Bizə yazın

Baku

-°C

USD

-

Onun bir şakəri var- kökə bağlılıq...  Elman Eldaroğlu yazır...

Söz adamı 08 May 2026, 08:31

2140

Bu dəfə sizə uzun illər Yardımlı rayon Vətəndaşların Vəziyyəti Aktlarının Qeydiyyatı idarəsinə rəhbərlik etmiş Ağahüseyn kişinin yadigarlarından biri- Gülhüseyn Cəfərov haqqında söhbət açmaq istəyirəm. Onu əməlində dürüst, xeyirxah, imanlı kişilərdən biri kimi tanıyıram. Amma gəlin əvvəlcə onun rəsmi tərcümeyi halına nəzər yetirək. Deməli, Gülhüseyn Cəfərov 1959-cu ilin may ayının 8-də Yardımlının Arus kəndində dünyaya gəlib. İlk növbədə onu qeyd edim ki, onun dünyaya gəldiyi gün həftənin cümə gününə təsadüf edir. Cümə günü doğulanların isə xoş aurası olur və həyat eşqi ilə dolu, səbirli, humanist adamlardır. Estetik zövqləri var, özlərinə çox güvənirlər. Daxil olduqları istənilən mühitdə mütləq diqqəti özlərinə çəkirlər. Bir də, gözəl həmsöhbət olurlar. Nə isə, Gülhüseyn Cəfərov, orta təhsilini başa vurandan sonra indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində ali təhsilə yiyələnib. 1981-ci ildə təyinatla Cəlilabad rayon indiki Göytəpə şəhərinə göndərilib. Elə o vaxtdan da orada məskunlaşıb. Amma ata-baba yurduna çox bağlıdır və övladlarını da bu ruhda böyüdüb...

Deyir ki:- “Mənim bir şakərim var, kökə bağlılıq. Ata-babamın, nəsil-kökümün təmiz adını qoruyub saxlamaq. Mənim üçün bundan məsuliyyətli bir iş yoxdur...”

Gülhüseyn müəllim Göytəpəyə gələndən sonra bir müddət müəllim, təlim-tərbiyyə işləri üzrə direktor müavini vəzifələrində çalışıb. 90-cı illərdən Respublikada yaranan vəziyyətlə əlaqədar məktəbdən uzaqlaşıb, ticarətlə məşğul olub. Hal-hazırda kənd təssərüfatı işlərilə məşğuldur. Öz əkin sahəsində kartof, çiyələk, eləcə də üzüm becərir. Və götürdüyü hər məhsuldan dostlarına da pay ayırır. Hansı sahədə çalışmasından asılı olmayaraq, onun meyarı halallıq və kiminsə haqqına girməməkdir. Həyatın mənasını təmiz adda görür...  

Böyük oğlu Vüqar Azərbaycanda tibb universitetinə daxil olsa da, əlaçı olduğuna görə III kursdan onu dövlət hesabına Türkiyəyə göndəriblər. Orada uzmanlıq üzrə təhsili alıb. Hazırda Türkiyədə nöroloji(nervoloji) cərrah işləyir. Beyinə stend qoyulması üzrə tanınmış həkimdir. Qızı ingilis dili müəllimi kimi bir vaxtlar atasının işlədiyi məktəbdə çalışır. Kiçik oğlu Əli isə 2 ali məktəb bitirərək Bakı şəhərində polis zabiti kimi daxili işlər orqanlarında xidmət edir...

“Özümün də və övladlarımın da əsas istəyimiz- vətənpərvərlik və dövlətçiliyə xidmətdir.”- söyləyir.

 Xülasə, bu gün- mayın 8-i Gülhüseyn Cəfərovun 67 yaşı tamam olur. 67 rəqəmi mələklərin numerologiya sistemində maddi işlərlə mənəviyyat arasında tarazlıq yaratmağı, ev və iş həyatında harmoniyanı simvolizə edir. Bu rəqəmin həm də mistik tərəfi var. Mistikada bu rəqəm sevgi və gözəllik, bəzən isə sehirli təsirlərlə əlaqələndirilir. Gülhüseyn müəllimə möhkəm can sağlığı arzulayıram...

Hörmətlə, Elman Eldaroğlu

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Şəmsi Qoca: Təhsil islahata möhtacdır

2025-2026-cı tədris ilinin görünməyən tərəfi: Rəsmi nikbinliyin arxasındakı sistem böhranı, insan istismarı və hüquqi iflasHər tədris ilinin sonunda rəsmi dairələrin rəqəmlərlə bəzədilmiş hesabatlarını dinləməyə, xarici parıltıya tamaşa etməyə adət etsək də, bu il Azərbaycan təhsilində illərdir yığılıb qalan, kök salan problemlərin daha da dərinləşdiyini, idarəetmədəki yarıtmazlığın xroniki xaos mərhələsinə keçdiyini gizlətmək artıq mümkün deyil. Dövlətin ən strateji sahəsi olan təhsil bu gün elmi-metodiki yeniliklər, köklü islahatlar və dərslik problemlərinin fundamental həllini gözlədiyi bir vaxtda, Elm və Təhsil naziri Emin Əmrullayevin fəaliyyətinin sanki yalnız "Son Zəng" günü məzunlarla rəqs etmək kimi şou xarakterli tədbirlərlə yadda qalması sistemin hara sürükləndiyinin ən acınacaqlı...

24 İyun 2026, 11:54

Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam 

Dağlar dünyanın tarazlıq mərkəzləridir. Onlar olmasa, dünya əyilər, Yer öz orbitindən çıxar, bəşəriyyət faciə ilə üzləşər. Ancaq biz dağların sadəcə yerin üstündə olan hissəsini görürük. Elm isə hesab edir ki, dağlar yerin üstündəki ucalığı qədər də yerin altında dərinliyə malikdir. İnsanlar da elədir. Elə insanlar var ki, onlar olmasa, cəmiyyətin tarazlığı pozular, mənəvi çökmə baş verər, milli yaddaş qısalar. Ona görə də zaman-zaman dünyaya hidayət verənlər göndərilir. Yəni doğru yol göstərənlər! Onlar da düz dağlar kimi həm uca, həm də dərin olurlar. Tanrının bizlərə həqiqəti, milli yaddaşımızı, zəngin mənəviyyatımızı və mədəniyyətimizi, mentalitetimizin möhtəşəmliyini xatırlatmaq üçün göndərdiyi adamın adı da elə...

24 İyun 2026, 11:16

Kitabı "süni", naziri "orijinal" olan məmləkət 

Dünyanın harasında rəqəmsal bir yenilik, süni bir intellekt peyda olursa, bizim hökumətin texnokrat qanadı dərhal qollarını çırmayıb qaçır qabağa. Elə bilirlər ki, dünyanı ağuşuna alan bu texnoloji dalğa məhz bunların canını qurtarmaq üçün icad olunub. Təhsil nazirimiz Emin Əmrullayev də sağ olsun, qayıdıb ki, bəs bəsdirin pulunuzu kitaba, dərsliyə, vərəqə xərclədiniz, onsuz da 3 ildən sonra kitaba ehtiyac qalmayacaq, süni intellekt gəlib hər şeyi əvəz edəcək, lap elə Dilçilik İnstitutunu da bağlaya bilərik, onun da funksiyasını bir dənə alqoritm həll edəcək. Adamın lap ürəyi dağlanır. Elə bilirsən nazir təhsil sistemindəki problemlərdən yox, hansısa elmi-fantastik Hollivud filminin premyerasından danışır. Yəni məktəblərin...

23 İyun 2026, 12:10

Söz sənətinin vurğunu, ədəbiyyatın gözətçisi  

60 İllik Yubileyi MünasibətiləƏsəd CahangirSöz sənətinin vurğunu, ədəbiyyatın gözətçisiAltmış il — bir ömrün şəfəq vaxtıdır. İnsan bu illər içərisində ya öz ruhu ilə üz-üzə qalır, ya da sözün sehrli aləmindəki sonsuz dənizə qərq olur. Əsəd Cahangir ikinci yolu seçdi: ömrünü Sözə bağladı, qəlbini ədəbiyyata açdı, hər gecəsini düşüncənin alov saçan ocağında keçirdi.O, müstəqillik dövrü Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biridir. Tənqidçi, esseist, şair, ədəbiyyatşünas — bu titulların heç biri tək başına onu tam anlatmaz. Əsəd Cahangir, hər şeydən əvvəl, Sözün sadiq qulluqçusudur.Yaradıcılıq yolu"Söz"dən "Səs"ə, "Səs"dən ƏbədiyyətəƏsəd Cahangirin yaradıcılıq dünyasına daxil olduqda ilk qarşılaşdığınız şey intellektual dərinlikdir. Onun "Söz" essesilə başlayan...

22 İyun 2026, 12:57

Bu dünyada Hidayət Orucov yadigar qalsın  - Ramidə Yaqubqızı

Onun haqqında təsəvvürüm ağırtəbiətli, ötkəm və çətin ünsiyyət qurulacaq biri kimi formalaşmışdı. Ta ki, özü ilə tanış olana qədər. Bir görüşlə Hidayət Orucov haqqında olan düşüncələrim tamamilə dəyişdi. Bu böyük şəxsiyyət mənim təfəkkürümdə və təsəvvürümdə olduğu ciddiyyyətin içərisində yumşaq, həlim, xoşxasiyyət insan olaraq yaşadı. 2023-cü ildə çalışdığım “Respublika” qəzetinin baş redaktoru Hümbət Musayevin tövsiyyəsilə bir neçə əməkdaş İrəvan Teatınının yaranma tarixi, inkişafı və keçdiyi yol barədə yazı hazırlamaq tapşırığı aldıq. Mövzunun genişliyi, mahiyyətinin çəkisi və şəxsi marağım o qədər böyük idi ki, qərara aldıq ki, vaxtı ilə teatra rəhbərlik etmiş və bu yolda yaranmış çətinliklərə baxmayaraq böyük uğurlar qazanmış  Hidayət Orucovla...

18 İyun 2026, 12:07

Uydurma tarixin və siyasi qorxunun acizliyi

Ermənistan Elmlər Akademiyasının və Qərbdəki sifarişli teatral təbliğatın səthi "araşdırması"na elmi-tarixi cavabErmənistanın akademik və siyasi dairələrinin, xüsusən də Ermənistan Milli Elmlər Akademiyasının son dövrlərdə "Qərbi Azərbaycan" ifadəsi və Qərbi Azərbaycan İcmasının fəaliyyəti qarşısında keçirdiyi qorxu xroniki bir isteriyaya, dərin bir siyasi vahiməyə çevrilmişdir. Özünü "elmi-analitik" adlandıran, lakin mahiyyət etibarından tarixdən kənar, subyektiv, böhtan xarakterli və xüsusi sifarişlə qələmə alındığı aşkar görünən bu təbliğat materialları toponimik həqiqətləri və fundamental tarix elmini həyasızcasına hədəf alır. Dünyada mifik, xəyali bir "böyük Ermənistan" nağılı uyduran, bu uydurma mifi yaşatmaq üçün "Daşnaksutyun" kimi şovinist partiyalar, ASALA kimi qanlı terror təşkilatları yaradıb qocalara, qadınlara, diplomatlara qarşı...

18 İyun 2026, 09:55