Əhmədağa Muğanlınin 100 illiyi: “İllər keçəcək, onu filmləri yaşadacaq”
Söz adamı 11 May 2026, 11:50
1889
Bu gün Əhmədağa Muğanlının 100 illiyidir…
“Kaş oğlu Araz Qurbanov atasının 100 illiyi ilə bağlı hər hansı bir tədbir keçirib, oxucularını dəvət edəydi. Heç olmazsa, mərasim evlərinin birində ehsan süfrəsi açıb, Əhmədağasevərləri bir araya gətirəydi…”
XX əsr Azərbaycan ədəbiyyatının tərəqqi dövrü olub. Sözsüz ki, həmin dövr ədəbiyyatımıza çox böyük şəxsiyyətlər bəxş edib. Onlardan Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin, Mirzə Fətəli Axundovun, Məmməd Səid Ordubadinin, Mehdi Hüseynin, Mirzə İbrahimovun, Süleyman Rüstəmin, Əliağa Vahidin, Səməd Vurğunun, Məmməd Arazın, İlyas Əfəndiyevin, İsmayıl Şıxlının, Bəxtiyar Vahabzadənin, Musa Yaqubun, Əhmədağa Muğanlının və s. yazarlarımızın adlarını çəkə bilərik...
Bildiyiniz kimi “Atları yəhərləyin” filmi Süleyman Rüstəmin “Qaçaq Nəbi” mənzum pyesinin motivləri əsasında ekranlaşdırılıb. Ssenarinin yazılmasında peşəkar ssenarist Əhmədağa Muğanlı böyük rol oynayıb. O, ssenarini işləyərkən yalnız pyesdən yararlanmayıb, eyni zamanda Nəbi haqda real faktlardan istifadə edərək materialı zənginləşdirib.
Film hazır olandan sonra, ermənilərin danoslarına əsasən, onun nümayişinə əngəl yaradılır. Məcbur olub bir sıra kadrları çıxarırlar. O vaxt Mirzə İbrahimov, Bayram Bayramov, İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Rəsul Rza və başqaları Moskvaya məktub yazaraq, filmin qadağan olunacağı təqdirdə SSRİ vətəndaşlığından, sovet hökumətinin onları təltif etdiyi bütün mükafat və fəxri adlarından imtina edəcəklərini bildiriblər...
Bəli, bu gün mən sizə görkəmli yazıçı Əhmədağa Muğanlı haqqında söhbət açmaq istəyirəm. O, 1926-cı ildə Biləsuvar rayonunun Əliabad kəndində dünyaya gəlib. İbtidai təhsilini doğma kənddə, orta təhsilini isə qonşu Xırmandallı kənd məktəbində gümüş medalla başa vurub. Sonra ADU-nun filologiya fakultəsində ali təhsilə yiyələnib. 2001-ci il avqustun 4-də Bakıda vəfat edib...
Ədəbi fəaliyyətə tələbəlik illərində başlayan Əhmədağa Muğanlı zəngin yaradıcılıq yolu keçib. 1951-ci ildə “İnqilab və mədəniyyət” jurnalının 10-cu nömrəsində “Biz qol çəkirik ki...” ilk hekayəsi dərc olunub. Daha sonra “Vicdan”, “Şəhriyar əfsanəsi”, “Şikəstə”, “Gecikmiş etiraf”, “Dağ-dağa söykənər”, “Tikanlı məftillər”, “Çobanbayatı”, “Ömürdən yeddi yarpaq” və s. əsərləri işıq üzü görüb. 1953-cü ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işə qəbul olunub. Burada ssenari şöbəsinin redaktoru, sənədli-xronikal və elmi-kütləvi filmlər birliyinin baş redaktoru işləyib. Kinostudiyada ssenari-redaksiya kollegiyasının üzvü olub. Dəfələrlə Bakı şəhəri Oktyabr rayon Xalq Deputatlar Sovetinə deputat seçilib. Kinostudiyada işlədiyi dövrdə çoxlu sayda bədii və sənədli filmin redaktoru olub. “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Koroğlu”, “Böyük dayaq”, “Əhməd haradadır?”, “Dədə Qorqud”, “Xoşbəxtlik qayğıları”, “Sevinc buxtası”, “Arxadan vurulan zərbə”, “Babək”, “Qızıl uçurum”, “Nizami” və “Əlaqə” bədii filmlərinin ssenarisi onun redaktor qələmindən keçib. O, eyni zamanda otuza qədər sənədli və bədii filmin - “Alagöz yaylağında”, “Muğanın dastanı”, “Çobanbayatı”, “Dağlarda döyüş”, “Od içində”, “Doğma sahillər”, “Vətən sizə arxalanır”, “M.F.Axundov”, “Sabir”, “Nizami”, “Mən sərhədçiyəm” və s. ssenari müəllifidir. Bu ekran əsərlərində xalq qəhrəmanlarımızın, sərhədçilərin, Azərbaycan ədəbiyyatı klassiklərinin, tanınmış əmək və elm xadimlərimizin həyatı bütün dolğunluğu ilə öz əksini tapıb...
Oğlu Araz Qurbanov deyir ki,- “Çox istərdim ki, atama oxşayım. Uşaqların dünyagörüşünün formalaşdırılmasında valideynlərdən çox şey asılıdır. Atam həddən artıq səbirli, qayğıkeş, mülayim, anam isə iradəli qadın olub. Onlar bir-birini ideal şəkildə tamamlayırdılar. Bu gün pafoslu səslənsə də, bizim evə indiyədək haram çörək, haram pul gəlməyib. Bəzən xasiyyətimdə, davranışımda onların əlamətlərini görəndə sevinirəm. Atam övladlarına milli kimliyimizi, tariximizə, klassik ədəbiyyatımıza, musiqimizə sevgi aşılayıb. Bu ruh onun filmlərində də yer alıb. Onun təklifi ilə əlimə qələm almışam, tar məktəbinə getmişəm. Tarı indiyədək yadigar saxlayıram. Tar alınanda 1970-ci il idi. Onda atamın 50 yaşı vardı. Şuşada düzəldilmişdi. Atam Fizulinin və Hüseyn Cavidin pərəstişkarı idi. “İblis” poemasını əzbər bilirdi. Bizə də Şəhriyarın “Azərbaycan” şerini əzbərlətmişdi. İkinci dünya müharibəsi illərində sərhəddə xidmət edib. Ən maraqlısı odur ki, atam universitetin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirəndən sonra, onu Dövlət Təhlükəsizlik Komitəsinə dəvət etmişdilər. Atam imtina etmiş və ömrünü kinostudiyaya bağlamışdır...”
Bəli, o, XX əsrin böyük yazarlarından biri olub. İllər ötəcək, zaman dəyişəcək, hər yeni gələn nəsil, onu ssenari müəllifi olduğu filmlərdən tanıyacaq və ehtiramla yad edəcəklər...
…Bəli, mayın 10-u Əhmədağa Muğanlının 100 illiyidir. Kaş oğlu Araz Qurbanov atasının 100 illiyi ilə bağlı hər hansı bir tədbir keçirib, bizi dəvət edəydi. Heç olmazsa, mərasim evlərinin birində ehsan süfrəsi açıb, Əhmədağasevərləri bir araya gətirəydi…
Həmçinin oxuyun
Elman Eldaroğlu
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İnsanlara həsr olunmuş ömür - Turan Etibaroğlu yazır...
Respublikanın Əməkdar həkimi Nəcibə Sabir qızı Mustafayevanın xatirəsinə(09 iyun 1926 – 26 yanvar 2014)Elə insanlar var ki, ömürlərini insanlara xidmətə həsr edir, peşələri ilə yanaşı, yüksək mənəvi keyfiyyətləri ilə də yadda qalırlar. Respublikanın Əməkdar həkimi, Əmək Veteranı Nəcibə Mustafayeva öz həyatı və fəaliyyəti ilə bu fikri ən gözəl təsdiq edənlərdən biri olmuşdur.Doğrudan da elə bir insan tapılmaz ki, həyatı boyu heç olmasa bir dəfə həkim yardımına ehtiyac duymasın. Həkim peşəsi yalnız bilik və peşəkarlıq deyil, həm də mərhəmət, səbir və insan sevgisi tələb edir. Həkim mehriban, qayğıkeş və gülərüz olduqda onun sözü və münasibəti xəstənin sağalma yolunda ən təsirli vasitələrdən...
08 İyun 2026, 15:54
Mən dayaq axtarmadım, öz əlimdə çəliyəm — Şəhla Gündüz yazır
CityPost.az şair -publisist Şəhla Gündüzün şeirlərini təqdim edir:Şəhla Gündüz (Abbasova - Mövsümova Şəhla Gündüz qızı) şair -publisist, AYB-nin və AJB-nin üzvü, "Xan qızı Natəvan" və "Mikayıl Müşfiq" mükafatları laureatı, Prezident təqaüdçüsü, müəllim.Gizlənpaç Ağrılarla gecə-gündüz bir gizlənpaç oynayıram.Qeyb olmağa çalışsam da, tapırlar məni. Onları bu ürəyimdən çətin ayıram, Özlərinə rahat yuva yapırlar məni.Ha qovuram, getmirlər ki... Tükənmirlər, bitmirlər ki...Vallah, bir gün bu zillətdən bezib, cana doyacağam! Ağrıların gözlərini oyacağam! Hamısına ölüm hökmü yazacağam! Özümü dəli könlümün zəncirindən asacağam!Allah, mənə "ağıl" ver! Damla-damla yığıldım, gur bir əsəb seliyəm.Mən dayaq...
04 İyun 2026, 14:19
71 ili aşan 701 gün - Əkbər Qoşalı yazır
1918-ci ilin 28 may günü! Günə sığmayan gün!O gün – bir millətin öz yığvalını öz əlinə alma iradəsinin, susdurulmuş bir haqqın, içində köz kimi qorunan dövlətçilik ruhunun yenidən alovlandığı gündür. O gün, Yerin Gündoğarında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dünyaya duyuruldu. Tarixdə elə günlər var, onlar təqvimdən daha dərində – ulusun alın yazısında yaşayır. 28 May bax belə bir gündür.Bu tarix bir dövlətin quruluşundan daha artıq anlam daşıyır. Bu, bir ulusun “mən varam” deməsi idi. Çar imperiyasının dağıntıları içində, siyasi xaosun, savaşların, işğalların, aclığın və qeyri-müəyyənliyin hökm sürdüyü bir zamanda Azərbaycan aydınları, milli düşüncə adamları, istiqlal mücahidləri tarix...
28 May 2026, 08:34
Mircəlal Paşayev, Səməd Vurğun-Azərbaycan ədəbiyyatının ölməz manifesti- Sayman Aruz yazır
Azərbaycan ədəbiyyatı daxilindəki ədəbi münasibətlər ədiblər və oxucular üçün hər zaman həm əhəmiyyətli, həm də maraqlı olmuşdur. Misal üçün Məhəmmədhüseyn Şəhriyar və Bəxtiyar Vahabzadə arasındakı dostluq və məktublaşma müasir ədəbiyyat tarixinin ən parlaq səhifələrində yer almaqdadır. Eləcə də, Mir Cəlal Paşayev ilə Səməd Vurğun arasındakı münasibətlər Azərbaycan ədəbi mühitində həm yaradıcı dostluq, həm də qarşılıqlı intellektual təsir baxımından maraqlı mövzulardan biridir. Onların əlaqələri təkcə şəxsi münasibətlər çərçivəsində deyil, həm də XX əsr Azərbaycan ədəbiyyatının formalaşması və inkişafı kontekstində dəyərləndirilir.Mir Cəlal müəllim tanımış bir nasir, alim və pedaqoq kimi poeziyaya və xüsusilə, Səməd Vurğunun yaradıcılığına böyük diqqətlə yanaşırdı. O, Səməd Vurğunun...
25 May 2026, 15:21
SABİR RÜSTƏMXANLI: DƏYİŞMƏZ VƏ ƏBƏDİ ÜNVANIMIZ — Sabir Abdin YAZIR
Əslində Sabir Rüstəmxanlı dünyaya göz açdığı, çırağı haqdan yanan o balaca qartal yuvası ev, ocaq, böyüdüyü, qol-qanad açdığı kənd, o taylı, bu taylı böyük Azərbaycan, qüdrətli, nəhəng Türk dünyası və nəhayət, ucsuz-bucaqsız kainatımızın özü boyda bir coğrafiyadır, silinməz, bölünməz bir xəritədir, yeriyən, yürüyən Vətəndir.Sabir Rüstəmxanlı əbədidir.Biz Sabir bəyin bənzərsiz, dillər əzbəri olan şeirləriylə, sözlərinə yazılmış nəğmələrlə böyümüşük, pərvazlanmışıq, o uzaq dağ kəndlərindən bu adın, bu odun işığını tutub gəlmişik. Sabir Rüstəmxanlının bənzərsiz yaradıcılığı, şəxsiyyəti, Azərbaycan uğrunda mübarizə dolu həyatı gəncliyimiz üçün, şəxsən mənim üçün nümunə olmuşdur.Yaxşı yadımdadır, ağır və təlatümlü 90-cı illərin əvvəllərində Kürdəmir rayon prokurorluğunda çalışırdım. Bir nəfər barəsində aparılan...
20 May 2026, 11:53
Fatimə Novruzova: “Yalan insanı öz həqiqətindən uzaqlaşdırır”
İnsan həyatda çox seçimlərlə qarşılaşır. Bu seçimlərdən ən önəmlilərindən biri isə doğru ilə yalan arasında edilən seçimdir. Bəzən bir söz insanın taleyini dəyişə, bir həqiqət münasibətləri qoruya, bir yalan isə illərlə qurulan etibarı məhv edə bilər. Müasir dövrdə insanlar çox zaman həqiqəti gizlətməyi çıxış yolu hesab etsələr də, dürüstlük hər zaman insanın mənəvi dəyərini müəyyən edən əsas xüsusiyyətlərdən biri olaraq qalır. Mənim fikrimcə, yalan yalnız başqasını aldatmaq deyil, həm də insanın öz vicdanına qarşı etdiyi ən böyük haqsızlıqdır. Məhz buna görə “Yalan mənim üçün nədir?” sualı mənim daxili dünyamda xüsusi məna daşıyır.Citypost.az xəbər verir ki, Azərbaycan Turizm və Menecment Universitetinin...
19 May 2026, 10:21