Bizə yazın

Baku

-°C

USD

-

Fransanın Yeni Kaledoniyada seçici siyahısında dəyişiklik təşəbbüsü tənqidlə üzləşir 

Cəmiyyət 12 May 2026, 17:46

600

Mayın 8-də “Asia Pacific Report” saytında Kanakidə (Yeni Kaledoniya) 28 iyunda keçiriləcək əyalət seçkilərinə və Fransanın müstəmləkəçi siyasətinə həsr edilmiş məqalə dərc edilib.

Bakı Təşəbbüs Qrupundan APA-ya verilən xəbərə görə, məqalədə BTQ-nin sosial media hesabında paylaşılmış posta istinad edilir, Fransanın Kanaki xalqına qarşı həyata keçirdiyi repressiv, müstəmləkəçi və yerli xalqların hüquqlarının məhdudlaşdırması ilə bağlı təşkilat tərəfindən qaldırılan məsələlərə yer ayrılıb.

Məqalədə qeyd edilir ki, Fransa Baş nazirinin Kanakidə (Yeni Kaledoniya) əyalət seçkilərini rəsmən elan etməsinə dair qərarı rəsmi Parisin ərazi üzərində neokolonial nəzarəti saxlamaq və Kanak xalqının siyasi iradəsini zəiflətmək cəhdi kimi qiymətləndirilir. Çünki sözügedən seçkilər yalnız əyalətlərin tərkibini deyil, eyni zamanda, Yeni Kaledoniya Konqresinin, hökumətinin və gələcək siyasi idarəetmə modelinin formalaşmasını müəyyən edəcək. Bu baxımdan proses Kanak xalqının öz müqəddəratını təyinetmə hüququ və ərazinin gələcək siyasi statusu baxımından həlledici əhəmiyyət daşıyır.

Qeyd edilib ki, BMT-nin İrqi ayrı-seçkiliyin ləğvi üzrə Komitəsi (CERD) tərəfindən cari ildə Fransanın müstəmləkəsi altında olan Kanakiyə dair bəyanat qəbul edilib. Bəyanatda Komitə, Kanakidə həyata keçirdiyi müstəmləkəçilik siyasəti nəticəsində yaranmış vəziyyətə görə Fransaya xəbərdarlıq edib və ciddi narahatlığını ifadə edərək qeyd edib ki, Kanaki ilə bağlı siyasi və konstitusiya islahatları yalnız yerli Kanak xalqının iştirakı ilə, sərbəst və şəffaf formada həyata keçirilməlidir.

Seçkilər ərəfəsində adadakı Fransa hökumətinin “5-ci kolon”u sayılan loyalislər Yeni Kaledoniyada doğulmuş şəxslərlə onların həyat yoldaşlarına səsvermə hüququnun verilməsini təklif edib. Bu təşəbbüs təxminən 10 min yeni seçicinin elektorata daxil edilməsinə səbəb ola bilər ki, bu da Kanak xalqının siyasi təmsilçiliyinə və mövcud seçki balansına təsir göstərə biləcəyi üçün ciddi narahatlıq doğurur.

Qeyd edək ki, 2019-cu ildə keçirilmiş son əyalət seçkilərindən sonra, 2024-cü ilə planlaşdırılan növbəti seçkilər üç dəfə təxirə salınıb. Fransa Konstitusiya Şurası seçkilərin ən geci 28 iyun 2026-cı ilədək keçirilməli olduğunu bəyan edib. Paris bu prosesi texniki prosedur kimi təqdim etsə də, seçkilər əslində Yeni Kaledoniyanın siyasi gələcəyi və Kanak xalqının öz müqəddəratını təyinetmə hüququ baxımından strateji əhəmiyyət daşıyır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezident İlham Əliyev Şahbaz Şəriflə telefon danışığı aparıb 

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə telefonla zəng edib.Bu barədə Prezident İlham Əliyevin "X" hesabında paylaşım edilib.Məlumata görə, telefon danışığı zamanı hər iki lider Azərbaycan və Pakistan arasında mövcud olan qardaşlıq və strateji münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyiblər.Tərəflər enerji, ticarət və xalqlar arasında əlaqələr daxil olmaqla bir sıra əsas sahələrdə əməkdaşlığın davamlı şəkildə genişlənməsini məmnunluqla qeyd ediblər.Pakistan Baş naziri Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın bu qlobal tədbirə ev sahibliyinin dünya şəhərsalma gündəliyinin inkişafına mühüm töhfə verdiyini bildirib.Prezident İlham Əliyev isə forumla bağlı göstərilən diqqətə görə təşəkkür edib və...

12 May 2026, 20:09

ADY-də qanvermə aksiyası keçirildi 

“Azərbaycan Dəmir Yolları” QSC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə qanvermə aksiyası keçirilib.ADY-dən Citypost.az-a verilən məlumata görə, Respublika Qan Bankı ilə birgə keçirilən aksiyada müxtəlif struktur bölmələrindən olan dəmiryolçular iştirak ediblər.Toplanan qan ehtiyatı hemofiliya və talassemiya xəstələrinin, həmçinin təcili qan köçürülməsinə ehtiyacı olan digər şəxslərin müalicəsinə yönəldiləcək.

12 May 2026, 17:20

Bakıda Prezident İlham Əliyevin sülh strategiyasına həsr olunan dəyirmi masa keçirilib 

Bakıda Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda dəyirmi masa keçirilib.Citypost.az xəbər verir ki, tədbirdə çıxış edən Agentliyin İcraçı direktorunun müavini Natiq Məmmədli Azərbaycan mediasının dünyada sülhün təbliğatçısı olmasının vacibliyini vurğulayıb.Onun sözlərinə görə, bu vəzifə media etikasının bütün prinsipləri ilə səsləşir:"Yalan xəbər doğru xəbərdən altı dəfə sürətlə yayılır. Hətta yalan xəbəri təkzib etdikdə belə, bu, feyk informasiyanın yayılması qədər effekt vermir. Bizim mediamızın əsas hədəfi sülhü təbliğ etməkr, həqiqəti deməkdir. Sülh haqqında düşüncələrimizi bacardıqca peşəkar səviyyədə yaymalıyıq".Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov çıxışında qeyd edib ki, Azərbaycana və müttəfiqlərinə qarşı müxtəlif mərkəzlərin hələ...

12 May 2026, 16:18

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib 

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 16 və 17 mayda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.Bu barədə Citypost.az-a səhmdar cəmiyyətindən bildirilib.Vurğulanıb ki, sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.Bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

12 May 2026, 16:01

Səhiyyə Nazirliyi hantavirusla bağlı məlumat yaydı 

Azərbaycanda epidemioloji vəziyyət sabitdir və narahatlıq üçün əsas yoxdur.Citypost.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.Bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, qurum Beynəlxalq Tibbi-Sanitar Qaydalar çərçivəsində müxtəlif ölkələrlə birlikdə profilaktik və sürətli cavab tədbirlərini koordinasiya edir."Qeyd olunur ki, insanlar adətən hantavirus daşıyıcısı olan gəmiricilərin sidiyi, nəcisi və ya tüpürcəyi ilə təmas zamanı, o cümlədən gəmiricilərin ifrazatı ilə qarşımış tozun nəfəs yolu ilə qəbul edilməsi nəticəsində yoluxurlar. Virusun insandan insana ötürülməsi son dərəcə nadirdir və yalnız Amerikada rast gəlinən Andes növü ilə əlaqədar müşahidə edilir. Səhiyyə Nazirliyi epidemioloji vəziyyəti nəzarətdə saxlamaqla əhalini yalnız rəsmi mənbələrə istinad etməyə...

12 May 2026, 15:40

İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində mayın 17-22-də keçiriləcək "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı görülən işlərlə tanış olub.Citypost.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov dövlət başçısına görülmüş işlər barədə məlumat veriblər.Qeyd edək ki, tədbir məkanı Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə 53 hektar təşkil edir. Bunun 43 hektarı əsas tədbir məkanı, 10 hektarı isə əsas nəqliyyat terminalı...

12 May 2026, 15:30