Özbəkistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib
Cəmiyyət 07 May 2026, 14:45
375
Azərbaycan və Özbəkistanın müdafiə nazirlikləri arasındakı hərbi əməkdaşlıq planına əsasən, Özbəkistan Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti ölkəmizə səfər edib.
Müdafiə Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, Milli Müdafiə Universitetində (MMU) keçirilən görüşdə universitetin yaranma tarixi, fəaliyyəti və tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələri barədə brifinqlər təqdim olunub, hərbi təhsil sisteminin cari vəziyyəti təhlil edilib.
Səfər çərçivəsində özbəkistanlı qonaqlar MMU-nun Hərbi İdarəetmə İnstitutunda, Xarici Dil Mərkəzində, Hərb Oyunları Mərkəzində və Heydər Əliyev adına Hərbi İnstitutda olublar. Nümayəndə heyətinə tədris prosesi barədə məlumat verilib, onlar müəssisələrin ərazisi və inzibati binalarında yaradılan şəraitlə tanış olublar.
Həmçinin oxuyun
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bu tarixdə Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq
Sabah Sumqayıt şəhərinin bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.Bu barədə Citypost.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.Bildirilib ki, aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Sumqayıt şəhəri Kotec qəsəbəsi, 26-cı məhəllə, Kimyaçılar qəsəbəsi, Xəzər bağları və Bulvar ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
07 May 2026, 15:16
FHN Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə müsabiqə keçirib
Fövqəladə Hallar Nazirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə müsabiqə keçirib.Nazirlikdən Citypost.az-a verilən xəbərə görə, mayın 7-də Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) və FHN işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə DYMX-nin hissələri arasında təşkil edilmiş tədbirdə fövqəladə hallar nazirinin müavini daxili xidmət general-mayoru Yusif Nəbiyev, DYMX-nin rəisi daxili xidmət general-mayoru Asif Məmmədli və FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov iştirak ediblər.Müsabiqənin keçirilməsində məqsəd əməkdaşların döyüş və taktiki hazırlıq səviyyəsinin daha da artırılması, peşə vərdişlərinin təkmilləşdirilməsindən ibarət olub.DYMX-nin Xidmətin təşkili və peşə hazırlığı şöbəsinin əməkdaşlarının hakimlik etdiyi və gərgin mübarizə şəraitində keçən final müsabiqəsinin nəticələrinə əsasən, Binəqədi...
07 May 2026, 15:04
Faşizm üzərində Qələbənin 81-ci ildönümü Polşada qeyd olunub
Faşizm üzərində Qələbənin 81-ci ildönümü münasibətilə Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Varşava şəhərinin müsəlman-tatar qəbiristanlığında, azərbaycanlı zabit Vəli bəy Yadigarın məzarı qarşısında tədbir keçirilib.AZƏRTAC xəbər verir ki, mərasimdə səfir Nərgiz Qurbanova, səfirliyin əməkdaşları, Polşada akkreditə edilmiş Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin səfirləri və dini icmanın təmsilçiləri iştirak ediblər.Tədbirin əvvəlində Vəli bəy Yadigarın məzarı üzərinə əklil qoyulub, onun və müharibədə həlak olmuş bütün soydaşlarımızın ruhuna dualar oxunub.Mərasimdə çıxış edən səfir Nərgiz Qurbanova qeyd edib ki, Azərbaycan müharibə illərində həm ön, həm də arxa cəbhədə mühüm rol oynayıb. 681 mindən artıq azərbaycanlı müharibədə iştirak edib, onların yarıdan çoxu həlak olub və...
07 May 2026, 14:00
Vilayət Eyvazov İmişlidə vətəndaşları qəbul etdi
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 6-da və 7-də İmişli rayonunda növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Polis Şöbəsinin inzibati binasında İmişli, Füzuli, Beyləqan, Xocavənd, Saatlı, Sabirabad və Kürdəmir rayonlarından, eləcə də digər bölgələrdən qəbula gələn 264 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.Qəbula gələn vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.Səfər çərçivəsində Vilayət Eyvazov polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını...
07 May 2026, 13:45
Bu tarixdə Hacıqabulun 7 kəndində qaz olmayacaq
Sabah Hacıqabul rayonunun 7 kəndinin qaz təchizatı müvəqqəti dayandırılacaq.Bu barədə Citypost.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.Bildirilib ki, görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən işlər başa çatanadək Hacıqabul rayonu Cəngən, Şorbaçı, Tava, Tağlı, Paşalı-1, Paşalı-2 və Qubalı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
07 May 2026, 13:00
Ramiz Tahirovun müavini 1 milyonluq mənimsəmədə ittiham edilir
Hərbi Hava Qüvvələrinin sabiq komandan müavini mərhum polkovnik Mayis Orucəliyevin cinayət əməli ortaya çıxıb.Citypost.az xəbər verir ki, polkovnik xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.Cinayət işinin istintaqı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində aparılıb. İş üzrə dövlətə dəymiş ziyan 1 milyon manata yaxındır.Təqsirləndirilən şəxsin həyat yoldaşı hüquqi varis qismində tanınıb. M.Orucəliyev öldüyü üçün təqsiri sübuta yetirildiyi halda yekunda cinayət işinə bəraətverici əsaslar olmadan xitam veriləcək. Dəymiş ziyanın ödənilməsi isə mərhumun əmlakı hesabına təmin oluna bilər. Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma) ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri korrupsiya cinayətləri arasında ağır maddələrdən hesab edilirlər.Qeyd...
07 May 2026, 12:45