Prezidentin Fərmanı Bakıda nəyi dəyişəcək? — Vacib məqamlar AÇIQLANDI
Cəmiyyət 11 May 2026, 11:20
275
Metro, avtobus və taksi vahid sistemdə: Bakı nəqliyyatında yeni dövr başlayır
Xəbər verdiyimiz kimi, Prezidentin fərmanına əsasən, "BakuBus" MMC və "Bakı Taksi Xidməti" MMC ləğv edilərək "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) birləşdirilib. Bununla da "Bakı Metropoliteni" QSC hər iki qurumun hüquqi varisi hesab olunur və onların bütün hüquq, öhdəlik və əmlakları metropolitenə keçir.
Yeni qərara əsasən:
•Metro, avtobus və taksi xidmətləri vahid mərkəzdən koordinasiya olunacaq.
* Cəmiyyətin fəaliyyətinə nəzarət üçün 5 üzvdən ibarət Müşahidə Şurası və 5 üzvdən ibarət İdarə Heyəti yaradılır.
* Gediş haqqının ödənilməsi və xidmətlərin təşkili üzrə vahid rəqəmsal həllərin tətbiqi nəzərdə tutulur.
Bu birləşmə (“Bakı Metropoliteni”, “BakuBus” və “Bakı Taksi Xidməti”) şəhər nəqliyyat sistemində hansı struktur dəyişikliyini yaradacaq?
CityPost.az xəbər verir ki,mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən nəqliyyat eksperti İlqar Hüseynov bu islahatın əhəmiyyətini yüksək qiymətləndirərək bildirib:
"Ümumiyyətlə, dünyada müxtəlif ölkələrdə çox yaxşı praktika var. Onlardan biri ictimai nəqliyyat sektorunun bir-birinə çox ciddi şəkildə inteqrasiya etməsidir. Məsələn, metro, metrobus, tramvay, eyni zamanda taksi xidmətlərini həyata keçirən xüsusi marşrutlar, xüsusi taksi duracaqlarının, taksi dayanacaqlarının yerləşdirilməsi. Və bütün bunlar bir-birinə inteqrasiya etdikdə, nəticə etibarilə ümumi nəqliyyat, ictimai nəqliyyat sisteminin, sərnişindaşımanın kifayət qədər sadələşdirilməsi, rahatlaşması və əlçatanlığı baş verir”.
Ekspert qeyd edib ki, bu sistemin ən uğurlu nümunələri Avropada tətbiq olunmaqdadır:
"Məsələn, Berlin şəhərində metropoliten sistemi, ictimai avtobuslar, tramvaylar bir-birinə çox ciddi şəkildə inteqrasiya olunub və həm sürətli sərnişindaşıma, həm də keyfiyyətli sərnişindaşıma sistemini qurulub. Bu baxımdan düşünürəm ki, bu dəyişikliklər ölkədə ictimai nəqliyyat sisteminin inkişafına və vətəndaşların rahatlığına, əlçatanlığına xidmət göstərə bilər”.
İlqar Hüseynov paytaxtın əsas problemi olan tıxaclara da toxunaraq, bu addımın vətəndaşları ictimai nəqliyyata yönləndirmək üçün həlledici olduğunu vurğulayıb:
Həmçinin oxuyun
"Amma bununla yanaşı, bizim ən dəhşətli problemimiz məhz tıxacların olmasıdır. Biz vətəndaşlarımızı şəxsi nəqliyyat vasitələrindən istifadənin azaldılmasına və təşviq olunaraq ictimai nəqliyyat sisteminə istifadəsinə keçid etməyə nail olmasaq, təbii ki, biz ciddi irəliləyişlərə, ciddi nəticələrə bu istiqamətdə gətirib çıxara bilməyəcəyik”,-deyə ekspert vurğulayıb.
Qeyd edək ki, bu birləşmə sərnişinlər üçün vahid ödəniş sistemi, daha koordinasiyalı marşrut xətləri və metro stansiyalarına çıxışın daha asan olması deməkdir.
Çimnaz Telmanqızı
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“Türk Hava Yolları”nın təyyarəsi Nepalda eniş edərkən yanıb
İstanbuldan uçan “Türk Hava Yolları”nın Airbus A330 təyyarəsi bu səhər Katmandudakı Tribhuvan beynəlxalq hava limanına enərkən alovlanıb.Türkiyə mediasının xəbərinə görə, sərnişinlər və ekipaj təxliyə edilib, hava limanı müvəqqəti olaraq fəaliyyətini dayandırıb.Təyyarədə 273 sərnişin və 11 ekipaj üzvü olub.İlkin versiyaya görə, hidravlik mayenin təyyarənin əyləc sisteminə sızması yanğına səbəb olub.Yanğın bir neçə dəqiqə ərzində lokallaşdırılıb.
11 May 2026, 11:04
Keçmişdəki gələcəyin şairi – Aqşin Yenisey
CityPost.az Aqşin Yeniseyin Sabir Rüstəmxanlının 80 yaşına ithaf etdiyi “Keçmişdəki gələcəyin şairi” yazısını təqdim edir.Mirzə Fətəli Axundov dünyaya baxıb komediya görürdü, Cəlil Məmmədquluzadə dünyaya baxıb qaranlıq görürdü, Mirzə Ələkbər Sabir dünyaya baxıb zülm görürdü; hər bir yazıçı, şair dünyaya baxanda nə görürsə, onun ədəbiyyatını yaradır. Bəs 80 yaşını qeyd edən Sabir Rüstəmxanlı dünyaya baxanda nə görüb? İkiyə bölünmüş bir ölkə, assimilyasiya uçrumunun qırağında dayanmış bir xalq, həm də bu ölkə və xalq müstəmləkələşdirilib. Sabir Rüstəmxanlı əlinə qələm aldığı gündən “çoxdarlıqda uçrumdan qoruyan” uşaq kimi bu assimilyasiya uçrumunun qırağında dayanıb və o uçrumun qırağından gördüyü ölkəsinin azadlığı uğrunda mübarizə aparıb. Biz...
10 May 2026, 21:15
Heydər Əliyev - Bir ömrün missiyası Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə
Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin ictimai-siyasi irsi yalnız müstəqil Azərbaycan dövlətinin qurucusu və rəhbəri kimi deyil, həm də mürəkkəb bir dövrün yetişdirdiyi siyasi və milli şəxsiyyət kimi diqqəti cəlb edir. Ulu öndərin tariximizin müxtəlif mərhələlərində göstərdiyi siyasi iradəni, idarəçilik məharətini və milli dövlətçilik konsepsiyasını anlamaq üçün ilk növbədə onun zəngin həyatının uşaqlıq və gənclik illərinə nəzər salmaq çox vacibdir. Böyük liderlərin xarakteri çox zaman məhz erkən yaşlarda formalaşır.Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində dünyaya gəldi. O dövr Naxçıvan üçün həm siyasi, həm də sosial baxımdan olduqca mürəkkəb illər idi. Bir tərəfdən bolşevik...
10 May 2026, 14:21
İlham Əliyev: Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.CityPost.az xəbər verir ki, paylaşımda deyilir:"Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir".Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir. pic.twitter.com/PW1atx8GuE— İlham Əliyev (@azpresident) May 9, 2026 ...
10 May 2026, 00:22
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Ulu öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar paylaşım edib.CityPost.az xəbər verir ki, paylaşımda deylir:"Heydər Əliyev – 103. Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Xatirimizdədir, sevgi ilə anırıq". View this post on Instagram A post shared by Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan) ...
10 May 2026, 00:19
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.CityPost.az xəbər verir ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub.O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin...
10 May 2026, 00:15