Bizə yazın

Baku

-°C

USD

-

Lənkəranın bu kəndlərində işıq olmayacaq 

Cəmiyyət 08 May 2026, 09:46

312

Bu gün Lənkəran rayonunun bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Citypost.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq "Separadi" və "Sinovli" hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Separadi, saat 13:00-dan 15:30-dək Sinovli, Tükəvilə kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Naxçıvanda bu ayın pensiyaları ödənilib 

Naxçıvanda may ayının pensiya ödənişləri başa çatdırılıb."Report"un yerli bürosunun məlumatına görə, ödənişlər Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilib.

08 May 2026, 10:19

Elçin Hüseynbəyli Azər Həsrətə dəstək verdi: “Tarixi həqiqətlər təhrif edilməməlidir”

Əməkdar incəsənət xadimi, yazıçı Elçin Hüseynbəyli həmkarı, Əməkdar jurnalist və siyasi ekspert Azər Həsrətə qarşı aparılan kampaniyaya münasibət bildirib.Citypost. az xəbər verir ki, Yazıçı sosial şəbəkə paylaşımında Azər Həsrətə qarşı yönələn tənqidləri və ona qoşulanları kəskin şəkildə qınadığını qeyd edib. O, Həsrətin çıxışlarının yanlış təqdim olunduğunu və tarixi faktların təhrif edilməsinə qarşı çıxdığını vurğulayıb.Elçin Hüseynbəyli bildirib ki, türk xalqlarının İslamdan əvvəlki dövrü tarixən mövcud olub və Göytürklərin inanc sistemi, köçəri həyat tərzi və mədəni ənənələri elmi mənbələrdə geniş şəkildə yer alır.O, həmçinin qeyd edib ki, İslamın sonradan türk xalqları tərəfindən qəbul edildiyini və bunun tarixi reallıq olduğunu vurğulayıb. Yazıçı əlavə...

08 May 2026, 10:07

Ronen Krausz Albert Aqarunovun məzarını ziyarət edib 

İsrailin Azərbaycandakı səfiri Ronen Krausz Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət edib.Citypost.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesablarında paylaşım edilib.Səfir Ronen Krausz və missiya rəhbərinin müavini Aviv Zell məzarın önünə gül dəstələri qoyublar."Bu gün Azərbaycanın Milli Qəhrəmanı və yəhudi icmasının nümayəndəsi olan Albert Aqarunovun döyüşdə şəhid olduğu günün ildönümüdür. Albert Aqarunovun cəsarəti, Azərbaycana sədaqəti və Vətənin müdafiəsi uğrunda etdiyi ən ali fədakarlıq dərin ehtiramla xatırlanır və böyük hörmətlə anılır. Onun həyatı və qəhrəmanlığı cəsarətin, sədaqətin və Vətənə bağlılığın nümunəsi olaraq qalır", - paylaşımda qeyd olunub.Bu gün Azərbaycanın Milli Qəhrəmanı və yəhudi icmasının nümayəndəsi olan...

08 May 2026, 10:00

Keçən il 14 insan alverçisi azadlıqdan məhrum edilib - 4-ü qadındı

2025-ci ildə məhkəmələr tərəfindən 14 insan alverçisi (2-si keçmiş illərdən olmaqla) azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.Citypost.az xəbər verir ki, bununla bağlı məsələ İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.Hesabat Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb.Bildirilib ki, məhkumlardan 4-ü kişi, 10-u qadındır.Vurğulanıb ki, 2025-ci ildə insan alveri, seksual xarakterli hərəkətlərə məcbur etmə, uşaq pornoqrafiyasının dövriyyəsi, pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma, fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvaları saxlamaya görə yerli axtarışda olan 31 təqsirləndirilən şəxsdən 15-i, o cümlədən 3 insan alverçisi tutulub....

08 May 2026, 09:43

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib 

Mayın 8-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib.AZƏRTAC xəbər verir ki, daimi nümayəndəliyin kollektivi müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə güllər qoyublar.Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı önünə tər güllər düzülüb, əziz xatirəsi ehtiramla anılıb....

08 May 2026, 09:33

Gəncədə qanunsuz inşa olunan tikililər sökülüb 

Gəncədə qanunsuz inşa olunan tikililər sökülüb.Bu barədə Citypost.az-a  Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.Bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Cavadxan qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilərək, bu barədə müvafiq tədbirin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb....

08 May 2026, 09:24