Nə üçün 8 noyabr 9 maydan yüksəkdə dayanır?
Cəmiyyət 09 May 2026, 22:56
398
"Vətən müharibəmiz 44 günlük müqəddəs savaşdır…"
"İkinci dünya müharibəsinin sonunu göstərən tarixi günə münasibət zamanla dəyişir. Doğrudur, faşizm dünya üçün böyük təhlükəyə çevrilmişdi. Ona qarşı çıxan xalqların bir çoxu konkret ərazi və dövlətləri uğrunda deyil, bəşəri təhlükəsizlik və insanlıq naminə vuruşurdular. Qələbənin qazanılmasında Azərbaycan xalqının rolu xüsusidir və danılmazdır. Həm döyüş meydanlarında qəhrəman oğullarını itirən və rəşadət göstərən azərbaycanlılar, həm də arxa cəbhədə misilsiz əmək nümunəsi göstərərək, müharibənin taleyini həll etdilər.
İkinci Dünya müharibəsi başlayanda Azərbaycandan 600 mindən artıq insan cəbhəyə yollandı. O dövrdə ölkə əhalisinin sayı nəzərə alındıqda, olduqca böyük rəqəm idi. Yüz minlərlə azərbaycanlı müxtəlif cəbhələrdə faşizmə qarşı mərdliklə döyüşürdü, yüz minlərlə insan isə geri qayıtmadı. Azərbaycan oğulları Moskva, Leninqrad, Stalinqrad, Kursk, Berlin uğrunda döyüşlərdə qəhrəmanlıq salnaməsi yazdılar."
Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, Millət vəkili Zahid Oruc verib.
Deputat əlavə edib ki, əsas savaş silahı neftlə aparılırdı.Müharibə son iki yüz ildə əsas savaş silahı-neftlə aparılırdı. Çünki tanklar, təyyarələr, hərbi texnika yanacaqsız hərəkət edə bilməzdi. Adolf Hitlerin əsas strateji məqsədlərindən biri Bakını ələ keçirmək idi...
"Almaniyanın “Edelveys” planında Qafqaza, xüsusilə, Bakı neftinə sahib olmaq əsas hədəf kimi müəyyən edilmişdi. 3-cü Reyx rəhbərliyi anlayırdı ki, Bakı neftinin mövcudluğu şəraitində Sovet ordusunu zəiflətmək mümkün deyil. Müxtəlif tarixi mənbələrdə rəqəmlər fərqli göstərilsə də ümumi qəbul edilən statistikaya görə müharibə illərində SSRİ-də istifadə olunan neftin təxminən 70-75 faizi Bakının payına düşürdü, aviasiya benzininin 80-85 faizi, motor yağlarının və sürtkü materiallarının isə 90-96 faizi respublikamızda istehsal olunurdu.
1941-1945-ci illərdə Azərbaycanda ümumilikdə təxminən 75 milyon ton neft hasil edilmişdi və Sovet İttifaqının müharibə dövründə istehsal etdiyi neftin təxminən 68-70 faizinə bərabər idi.
Azərbaycan neftçiləri bombardman təhlükəsinə baxmayaraq, hasilatı dayandırmırdılar. O illərdə Bakı faşizm üzərində qələbənin enerji mərkəzi idi. Təsadüfi deyil ki, bir çox tarixçilər “əgər Bakı nefti olmasaydı, müharibənin nəticəsi tam fərqli ola bilərdi” fikrini xüsusi vurğulayırlar.
Parlaq yazıçı və araşdırmaçı Çapay Sultanov çoxsaylı fundamental əsərlərində ikinci Dünya müharibəsinin əsas strateji xəttində məhz Bakı neftinin dayandığını xüsusi vurğulayır. Müəllif qeyd edir ki, müharibə təkcə cəbhələrdə deyil, iqtisadi və enerji resursları uğrunda aparılırdı.
Ulu öndər Heydər Əliyev Böyük Vətən müharibəsinə xüsusi münasibət göstərirdi. O bildirirdi ki, faşizm üzərində qələbə xalqların azadlığı və gələcəyi üçün böyük tarixi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev də çıxışlarında xalqımızın qəhrəmanlığını yüksək qiymətləndirir,tariximizin şərəfli səhifəsinə hörmət göstərir və müharibəyə ədalətli qiymət verirdi.
Lakin Azərbaycanın müasir tarixində ən böyük və ən şərəfli Zəfər məhz 44 günlük Vətən müharibəsidir. Çünki işğaldan Qurtuluş savaşımız yalnız 20 faizlik torpaqlarla birlikdə, xalqımızın öz müstəqil dövləti və milli suverenliyi uğrunda apardığı müqəddəs savaş idi. İkinci Dünya müharibəsində azərbaycanlılar imperiya tərkibində döyüşürdülərsə, Vətən müharibəsində Azərbaycan Ordusu yalnız öz bayrağı, öz dövləti və öz milli iradəsi altında mübarizə apardı.
2020-ci ildə qazanılan Qələbə xalqımızın çoxəsrlik tarixində birinci yeri tutur. Zəfər Azərbaycan xalqının birlik, milli iradə və müstəqil dövlət iradəsinin təntənəsi oldu. Xalqımız ikinci Dünya müharibəsinin qəhrəmanlarını ehtiramla yad etsə də artıq siyasi təqvimimizdə müstəsnalıq və əbəlik qazanan, min illər sonra da qürur salnaməsinə çevriləcək Vətən müharibəsini “müqəddəs” adlandırır, onu bütün tarixininvə keçmiş bayramların fövqünə qaldırır.
Sovet imperiyasında milli azadlıqdan danışmaq mümkün deyildi. Lakin Xankəndi Zəfəri məhz suverenlyimizi təmin etdi. Stalinin beynəlmiləl xalq və Qızıl ordu ideyası qarşısında heç bir toplum müstəqillikdən danışa bilməzdi. Hətta Hitlerlə müqavilə bağlayıb onunla birlikdə sovetlərə qarşı döyüşən oğullar-əbdürrəhman bəy fətəlibəylilərin-düdənginskilərin də apardığı savaş uğursuz olmuşdu.
Son illərdə 9 Maya münasibət, dünyanın müxtəlif ölkələrində fərqli siyasi və ideoloji yanaşmalar fonunda qeyd olunur, geosiyasi toqquşmaların baş narrativi və siyasi interpretasiyaların predmetinə çevrilib. Qələbəyə münasibətdə müxtəlif dövlətlərin baxışları onların tarixi yaddaşı, siyasi maraqları və beynəlxalq mövqeləri ilə sıx bağlıdır.
Postsovet məkanında, xüsusilə, Rusiyada 9 may yeni ərazilər uğrunda georgi lentlərinin simvolu, hərbi vətənpəvərlikdən çox mədəni güc silahı və ideoloji doktrin səviyyəsinə qaldırılıb. Moskva faşizm üzərində qələbəni müasir geosiyasi silah və nüfuz dairəsinin genişləndirilməsi, xüsusilə də keçmiş sovet xalqarının yenidən vahid çətir altına qaytarılması vasitəsitək görür. Qələbənin yalnız bir xalqın və ya dövlətin adına yazılması cəhdləri son illərdə daha açıq görünür. Halbuki İkinci Dünya müharibəsi müxtəlif xalqların ortaq fədakarlığı ilə qazanılmışdı. 1941-1945-ci illər bütün SSRİ xalqlarının savaşı idi, tək Rusiyanın, ABŞ-ın və anti-Hitler kolasiyasının yox.
Digər tərəfdən, Şərqi Avropanın bəzi ölkələrində daha kəskin yanaşma-tam inkarçılıq və sovetlərin özünü istilaçı saymaq mövqeyi formalaşıb. Polşa, Baltikyanı ölkələr, bəzi Şərqi Avropa dövlətləri sovet ordusunun Avropanı faşizmdən azad etməsi ilə yanaşı, sonrakı dövrdə həmin ölkələrin kommunist təsiri altına düşməsini də tarixi faciə kimi qiymətləndirirlər. Ona görə sovet dövrünün simvollarına və 9 May mərasimlərinə münasibət əvvəlki illərlə müqayisədə daha sərt ittihamedici xarakter daşıyır.
Dünyada artıq iki fərqli xətt meydana çıxıb. Bir tərəfdən, faşizm üzərində qələbəni insanlığın xilası kimi qəbul edənlər var, digər tərəf isə sovet ordusunun fəaliyyətini yalnız işğal aspektindən qiymətləndirir. Bəzi dairələr hətta sovet xalqının özünü belə “işğalçı” adlandırırlar. Tarixin siyasi məqsədlərlə yenidən yazılması və müharibənin gerçək mahiyyəti dəyişib.
“Qələbənin öz adına çıxılması” siyasəti soyuq müharibədən sonra da ABŞ, Rusiya və Avropa dövlətləri arasında amansız ideoloji rəqabətin əsas platforması olub və proses indi də davam edir.
Həmçinin oxuyun
Azərbaycanın mövqeyi isə həm tarixi, həm də siyasi baxımdan yüksəkdə dayanır. İkinci Dünya müharibəsində xalqımız böyük qəhrəmanlıq göstərsə də, həmin dövrdə müstəqil dövlət deyildi, sovet imperiyasının tərkibində müharibəyə cəlb olunmuşdu. Azərbaycan oğulları başqa bayraq altında döyüşür, başqa siyasi sistemin daxilində savaşırdılar. Ötən əsrin 20-ci illərində itirilən müstəqilliyə görə ikinci cahan savaşında iştirak azərbaycanlıların qəhrəmanlığını azaltmır, lakin siyasi baxımdan həmin müharibə milli dövlət savaşı deyildi.
Müasir Azərbaycan tarixində 44 günlük Vətən müharibəsi tamamilə fərqli məna daşıyır. 6 il əvvəl 27 sentyabrda başladğımız müqəddəs müharibə artıq imperiya daxilində yox, müstəqil dövlətin öz suverenliyi uğrunda apardığı milli azadlıq mübarizəsi idi. Azərbaycan xalqı ilk dəfə olaraq, yalnız öz bayrağı altında, öz ordusu ilə, öz siyasi iradəsi ilə müharibə aparırdı və parlaq Qələbə qazandı.
Fərq son dərəcə mühüm tarixi və mənəvi məna daşıyır. Çünki Vətən müharibəsi xalqımızın yüz illər boyu arzuladığı milli dövlətçilik idealının ən böyük təcəssümünə çevrildi. 30 ilə yaxın davam edən işğala son qoyulması yalnız millətimizin gücü hesabına-yəni başqa dövlətlərin- orduların əliylə deyil, vətənimizdə yaşayan bütün xalqların iradəsi ilə torpaqlarını azad edilməsi müasir dünya tarixində müstəsna yer tutur və 21-ci əsrdə tək hadisədir. Ona görə də dövlətimiz tarixinə münasibətdə dəqiq ideoloji kurs yürüdür-bizim Vətən savaşımız 44 günlük müqəddəs müharibədir. İlham Əliyevin Ali Baş Komandanlığı və sərkərdəliyi nəinki Stalinin, yaxud Çörçilin, o cümlədən, hazırki müharibə liderlərinin hamısından bizim üçün ucadır. 4 ildən davam edən Rusiya-Ukrayna savaşı, o cümlədən, Yaxın Şərqdə yaşananlar və İran ətrafında qlobal gərginliyin qalibi yoxdur. Azərbaycan prezidenti isə ən qısa vaxtda, ən az itki ilə ən maksimal nəticəni qazanıb..Savaşın coğrafi radiusu və onun aparılma üsulu 21-əsrin son texnologiyaları ilə gedən müharibələrinin dərsliyinə çevrilib.
8 noyabrın 9 may və ya tarixmizin digər günlərindən Uca tutulması, öndə dayanması, o cümlədən, xanlıqlar, çarizm və sovetlər dövründən yüksəklərə qaldırılması Qarabağ uğrunda müharibənin milli azadlıq savaşına çevrilməsi ilə bağlıdır.
Lakin Qələbəmizin əhəmiyyəti təkcə milli deyil, həm də beynəlxalq və siyasi mahiyyəti var. Çünki Azərbaycan beynəlxalq hüququn tanıdığı ərazilərini işğaldan azad etdi və BMT qətnamələrinin icrasını öz gücü ilə təmin etdi. Azərbaycanın Zəfəri dünyada ədalət istəyən bütün xalqların qələbəsidir.
İndi dövlətimiz Qələbəni bütün Qafqazın xilasına və sülh gündəliyinə çevirir. İkinci dünya müharibəsindən sonra isə Dəmir Pərdə çəkilmiş və Berlin divarı hörülmüşdü.
Azərbaycan isə çoxsərli düşmənçilik divarlarını yıxır, imperiyların əlində silaha çevrilən bütün regiona xalqlarını sülh bayrağı altında birləşdirir və daha böyük coğrayida-yeni dünya nizamını Qarqabağ Qələbəsindən başlamağı təklif edir. Ona görə təkcə müharibə deyil, yeni təhlükəsizlik arxitekturası və milli tariximizdə ilk dəfə, Ağ Evdə legitimliyi tanınan Qələbəmiz ümumdünya sərvətinə çevrilib. Ona görə də nəinki keçmiş sovet, yaxud türk və islam aləmində, o cümlədən, bütün dünya xalqları 8 noyabrı təntənə ilə qeyd edə bilər.
Bəli, bir çox keçmiş sovet respublikalarında İkinci Dünya müharibəsinə aid abidələrin sökülməsi, sovet əsgərlərinin xatirəsinin silinməsi və həmin dövrün bütün simvollarına tam inkarçı münasibət nümayiş və təbliğ olunur. Baltikyanı ölkələrdə, Şərqi Avropanın bəzi dövlətlərində sovet dövrünə aid memorial komplekslərin dağıdılması dövlətin siyasi xəttinə çevrilib. O xalqlar sovet hakimiyyətini azadlıq yox, totalitar quruluş kimi qəbul edirlər.
Azərbaycan xalqı isə tarixə daha fərqli və daha tarazlı münasibət göstərir. Biz faşizm üzərində qələbədə iştirak edən insanların qəhrəmanlığını inkar etmirik. Xalqımızmüharibədə həlak olmuş insanların xatirəsinə hörmətlə yanaşır, onların abidələrini dağıtmır və tarixi yaddaşı siyasi qisas, yaxud Rusiya ilə ideoloji toqquşma predmetinə çevirmir.
Lakin millətimiz tarixi həqiqətlərini də unutmur. Çünki sovet dövrü yalnız “qələbələrdən” ibarət deyildi. Həmin illərdə xalqımıza qarşı ciddi siyasi ədalətsizliklər və tarixi cinayətlər də həyata keçirilmişdi. Azərbaycan torpaqlarının taleyi xalqın iradəsi nəzərə alınmadan dəyişdirilib, İrəvan şəhəri Ermənistanın paytaxtına çevrilib, Qarabağa isə gələcək münaqişələrin əsasını qoyan muxtariyyət statusu verilib. Sonrakı onilliklərdə qərarlar regionda etnik qarşıdurmaların və ərazi iddialarının ideoloji bazasına çevrilib.
Yalnız Ulu öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövrü ideoloji formasiya fərqliliklərinə baxmayaraq, milli həyatın bütün sferalarında parlaq inkişafla zəngin olub. Təkcə açılan zavod və fabriklər, o cümlədən, mədəniyyət və elmi elitasının yaradılması, respublika quruluşunun bütün atributları gələcək müstəqil dövlətin təməllərini formalaşdırdı. Xalqımız yaxşı anlayır ki, ikinci Dünya müharibəsində böyük qəhrəmanlıq göstərməsinə baxmayaraq, həmin dövrdə milli azadlığa malik deyildi və imperiya daxilində yaşayırdı. Yalnız müstəsna tarixi şəxsiyyətlər heç bir totalitar çərçivələrə və məhdudiyyətlərə baxmayaraq, təmsil etdiyi milləti böyük inkişafa qovuşdurmuşdu.
Ona görə də 2020-ci ildə qazanılan Zəfərin Azərbaycan üçün mənası daha böyükdür, bənzərsizdir. 44 günlük Vətən müharibəsi ilk dəfə, Azərbaycan heç bir imperiyanın tərkibində və ya xarici ideologiyanın əsiri deyildi, şanlı ordumuz yalnız üçrəngli bayrağımız altında öz torpaqlarımız uğrunda savaşırdı.
Zəfərin ən mühüm nəticələrindən biri torpaqların azad olunması ilə bərabər, Ermənistanın iki əsr boyunca bölgədə yaratmağa çalışdığı “tarixi torpaq” iddialarını ciddi şəkildə sarsıtdı.
Vətən müharibəsindən sonra Qarabağ bölgəsində yaşayan erməni əhalisinin tədricən və könüllü şəkildə regionu tərk etməsi separatizmin sosial, demorqafik, etnik-milli bazasını aradan qaldırdı və erməni məsələsi coğrafiyamızdan birdəfəlik kənara çıxdı.
Azərbaycanın ərazi bütövlüyünə və milli dövlətçiliyinə qarşı uzun əsrlər istifadə edilən siyasi mina iflasa uğradı.
Vətən müharibəsində Qələbəmizi müstəsna və bənzərsiz edən, ona birincilik qazandıran səbəblər hakimiyyətlərə, siyasi iqtidarlara görə deyil, vahid milli iradəyə bağlıdır".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycan nefti 4 %-dən çox bahalaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,43 ABŞ dolları və ya 4,2 % artaraq 109,98 ABŞ dolları təşkil edib.Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 104,72 ABŞ dolları təşkil edib.Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,52 ABŞ dolları və ya 4,4 % artaraq 107,01 ABŞ dolları təşkil edib.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu...
09 May 2026, 11:45
İş adamı restorandan çıxarkən güllələndi - Foto
Zaqatalada 39 yaşlı kişi ov tüfəngi ilə vurulub.“Qafqazinfo” xəbər verir ki, bu gün saat 01:30 radələrində Zaqatala rayon sakini 39 yaşlı İsa Boloyev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.***Oxu.az-ın məlumatına görə, İsa Bolayev rayon ərazisində sahibkar kimi tanınıb. O, Zaqatalada restoran sahibi olub....
09 May 2026, 10:46
Yol polisi qeyri-iş günləri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günləri ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.İdarədən verilən məlumata görə, həftəsonu və bayramla əlaqədar qeyri-iş günlərində respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağı gözlənilir.BDYPİ xüsusilə turizm və istirahət bölgələrinə aparan yollarda təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi məqsədilə hər bir hərəkət iştirakçısını məsuliyyətli olmağa çağırır:"Sürücülərdən xahiş olunur ki hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər. Səhhətində problem olduğu halda, eləcə də yorğun, yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsinlər. Təhlükəsiz ara məsafəsini qorusunlar və riskli ötmə manevrlərindən çəkinsinlər. Yolda nizamlanma vasitələrinin tələblərinə ciddi əməl etsinlər. Səfərə çıxmazdan öncə nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirsinlər"....
09 May 2026, 10:39
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənilib
1941–1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına və Prezident İlham Əliyevin 24 aprel 2026-ci il tarixli sərəncamında nəzərdə tutulan digər şəxslərə birdəfəlik maddi yardımlar ödənilib.Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.Bildirilib ki, sərəncama uyğun olaraq, faşizm üzərində qələbənin 81-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarının hər birinə 2750 manat birdəfəlik maddi yardım ödənilib.İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları...
08 May 2026, 17:26
Hacıqabul və Neftçalanın bəzi ərazilərində qaz olmayacaq
Mayın 12-də Hacıqabul və Neftçala rayonlarının bəzi qəsəbə və kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.Bildirilib ki, görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən işlər başa çatanadək Hacıqabul rayonu Muğan qəsəbəsinin, həmçinin Neftçala rayonu Boyad və Ballıcallı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
08 May 2026, 16:50
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
Terror təşkilatı yaratma, yaxud həmin təşkilata və ya onun struktur bölməsinə rəhbərlik etmə 10 ildən 14 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət Məcəlləsinə əlavə olunan yeni - 214-4-cü maddədə əksini tapıb.Terror təşkilatına üzv olma və ya onun fəaliyyətində iştirak isə 7 ildən 12 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddənin qeyd hissəsində nəzərdə tutulur ki, terror təşkilatına üzv olan və ya onun fəaliyyətində iştirak edən şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla cinayət əməllərinin qarşısının alınmasına, terror təşkilatını yaratmış, ona rəhbərlik etmiş, fəaliyyətində iştirak etmiş və ya onu maliyyələşdirmiş şəxslərin aşkar edilməsinə...
08 May 2026, 16:27