Bizə yazın

Baku

-°C

USD

-

Sabiq müdafiə nazirləri edam olunacaq 

Dünya 07 May 2026, 15:25

296

Çinin iki sabiq müdafiə naziri — Li Şanqfu və Vey Fenqe korrupsiya ittihamı ilə ölüm cəzasına məhkum olunublar.

Citypost.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.

Qeyd edək ki, verilən ölüm hökmləri iki illik təxirə salınma müddəti ilə tətbiq edilir. Çin hüquq sisteminə xas bu praktika çərçivəsində, məhkum iki il ərzində həbsxanada qəsdən cinayət törətməzsə, ölüm cəzası avtomatik olaraq ömürlük həbs cəzası ilə əvəz olunur.

Bəzi hallarda isə məhkəmə qərarında xüsusi şərtlər nəzərdə tutulduğu təqdirdə, cəza 25 il müddətinə azadlıqdan məhrumetmə ilə də əvəz edilə bilər. (MODERN.AZ)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Peskov: Rusiyanın elan etdiyi atəşkəs 8 və 9 mayda qüvvədə olacaq 

Rusiya tərəfinin Ukraynanın mayın 6-dan qüvvəyə minən "sükut rejimi"nə heç bir reaksiyası olmayıb.APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin 6 may gecə yarısından etibarən "sükut rejimi" barədə açıqlamalarına münasibət bildirərkən deyib.Kreml sözçüsü vurğulayıb ki, Moskva tərəfindən elan edilən atəşkəs 8 və 9 mayda qüvvədə olacaq.Peskov Rusiyanın Ukrayna münaqişəsinin həlli üçün danışıqların və Vaşinqtonun bu prosesdə vasitəçilik etməyə davam edəcəyini gözlədiyini bildirib.Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, Yaxın Şərqdəki böhran səbəbindən amerikalı danışıqçılar hazırda digər məsələlərlə məşğuldurlar.Peskov Kremlin Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun ABŞ-a səfərinin məqsədi barədə...

07 May 2026, 14:33

Nikol Paşinyan məzuniyyətə çıxır 

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 8-dən məzuniyyətə çıxır."Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, bunu hökumətin iclasında elan edib.Paşinyan seçkiqabağı kampaniyada iştirak etmək üçün məzuniyyətə çıxdığını bildirib.İyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı seçkiqabağı kampaniyaya bu gün start verilir.

07 May 2026, 13:28

Rusiyadan Ermənistana beş uçuş dron hücumuna görə təxirə salınıb  

Zvartnots Beynəlxalq Hava Limanının onlayn uçuş cədvəlinə əsasən, Rusiyadan Ermənistana həyata keçirilən bir neçə reys gecikib.Citypost.az Rusiya mətbuatına istinadən xəbər verir ki,Moskvadan “FlyOne” və “Azimut” aviaşirkətlərinə məxsus iki reys, həmçinin Soçidən “Azimut”, “S7 Airlines” və “Aeroflot” reysləri Yerevana gecikmə ilə çatacaq.Daha əvvəl Moskva (Vnukovo və Şeremetyevo) və Sankt-Peterburq (Pulkovo) hava limanları da daxil olmaqla Rusiyanın bir sıra şəhərlərindən uçuşların kütləvi gecikdiyi bildirilmişdi. Buna səbəb kimi dron hücumları və uçuşlara tətbiq edilən müvəqqəti məhdudiyyətlər göstərilir....

07 May 2026, 11:50

Serbiya Prezidenti hökumətin strukturunun azaldılmasını təklif edib  

Serbiya Prezidenti Aleksandr Vuçiç hökumət və dövlət qurumlarında ciddi ixtisarların aparılmasını təklif edib. Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə o, “Kurir” qəzeti üçün yazdığı məqalədə bildirib.Vuçiç qeyd edib ki, qarşıdakı dövrdə “cəsarətli və vacib qərarlar” qəbul olunmalı, hökumət üzvləri, dövlət katibləri, nazir müavinləri və onların aparatlarında çalışanların sayı əhəmiyyətli dərəcədə azaldılmalıdır.Prezident həmçinin bir sıra agentlik, idarə və departamentlərin ləğvini təklif edərək onların fəaliyyətinin real əsaslara söykənmədiyini bildirib.Bundan əlavə, Vuçiç Avropa İttifaqından idxal olunan məhsulların həddindən artıq sertifikatlaşdırılmasının aradan qaldırılmasını da vacib hesab edib və bunun qiymət artımına səbəb olduğunu vurğulayıb.Yusif...

07 May 2026, 11:49

Milyarder Con Polson və keçmiş həyat yoldaşı boşanmanı rəsmiləşdiriblər  

Milyarder hedc fond meneceri Con Polson və keçmiş həyat yoldaşı Cenni Polson arasında bir ilə yaxın davam edən məhkəmə çəkişməsi başa çatıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər  verir ki, boşanma ilə bağlı razılaşma 4 mayda məhkəməyə təqdim olunub. Tərəflərin vəkilləri birgə açıqlamada bildiriblər ki, boşanma və ona bağlı etibar mübahisələri sülh yolu ilə həll edilib və məsələ şəxsi xarakter daşıdığından əlavə şərh verilməyəcək.Mübahisə illər ərzində böyük sərvət, gizli etibar fondları və əmlak bölgüsü ətrafında davam edib. 2022-ci ildə Cenni Polson keçmiş ərini aktivləri gizlətməkdə ittiham etmişdi. Tərəflər isə bir-birinin iddialarını rədd etmişdi.Məlumata görə, 21 illik evlilikdən sonra yüz milyonlarla dollar dəyərində...

07 May 2026, 11:32

NBC News:Səudiyyə Ərəbistanı ABŞ-ın "Azadlıq Layihəsi" əməliyyatını dəstəkləməyəcək

Səudiyyə Ərəbistanı ABŞ-ın “Azadlıq Layihəsi” əməliyyatını dəstəkləməyibCitypost.az NBC News-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı ABŞ-ın Hörmüz boğazında gəmilərin tranzitini təmin etməyi nəzərdə tutan “Azadlıq Layihəsi” əməliyyatına dəstək verməkdən imtina edib.Bildirilir ki, Ər-Riyad Vaşinqtonun təşəbbüs barədə əvvəlcədən məlumat verməməsindən narazı qalıb. Bu səbəbdən Səudiyyə Ərəbistanı ABŞ ordusunun “Şahzadə Sultan” hərbi bazasından istifadəsinə icazə verməyəcəyini və hava məkanını bağlayacağını açıqlayıb.Məlumata görə, ABŞ Prezidenti Donald Trampın əməliyyatın başlanması ilə bağlı bəyanatı Körfəz ölkələrində təəccüb və narazılıq yaradıb. Daha sonra Tramp ilə Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman arasında telefon danışığı baş tutsa da, vəziyyət dəyişməyib və əməliyyatın müvəqqəti dayandırıldığı bildirilir.Yusif...

07 May 2026, 11:20