Rauf Rəcəbov: “İctimai Televiziya strateji kommunikasiya dayağıdır”
Cəmiyyət 12 May 2026, 09:56
733
İTV-nin sabiq əməkdaşı, müxtəlif dövrlərdə kanalın bir neçə mühüm vəzifəsində çalışmış tanınmış jurnalist Rauf Rəcəbov İctimai Televiziyanın baş direktoru vəzifəsinə keçirilən seçkilərlə bağlı fikirlərini bölüşüb.
Citypost.az xəbər verir ki, Rauf Rəcəbov bildirib ki, İctimai Televiziyanın baş direktoru vəzifəsinə seçkilərin ölkədə ilk dəfə bu qədər geniş ictimai rezonans doğurması mühüm və müsbət hadisədir. Onun sözlərinə görə, burada söhbət yalnız bir televiziya rəhbərinin müəyyən olunmasından deyil, ictimai yayımın gələcək taleyindən, cəmiyyətlə münasibətlərinin hansı istiqamətdə qurulacağından və dövlətlə vətəndaş arasında etimad körpüsünün hansı səviyyədə inkişaf etdiriləcəyindən gedir.
Jurnalist qeyd edib ki, İctimai Televiziya və Radio kanalının fəaliyyəti ilə bağlı müzakirələrin genişlənməsi dövlətin və cəmiyyətin bu prosesə həssas yanaşdığını göstərir. O vurğulayıb ki, artıq şəxsi ambisiyalar deyil, ictimai məsuliyyət müzakirə olunur.
Rauf Rəcəbov xüsusilə diqqətə çatdırıb ki, müzakirələrin istiqaməti fərdi iddialardan uzaqlaşaraq ictimai maraqlar müstəvisinə keçir və bu, sağlam tendensiyadır. O bildirib ki, uzun illər İTV rəhbərliyində təmsil olunmuş jurnalist və dövlətçilik mövqeyinə malik vətəndaş kimi prosesləri diqqətlə izləyir.Taleh Şahsuvarlı kimi tanınmış bir həmkarın səsləndirdiyi fikirlərin üzərindən sükutla keçmək olmaz. Rauf Rəcəbov qeyd edib ki, üç diplom sahibi olan və geniş ictimai düşüncə imkanlarına malik intellektualın ortaya qoyduğu tezislər ciddi ictimai müzakirə predmetinə çevrilməlidir.Məsələ təkcə hansısa şəxsin namizədliyi ilə məhdudlaşmır. Burada əsas məsələ ictimai yayımın hansı ideoloji və peşəkar platforma üzərində inkişaf etdirilməsidir.
Rauf Rəcəbov vurğulayıb ki, o, hər hansı namizədin tərəfdarı kimi çıxış etmir və əsas qərarın Yayım Şurası tərəfindən veriləcəyini hesab edir. Bununla belə, ictimai yayımın gələcəyi ilə bağlı müəyyən məqamların diqqətə çatdırılmasının vacibliyini qeyd edib.
Onun fikrincə, hazırda əsas məsələ İTV-nin kim tərəfindən idarə olunmasından daha çox, hansı idarəçilik fəlsəfəsi və innovativ model əsasında fəaliyyət göstərəcəyidir. O bildirib ki, müasir dövrdə ictimai televiziya sadəcə xəbər və proqram yayımlayan platforma deyil, cəmiyyətdə müzakirə mədəniyyətini formalaşdıran və ictimai etimadı qoruyan strateji institutdur.Bugünkü informasiya mühiti klassik televiziya anlayışını dəyişib. Sosial şəbəkələr, rəqəmsal platformalar, süni intellekt əsaslı informasiya axınları və qlobal media rəqabəti şəraitində ictimai televiziya daha çevik, daha intellektual və daha açıq düşüncəli olmalıdır.
Həmçinin oxuyun
Jurnalist bildirib ki, artıq tamaşaçı yalnız məlumat almaq istəmir, eyni zamanda müzakirələrin iştirakçısına çevrilmək istəyir. Onun sözlərinə görə, ictimai televiziya bu iştirakçılıq mühitini yarada bilməlidir. Əks halda cəmiyyət alternativ informasiya məkanlarına yönələcək və milli informasiya təhlükəsizliyi baxımından boşluqlar yaranacaq.
Rauf Rəcəbov əlavə edib ki, dövlətin əldə etdiyi tarixi nailiyyətlər yalnız rəsmi qərarlarla deyil, ictimai həmrəylik və cəmiyyətdən gələn təşəbbüslərlə daha da möhkəmlənə bilər. O hesab edir ki, düşünülmüş vətəndaş mövqeyi xarici informasiya təzyiqlərinə qarşı cəmiyyətin dayanıqlığını formalaşdıran əsas amillərdən biridir.Azərbaycanın təyyarəsinin Qroznu səmasında vurulması ilə bağlı yaranmış vəziyyətə də toxunaraq qeyd edib ki, həmin hadisə zamanı ictimai həmrəyliyin və milli maraqlar naminə nümayiş etdirilən vətəndaş mövqeyinin nə qədər vacib olduğu bir daha aydın göründü.Belə məqamlarda ictimai televiziya yalnız xəbər ötürən kanal deyil, milli düşüncənin və ictimai həmrəyliyin platformasına çevrilməlidir.
Sonda jurnalist vurğulayıb ki, hazırkı müzakirələr cəmiyyətin savadlı, dövlətçilik məsuliyyətini anlayan və milli maraqları müasir çağırışlarla paralel şəkildə düşünə bilən şəxslərə ehtiyacını ortaya qoyur.
“Bu gün əsas məsələ konkret şəxslərin qalib gəlməsi yox, İctimai Televiziyanın doğrudan da “ictimai” məzmunda yenidən düşünülməsidir. Çünki güclü ictimai yayım yalnız televiziya deyil — o, dövlətin strateji kommunikasiya dayağı, cəmiyyətin fikir platforması və milli informasiya təhlükəsizliyinin mühüm sütunudur”, – deyə Rauf Rəcəbov bildirib.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Prezident İlham Əliyev Şahbaz Şəriflə telefon danışığı aparıb
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə telefonla zəng edib.Bu barədə Prezident İlham Əliyevin "X" hesabında paylaşım edilib.Məlumata görə, telefon danışığı zamanı hər iki lider Azərbaycan və Pakistan arasında mövcud olan qardaşlıq və strateji münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyiblər.Tərəflər enerji, ticarət və xalqlar arasında əlaqələr daxil olmaqla bir sıra əsas sahələrdə əməkdaşlığın davamlı şəkildə genişlənməsini məmnunluqla qeyd ediblər.Pakistan Baş naziri Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın bu qlobal tədbirə ev sahibliyinin dünya şəhərsalma gündəliyinin inkişafına mühüm töhfə verdiyini bildirib.Prezident İlham Əliyev isə forumla bağlı göstərilən diqqətə görə təşəkkür edib və...
12 May 2026, 20:09
Fransanın Yeni Kaledoniyada seçici siyahısında dəyişiklik təşəbbüsü tənqidlə üzləşir
Mayın 8-də “Asia Pacific Report” saytında Kanakidə (Yeni Kaledoniya) 28 iyunda keçiriləcək əyalət seçkilərinə və Fransanın müstəmləkəçi siyasətinə həsr edilmiş məqalə dərc edilib.Bakı Təşəbbüs Qrupundan APA-ya verilən xəbərə görə, məqalədə BTQ-nin sosial media hesabında paylaşılmış posta istinad edilir, Fransanın Kanaki xalqına qarşı həyata keçirdiyi repressiv, müstəmləkəçi və yerli xalqların hüquqlarının məhdudlaşdırması ilə bağlı təşkilat tərəfindən qaldırılan məsələlərə yer ayrılıb.Məqalədə qeyd edilir ki, Fransa Baş nazirinin Kanakidə (Yeni Kaledoniya) əyalət seçkilərini rəsmən elan etməsinə dair qərarı rəsmi Parisin ərazi üzərində neokolonial nəzarəti saxlamaq və Kanak xalqının siyasi iradəsini zəiflətmək cəhdi kimi qiymətləndirilir. Çünki sözügedən seçkilər yalnız əyalətlərin tərkibini deyil, eyni zamanda,...
12 May 2026, 17:46
ADY-də qanvermə aksiyası keçirildi
“Azərbaycan Dəmir Yolları” QSC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə qanvermə aksiyası keçirilib.ADY-dən Citypost.az-a verilən məlumata görə, Respublika Qan Bankı ilə birgə keçirilən aksiyada müxtəlif struktur bölmələrindən olan dəmiryolçular iştirak ediblər.Toplanan qan ehtiyatı hemofiliya və talassemiya xəstələrinin, həmçinin təcili qan köçürülməsinə ehtiyacı olan digər şəxslərin müalicəsinə yönəldiləcək.
12 May 2026, 17:20
Bakıda Prezident İlham Əliyevin sülh strategiyasına həsr olunan dəyirmi masa keçirilib
Bakıda Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda dəyirmi masa keçirilib.Citypost.az xəbər verir ki, tədbirdə çıxış edən Agentliyin İcraçı direktorunun müavini Natiq Məmmədli Azərbaycan mediasının dünyada sülhün təbliğatçısı olmasının vacibliyini vurğulayıb.Onun sözlərinə görə, bu vəzifə media etikasının bütün prinsipləri ilə səsləşir:"Yalan xəbər doğru xəbərdən altı dəfə sürətlə yayılır. Hətta yalan xəbəri təkzib etdikdə belə, bu, feyk informasiyanın yayılması qədər effekt vermir. Bizim mediamızın əsas hədəfi sülhü təbliğ etməkr, həqiqəti deməkdir. Sülh haqqında düşüncələrimizi bacardıqca peşəkar səviyyədə yaymalıyıq".Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov çıxışında qeyd edib ki, Azərbaycana və müttəfiqlərinə qarşı müxtəlif mərkəzlərin hələ...
12 May 2026, 16:18
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 16 və 17 mayda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.Bu barədə Citypost.az-a səhmdar cəmiyyətindən bildirilib.Vurğulanıb ki, sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.Bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.
12 May 2026, 16:01
Səhiyyə Nazirliyi hantavirusla bağlı məlumat yaydı
Azərbaycanda epidemioloji vəziyyət sabitdir və narahatlıq üçün əsas yoxdur.Citypost.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.Bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, qurum Beynəlxalq Tibbi-Sanitar Qaydalar çərçivəsində müxtəlif ölkələrlə birlikdə profilaktik və sürətli cavab tədbirlərini koordinasiya edir."Qeyd olunur ki, insanlar adətən hantavirus daşıyıcısı olan gəmiricilərin sidiyi, nəcisi və ya tüpürcəyi ilə təmas zamanı, o cümlədən gəmiricilərin ifrazatı ilə qarşımış tozun nəfəs yolu ilə qəbul edilməsi nəticəsində yoluxurlar. Virusun insandan insana ötürülməsi son dərəcə nadirdir və yalnız Amerikada rast gəlinən Andes növü ilə əlaqədar müşahidə edilir. Səhiyyə Nazirliyi epidemioloji vəziyyəti nəzarətdə saxlamaqla əhalini yalnız rəsmi mənbələrə istinad etməyə...
12 May 2026, 15:40