“BakuBus” və “Bakı Taksi Xidməti” “Bakı Metropoliteni”nə birləşdirildi
Cəmiyyət 07 May 2026, 16:13
315
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil ediləcək.
Citypost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin ““Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Fərmanında əksini tapıb.
Fərmana əsasən, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması formasında yenidən təşkil ediləcək.
Müəyyən edilib ki, cəmiyyət ictimai nəqliyyat sahəsində (metro, avtobus, tramvay, taksi) sərnişindaşıma üzrə xidmətlər göstərilməsini, onların keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsini, həmin xidmətlərin təşkili və gediş haqqının ödənilməsi üzrə innovativ və rəqəmsal həllərin tətbiqini, habelə bu sahədə yeni nəqliyyat infrastrukturu obyektlərinin (metro, tramvay, avtomobil nəqliyyatı üzrə avtovağzalların (avtostansiyaların), terminalların və digər qurğuların, eləcə də taksi və avtobuslara texniki xidmət göstərən texniki-təmir sahələrinin və stansiyalarının) layihələndirilməsini və tikintisini, maddi-texniki bazanın gücləndirilməsini və müasirləşdirilməsini, həmçinin müxtəlif nəqliyyat növləri (metro, avtobus, tramvay, taksi) üzrə xidmətlərin qarşılıqlı inteqrasiyasını, vahid mərkəzdən idarə olunmasını və əlaqələndirilməsini təmin edən kommersiya hüquqi şəxsidir.
Cəmiyyət “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisidir, onların bütün hüquqları və öhdəlikləri, habelə əmlakı ona keçir.
Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır.
Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi 5 üzvdən – sədr və onun 4 müavinindən ibarət İdarə Heyəti həyata keçirir.
Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:
Azərbaycan Respublikasının Prezidentinə:
Cəmiyyətin yenidən təşkili və ləğvi;
Cəmiyyətin icra orqanının yaradılması;
Cəmiyyətin İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON-a):
Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş digər məsələlərin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirilməsi;
bu Fərmanın 3.1-ci bəndində və 3.2.1-ci yarımbəndində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının normativ hüquqi aktları, eləcə də Cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağa həvalə edilən digər səlahiyyətlərin həyata keçirilməsi.
Həmçinin oxuyun
Cəmiyyətin Müşahidə Şurası aşağıdakı səlahiyyətləri həyata keçirir:
Cəmiyyətin inkişaf strategiyasına və onun icrası ilə bağlı tədbirlər planına, habelə əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsinə və biznes planına dair Ümumi Yığıncağa təkliflər vermək;
Cəmiyyətin gəlirlər və xərclər smetalarını, o cümlədən büdcə proqnozlarını təsdiq edilməsi üçün Ümumi Yığıncağa təqdim etmək və icrasını təmin etmək;
Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına dair Ümumi Yığıncağa təkliflər vermək;
fəaliyyətinin səmərəliliyini artırmaq üçün etika, strateji planlaşdırma, risklərin idarə edilməsi və s. üzrə yardımçı komitələr yaratmaq və öz səlahiyyətlərinin bir hissəsini onlara həvalə etmək;
Ümumi Yığıncaqla razılaşdırmaqla Cəmiyyətin maliyyə planlaşdırılmasını təsdiq etmək və icrasını təmin etmək;
Ümumi Yığıncaqla razılaşdırmaqla Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, habelə təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərin nizamnamələrini təsdiq etmək;
Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə Cəmiyyət tərəfindən hüquqi şəxslərin yaradılması, eləcə də onların idarəetmə orqanlarının üzvlərinin (rəhbərlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi ilə bağlı Ümumi Yığıncağa təkliflər vermək;
Ümumi Yığıncağın razılığı ilə Cəmiyyətin, onun idarə, filial və nümayəndəliklərinin, habelə təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərin strukturunu, işçilərinin say həddini, əməkhaqqı sistemini və əməyin ödənişi fondunu, ştat cədvəlini təsdiq etmək;
Cəmiyyətin mənfəətinin və zərərinin bölüşdürülməsi ilə bağlı sənədləri, həmçinin illik hesabatları və maliyyə hesabatlarını təsdiq edilməsi üçün Ümumi Yığıncağa təqdim etmək;
Cəmiyyətin daxili audit bölməsini təşkil etmək və onun əsasnaməsini Ümumi Yığıncaqla razılaşdırmaqla təsdiq etmək, əməkdaşlarını vəzifəyə təyin və vəzifədən azad etmək;
bu Fərmanın 3-cü hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları və Cəmiyyətin nizamnaməsi ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) Cəmiyyətin yeni nizamnaməsini və strukturunu üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli, bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
33 ukraynalı tələbə Azərbaycana gətirildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə 33 nəfər ukraynalı tələbə ölkəmizə gətirilərək burada sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilirlər.Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.Bildirilib ki, 8 günlük sosial reabilitasiya proqramı çərçivəsində onların bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixo-sosial təlimlərə, ustad dərslərinə cəlb olunması nəzərdə tutulub:"Həmçinin, ukraynalı gənclərə Azərbaycan mədəniyyəti və incəsənəti, ölkəmizin tarixi və görməli yerləri, milli mətbəxlə yaxından tanış olmaq imkanı yaradılır.Məqsəd onların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərməkdir.Qeyd edək ki, ötən dövrdə Ukraynadan 400-ə yaxın uşaq və gənc ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya...
07 May 2026, 16:43
Bir qrup incəsənət xadiminə Prezident mükafatları verilib - SİYAHI
Bir qrup incəsənət xadiminə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilib.Citypost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Sərəncamında əksini tapıb.Sərəncama əsasən, səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilib:Abbasova Mətanət Nizami qızıAbbasova-Budaqova Afaq Nurəhməd qızıAbdullayev Mətləb Fətəli oğluAbdullayeva Xurşid Lütfəli qızıAbdurahmanov Yusif Fikrət oğluAdıgözəlov Yalçın Vasif oğluAğaverdiyeva Məsməxanım Aslan qızıAxundov Əbülfəz Dadaş oğluAllahverdiyeva Naibə Siyavuş qızıAşurov Mustafa Əhməd oğluAtakişiyeva Mətanət Ağazair qızıBabayeva İnarə Əhməd qızıBayramov Təyyar Allahverdi oğluBehbudov Əşrəf Məhərrəm oğluCanbaxşiyev Səməd Canbağış oğluCəbrayılov Elşən Şahin oğluCəfərov Rasim Valeh oğluCəfərov Samir Qadir oğluCəfərzadə Fatimə Üzeyir qızıDubovitskaya Mariya AleksandrovnaEres...
07 May 2026, 16:10
Bu şəxslərə Prezidentin fərdi təqaüdü veriləcək
Prezident İlham Əliyev mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.Citypost.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Prezidentin fərdi təqaüdü veriləcək:Abbasov Adil Möhsün oğluBağırova Sənubər YusufovnaHəkimova Svetlana Calal qızıHüseynov Rövşən Maqsud oğluMehdiyev Cahangir Yaqub oğluMəlik-Aslanov Ramiz Lütfəli oğluMəmmədov Alim Tahir oğluMəmmədova Rimma ŞahbabayevnaMustafayev Mustafa Şura oğluNəsirova Hicran Fətəli qızıRəhimova Adilə Teymurovna.Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir....
07 May 2026, 16:05
Bu tarixdə Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq
Sabah Sumqayıt şəhərinin bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.Bu barədə Citypost.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.Bildirilib ki, aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Sumqayıt şəhəri Kotec qəsəbəsi, 26-cı məhəllə, Kimyaçılar qəsəbəsi, Xəzər bağları və Bulvar ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
07 May 2026, 15:16
FHN Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə müsabiqə keçirib
Fövqəladə Hallar Nazirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə müsabiqə keçirib.Nazirlikdən Citypost.az-a verilən xəbərə görə, mayın 7-də Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) və FHN işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə DYMX-nin hissələri arasında təşkil edilmiş tədbirdə fövqəladə hallar nazirinin müavini daxili xidmət general-mayoru Yusif Nəbiyev, DYMX-nin rəisi daxili xidmət general-mayoru Asif Məmmədli və FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov iştirak ediblər.Müsabiqənin keçirilməsində məqsəd əməkdaşların döyüş və taktiki hazırlıq səviyyəsinin daha da artırılması, peşə vərdişlərinin təkmilləşdirilməsindən ibarət olub.DYMX-nin Xidmətin təşkili və peşə hazırlığı şöbəsinin əməkdaşlarının hakimlik etdiyi və gərgin mübarizə şəraitində keçən final müsabiqəsinin nəticələrinə əsasən, Binəqədi...
07 May 2026, 15:04
Özbəkistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib
Azərbaycan və Özbəkistanın müdafiə nazirlikləri arasındakı hərbi əməkdaşlıq planına əsasən, Özbəkistan Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti ölkəmizə səfər edib.Müdafiə Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, Milli Müdafiə Universitetində (MMU) keçirilən görüşdə universitetin yaranma tarixi, fəaliyyəti və tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələri barədə brifinqlər təqdim olunub, hərbi təhsil sisteminin cari vəziyyəti təhlil edilib.Səfər çərçivəsində özbəkistanlı qonaqlar MMU-nun Hərbi İdarəetmə İnstitutunda, Xarici Dil Mərkəzində, Hərb Oyunları Mərkəzində və Heydər Əliyev adına Hərbi İnstitutda olublar. Nümayəndə heyətinə tədris prosesi barədə məlumat verilib, onlar müəssisələrin ərazisi və inzibati binalarında yaradılan şəraitlə tanış olublar.Sonda qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib....
07 May 2026, 14:45