Xanlar Vəliyevin qardaşı vəzifədən azad olundu - FOTO
Cəmiyyət 08 May 2026, 14:11
356
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus “19 №-li Yol İstismarı” MMC-nin direktoru Şahlar Vəliyev vəzifəsindən azad olunub.
CityPost.az xəbər verir ki,İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli Əmr imzalayıb.
Məlumata görə, “19 №-li Yol İstismarı” MMC-yə rəhbərlik İntiqam Həsənova həvalə olunub.
Həmçinin oxuyun
Ş.Vəliyev İqtisadiyyat.az-a açıqlamasında təqaüd yaşına çatdığına görə vəzifəsindən azad edildiyini bildirib.
Xatırladaq ki, Şahlar Rüstəm oğlu Vəliyev 1958-ci ildə Yevlax şəhərində anadan olub. O, 2018-ci ilin mart ayından “19 №-li Yol İstismarı” MMC-yə rəhbərlik edirdi, daha əvvəl 2011-2018-ci illərdə isə Yevlax Telekommunikasiya İdarəsinin rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, Ş.Vəliyev Azərbaycanın sabiq hərbi prokuroru, ədliyyə general-leytenantı, Konstitusiya Məhkəməsinin hakimi Xanlar Vəliyevin qardaşıdır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Maliyyə Monitorinqi Xidmətində yeni kadr təyinatı olub
Maliyyə Monitorinqi Xidmətində yeni kadr təyinatı həyata keçirilib.CityPost.az xəbər verir ki, qurumun Aparat rəhbəri vəzifəsinə Rauf Namazov təyin olunub.Məlumata görə, R. Namazov Maliyyə Monitorinqi Xidmətində Məlumatların təhlili departamentinin direktor müavini olub.R.Namazov maliyyə monitorinqi və uyğunluq sahəsində uzun illər fəaliyyət göstərib. O, həmçinin uzun illər vergi orqanlarında çalışıb.O, bundan əvvəl də Maliyyə Monitorinqi Xidmətində müxtəlif vəzifələrdə çalışaraq qurumun fəaliyyət istiqamətləri üzrə idarəetmə və koordinasiya proseslərində iştirak edib....
08 May 2026, 13:46
Elmin zirvəsində dayanıb, ruhun şeirini pıçıldayan adam: hamının tanıdığı, heç kimin tanımadığı Abel müəllim
Vəzifə bir libasdır; bəzən dar gəlir adamı sıxır, bəzən gen gəlir içində itirsən. Amma elə libaslar da var ki, illərlə əynində qaldıqca sənə deyil, sən ona forma verirsən. Abel Məhərrəmovu cəmiyyət illərlə bu libasda gördü – rektor, akademik, deputat, nüfuzlu elm xadimi... Bu titullar bir növ zireh kimi idi; həm qoruyurdu, həm də əsl insanı, onun daxili aləmini kənar gözlərdən gizləyirdi.Bəli, vəzifə elə bir kürsüdür ki, orada hər kəsi razı salmaq mümkünsüzdür. O zirvəyə baxanların gözləntisi çox, umacağı sonsuz olur. Kimsə inciyir, kimsə küsür, kimsə vaxtında çatılmayan ələ gileylənir. Hətta ən yaxınlar belə, dövlət işinin, elmin ağır yükünün altında əzilən...
08 May 2026, 13:01
Şeyxülislam Türkiyəyə səfər edəcək
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək.Bu barədə Citypost.az-a QMİ-dən məlumat verilib.Bildirilib ki, səfər “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri professor Akkan Suverin dəvəti ilə baş tutur."Vəqfin təşkilatçılığı ilə 11-13 may tarixlərində İstanbul şəhərində baş tutacaq XXIX Avrasiya İqtisadi Zirvə toplantısının builki mövzusu “Qlobal Məsuliyyət - Müharibədən Sonra Dünya, Yeni Güc Balansları, Ortaq Gələcək Axtarışı, Su ilə YaşıllığınTükəndiyi Bir Planetdə Yaşam”dır.Şeyxülislam A. Paşazadə Zirvə görüşündə çıxış edəcək, dünyada mövcud iqtisadi problemlərin mənəvi baxımdan dəyərləndirilməsinə dair fikirlərini bölüşəcək.Üç onillik tarix ərzində mütəmadi olaraq keçirilən, dövlət və hökumət başçıları, parlamentarilər və tanınmış ictimai xadimlərin qatıldığı mötəbər toplantının...
08 May 2026, 12:40
Pekində Heydər Əliyevin doğum günü münasibətilə xeyriyyə tədbiri keçirilib
Ümummilli Lider Heydər Əliyevin doğum günü ilə əlaqədar Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Çindəki səfirliyinin təşkilatçılığı xeyriyyə tədbiri keçirilib.Citypost.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.Mərasimdə çıxış edən Səfir Bünyad Hüseynov bildirib ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın uğurlu xarici siyasətinin təməlini yaradıb, çevik manevrlər və taktiki gedişlər ilə ölkəmizin beynəlxalq münasibətlər sistemində yerini və prioritetlərini müəyyən edib.O vurğulayıb ki, Azərbaycanla Çinarasında münasibətlər isə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib:"Ümummilli Lider Heydər Əliyev həmçinin, fəaliyyətinin bütün dövrlərində mərhəməti, humanizmi və mənəvi dəyərləri hər şeydən uca tutub. Təsadüfi deyil ki, Heydər Əliyev Fondu da bu gün öz fəaliyyətini məhz...
08 May 2026, 12:19
Prezident İlham Əliyev Roma Papasını təbrik edib
Prezident İlham Əliyev Roma Papası XIV Leoya təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Zati-müqəddəsləri,Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında qarşılıqlı hörmət və anlaşmaya əsaslanan əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsi və gündən-günə yeni məzmun qazanması məmnunluq doğurur. Bu əlaqələr dünyada dinlərarası harmoniya və mədəni müxtəlifliyin təşviqinə, sivilizasiyalar arasında qarşılıqlı etimad mühitinin yaradılması kimi xoşməramlı niyyətlərə xidmət edir.Dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur, bütün konfessiyalar üçün bərabər şərait yaradılır. Fəxr edirik ki, Azərbaycan müxtəlif...
08 May 2026, 12:15
Ağsu aşırımında torpaq sürüşməsi yenidən aktivləşib
Havaların yağıntılı olması ilə Ağsu aşırımı ərazisində torpaq sürüşməsi yenidən aktivləşib.APA-nın Şirvan bürosu xəbər verir ki, son günlər yağan yağışlar Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində fəsadlara səbəb olub. Yolun 147-ci kilometrliyində sürüşmə nəticəsində asfalt örtüyündə dərin çatlar və çökmələr əmələ gəlib.Sürüşmə əsasən yolun bir hərəkət zolağında qeydə alınıb. Nəticədə yolun mühafizə zolağı və çiyin hissəsi yararsız vəziyyətə düşüb. İkizolaqlı avtomobil yolunun bir hissəsi bağlanıb və nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq bir zolaq üzrə davam etdirilir.Hazırda həmin istiqamətdə hərəkət edən sürücülər çətinlik çəkirlər. Avtomobillərin hərəkəti növbəli şəkildə davam etdirilir.Əraziyə xəbərdaredici nişanlar yerləşdirilib. Yol polisi əməkdaşları tərəfindən hərəkətə nəzarət edilir.Qeyd...
08 May 2026, 12:13