Aprelin 12-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub
Cəmiyyət 08 May 2026, 16:06
309
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 12-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.
Bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2026/netorta/) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.
Yazı işlərinin onlayn yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Bu imtahanda iştirakı nəzərdə tutulan 52687 nəfərdən 462 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 3 nəfər imtahandan xaric olunub.
İmtahan iştirakçıları arasında 7 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Bundan əlavə, ingilis dilində tədris alan 1 nəfər 200 bal toplamaqla ən yüksək nəticəni göstərib. Qeyd edək ki, fərqli dildə tədris aparılan məktəblərin məzunları 2 fənn (riyaziyyat və xarici dil) üzrə imtahan verir və maksimal toplaya biləcəkləri bal 200-dür. Maksimal bal toplayanların siyahısı ilə buradan tanış ola bilərsiniz.
Həmçinin oxuyun
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 12 may saat 10:00-dan 14 may saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:
Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.
Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.
Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
Terror təşkilatı yaratma, yaxud həmin təşkilata və ya onun struktur bölməsinə rəhbərlik etmə 10 ildən 14 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət Məcəlləsinə əlavə olunan yeni - 214-4-cü maddədə əksini tapıb.Terror təşkilatına üzv olma və ya onun fəaliyyətində iştirak isə 7 ildən 12 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddənin qeyd hissəsində nəzərdə tutulur ki, terror təşkilatına üzv olan və ya onun fəaliyyətində iştirak edən şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla cinayət əməllərinin qarşısının alınmasına, terror təşkilatını yaratmış, ona rəhbərlik etmiş, fəaliyyətində iştirak etmiş və ya onu maliyyələşdirmiş şəxslərin aşkar edilməsinə...
08 May 2026, 16:27
Xanlar Vəliyevin qardaşı vəzifədən azad olundu - FOTO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus “19 №-li Yol İstismarı” MMC-nin direktoru Şahlar Vəliyev vəzifəsindən azad olunub.CityPost.az xəbər verir ki,İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli Əmr imzalayıb.Məlumata görə, “19 №-li Yol İstismarı” MMC-yə rəhbərlik İntiqam Həsənova həvalə olunub.Ş.Vəliyev İqtisadiyyat.az-a açıqlamasında təqaüd yaşına çatdığına görə vəzifəsindən azad edildiyini bildirib.Xatırladaq ki, Şahlar Rüstəm oğlu Vəliyev 1958-ci ildə Yevlax şəhərində anadan olub. O, 2018-ci ilin mart ayından “19 №-li Yol İstismarı” MMC-yə rəhbərlik edirdi, daha əvvəl 2011-2018-ci illərdə isə Yevlax Telekommunikasiya İdarəsinin rəisi vəzifəsində çalışıb.Qeyd edək ki, Ş.Vəliyev Azərbaycanın sabiq hərbi prokuroru, ədliyyə general-leytenantı, Konstitusiya...
08 May 2026, 14:11
Maliyyə Monitorinqi Xidmətində yeni kadr təyinatı olub
Maliyyə Monitorinqi Xidmətində yeni kadr təyinatı həyata keçirilib.CityPost.az xəbər verir ki, qurumun Aparat rəhbəri vəzifəsinə Rauf Namazov təyin olunub.Məlumata görə, R. Namazov Maliyyə Monitorinqi Xidmətində Məlumatların təhlili departamentinin direktor müavini olub.R.Namazov maliyyə monitorinqi və uyğunluq sahəsində uzun illər fəaliyyət göstərib. O, həmçinin uzun illər vergi orqanlarında çalışıb.O, bundan əvvəl də Maliyyə Monitorinqi Xidmətində müxtəlif vəzifələrdə çalışaraq qurumun fəaliyyət istiqamətləri üzrə idarəetmə və koordinasiya proseslərində iştirak edib....
08 May 2026, 13:46
Elmin zirvəsində dayanıb, ruhun şeirini pıçıldayan adam: hamının tanıdığı, heç kimin tanımadığı Abel müəllim
Vəzifə bir libasdır; bəzən dar gəlir adamı sıxır, bəzən gen gəlir içində itirsən. Amma elə libaslar da var ki, illərlə əynində qaldıqca sənə deyil, sən ona forma verirsən. Abel Məhərrəmovu cəmiyyət illərlə bu libasda gördü – rektor, akademik, deputat, nüfuzlu elm xadimi... Bu titullar bir növ zireh kimi idi; həm qoruyurdu, həm də əsl insanı, onun daxili aləmini kənar gözlərdən gizləyirdi.Bəli, vəzifə elə bir kürsüdür ki, orada hər kəsi razı salmaq mümkünsüzdür. O zirvəyə baxanların gözləntisi çox, umacağı sonsuz olur. Kimsə inciyir, kimsə küsür, kimsə vaxtında çatılmayan ələ gileylənir. Hətta ən yaxınlar belə, dövlət işinin, elmin ağır yükünün altında əzilən...
08 May 2026, 13:01
Şeyxülislam Türkiyəyə səfər edəcək
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək.Bu barədə Citypost.az-a QMİ-dən məlumat verilib.Bildirilib ki, səfər “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri professor Akkan Suverin dəvəti ilə baş tutur."Vəqfin təşkilatçılığı ilə 11-13 may tarixlərində İstanbul şəhərində baş tutacaq XXIX Avrasiya İqtisadi Zirvə toplantısının builki mövzusu “Qlobal Məsuliyyət - Müharibədən Sonra Dünya, Yeni Güc Balansları, Ortaq Gələcək Axtarışı, Su ilə YaşıllığınTükəndiyi Bir Planetdə Yaşam”dır.Şeyxülislam A. Paşazadə Zirvə görüşündə çıxış edəcək, dünyada mövcud iqtisadi problemlərin mənəvi baxımdan dəyərləndirilməsinə dair fikirlərini bölüşəcək.Üç onillik tarix ərzində mütəmadi olaraq keçirilən, dövlət və hökumət başçıları, parlamentarilər və tanınmış ictimai xadimlərin qatıldığı mötəbər toplantının...
08 May 2026, 12:40
Pekində Heydər Əliyevin doğum günü münasibətilə xeyriyyə tədbiri keçirilib
Ümummilli Lider Heydər Əliyevin doğum günü ilə əlaqədar Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Çindəki səfirliyinin təşkilatçılığı xeyriyyə tədbiri keçirilib.Citypost.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.Mərasimdə çıxış edən Səfir Bünyad Hüseynov bildirib ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın uğurlu xarici siyasətinin təməlini yaradıb, çevik manevrlər və taktiki gedişlər ilə ölkəmizin beynəlxalq münasibətlər sistemində yerini və prioritetlərini müəyyən edib.O vurğulayıb ki, Azərbaycanla Çinarasında münasibətlər isə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib:"Ümummilli Lider Heydər Əliyev həmçinin, fəaliyyətinin bütün dövrlərində mərhəməti, humanizmi və mənəvi dəyərləri hər şeydən uca tutub. Təsadüfi deyil ki, Heydər Əliyev Fondu da bu gün öz fəaliyyətini məhz...
08 May 2026, 12:19