də Azərbaycan və Ermənistan parlament sədrlərinin görüşlərinin təşkilində göstərdiyi səylərə görə PAİ-nin Baş katibinə minnətdarlığını bildirib. Bu...
04 May 2026, 17:41
FHN qeyri-sabit hava ilə əlaqədar müraciət edib
Fövqəladə Hallar Nazirliyi bəzi ərazilərdə gözlənilən yağıntılı və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.Citypost.az FHN-ə istinadən xəbər verir ki, müraciətdə deyilir:"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mayın 7-nə kimi ayrı-ayrı rayonlarda intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və bir sıra ərazilərdə arabir güclü külək əsəcəyi proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır. Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq...
04 May 2026, 17:36